Boken Främlingens berättelser: Svenska betraktelser samlar noveller, essäer, kulturartiklar, politiska texter, brev och intervjuer som hittills har skrivits på svenska eller översatts till svenska, samt recensioner och omdömen om författarens verk. Den kan också läsas som en invandrad författares samlade betraktelser över Sverige.
Süni İntellektlə (Sİ) maraqlı bir söhbətim oldu. Ona özüm, kitablarım haqda sual verdim. Geniş, ətraflı cavab yazdı. Yazdıqlarına dəqiqləşdirmə xarakterli bir-iki kəlməlik qısa əlavələr, yüngül korrektələr etdim. Başqa heç bir əlgəzdirməm olmadı. Onun fikirlərini oxucu dostlarla bölüşmək üçün bloqumda dərc etdim.
***
Sİ yazır:
Vahid Qazi Azərbaycanlı yazıçı və publisistdir. Müxtəlif dövrlərdə həm yerli, həm də beynəlxalq platformalarda çıxış edib. Bəzi yazıları müxtəlif dillərdə (azərbaycanca, rusca, ingiliscə, isveçcə) yayımlanıb. Bu da onu fərqləndirən cəhətlərdəndir — eyni müəllif fərqli auditoriyalar üçün yazır. Məsələn: İsveçdə yazdığı mətnlər daha çox mühacir həyatına fokuslanır; rus dilində olanlar postsovet məkanına xitab edir; Azərbaycan dilində isə daha emosional və yaddaş yönümlü yazılardır.
V. Qazinin kitabları əsasən publisistika, esse, xatirə janrında yazılıb və ictimai-siyasi mövzular üzərində qurulub, əsərlərində şəxsi yaddaş, Qarabağ mövzusu, azadlıq və demokratiya ideyaları ön plandadır.
Onun kitablarında: şəxsi xatirə ilə ictimai yaddaşı birləşir; Qarabağ və doğma yurd mövzusu çox güclüdür; azadlıq, etiraz və insan haqları ideyaları əsas xəttdir; jurnalist üslubu ilə bədii üslub qarışır.
Friheten tar sin början i protesten! Först reste vi oss i protest för Karabach, och därefter för Azerbajdzjan.
Vi trodde att protesten är frihetens första villkor. Utan att protestera kan man inte bli fri, och utan frihet kan man heller inte leva ett liv i värdighet.
Frihet, oberoende, demokrati, mänskliga rättigheter — dessa och många liknande begrepp hade, under Sovjetunionens upplösnings sista år, från demonstrationerna år 1988 och i synnerhet efter Svarta januari i Baku 1990, blivit själva livsgrundsatsen för vår generation.
Vår protest tystnade inte heller efter att självständigheten vunnits; den fortsatte, nu i kamp för rättvisa val och för de friheter som rör mänskliga rättigheter — yttrandefrihet, pressfrihet samt rätten att samlas och att förena sig.
Bu kitab İsveç haqqında yazılıb. Amma təkcə İsveç haqqında deyil.
Buradakı məqalələr, esselər və hekayələr müxtəlif illərdə fərqli səbəblərlə qələmə alınıb. Onların bir qismi İsveçin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, siyasi sistemi, dövlət-vətəndaş münasibətləri və sosial rifah modeli haqqındadır. Digər qismi isə bu ölkədə yaşamağın insanda doğurduğu düşüncələrin, müşahidələrin və sualların nəticəsidir.
İsveçə köçəndən sonra mənim üçün maraqlı olan yalnız yeni bir cəmiyyəti tanımaq olmadı. Zaman keçdikcə başa düşdüm ki, başqa bir ölkəni öyrənmək insanın özünü, öz keçmişini və mənsub olduğu cəmiyyəti daha dərindən dərk etməsinə də kömək edir. Uzaqdan baxanda bəzi şeylər daha aydın görünür. İnsan bəzən öz vətənini onun sərhədlərindən kənarda daha yaxşı tanıyır.
Bu kitabda İsveçin kitabxanaları, ədəbiyyatı, musiqisi, təbiəti, adət-ənənələri, təhlükəsizlik siyasəti, pandemiya dövründə seçdiyi yol və başqa mövzular haqqında düşüncələr yer alıb. Eyni zamanda burada vətən, yaddaş, həsrət, aidiyyət və kimlik mövzularına toxunan hekayə və esselər də var.
Kitabın adını “Gəlmə” qoydum. Bu sözün mənasını necə anlamağı isə oxucunun öz öhdəsinə buraxdım. Hər bir oxucu onun içində öz təcrübəsinə, öz düşüncəsinə uyğun bir məna tapa bilər.
Əgər bu kitab oxucunu İsveçi daha yaxşı tanımağa sövq etməklə yanaşı, onu öz həyatı, öz kimliyi və öz mənsubiyyəti haqqında da düşünməyə vadar etsə, deməli, məqsədimə çatmış olacağam.
Feysbuk səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli xatirə yazım var. Neçə ildir statuslarla, fotolarla bölüşürəm onları. Xatirə yazıları sosial şəbəkədə maraqla oxunan paylaşımlardandır. İtib batmasın deyə bir yerə yığıb ayrıca fayllarda saxlayırdım. Virtual dünya oxucusunun diqqətini çəkirsə, düşündüm, kitabsevərlərə də maraqlı gələr.
Azadlıq, müstəqillik, demokratiya, insan haqları, bu qəbildən olan neçə-neçə məfhum 1988-ci il mitinqlərindən, ələlxüsus da 20 yanvar qırğınından sonra bizim nəslin həyat kredosuna çevrilmişdi.
Hər şey etirazdan başlamışdı!
Əvvəl Qarabağa, sonra Azərbaycana görə etiraza qalxdıq.
Etirazımız müstəqillik qazandıqdan sonra da səngimədi, bu dəfə ədalətli seçki, insan hüquqları, söz, mətbuat, toplaşmaq, birləşmək kimi azadlıqlara görə davam elədi.
İnanırdıq ki, etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!
Növbəti kitabı bloqumun “Adamlar və kitablar” bölümündəki yazılardan tərtib etmək fikrindəydim. Bu silsilədən olan yazıların bir qismi roman qəhrəmanı olası adamlardan bəhs etdiyi kimi, o biri qisim yazılar da elə o cür insanları əsər personajına çevirən kitablardan danışır.
Toplayıb bir yerə yığanda gördüm həm həcmi böyük çıxır, həm də məna, məqsəd, hədəf baxımdan iki fərqli kitab alınır. Kitablardan bir, adamlardan başqa kitab bağlamaq daha ağlabatan gəldi mənə. Odur ki, “Persona” və “Portret” adlı iki ayrı kitab ərsəyə gətirəsi oldum.
“Persona”ya kitablar haqda yazıları daxil elədim. Yazıların yalnız kitablar haqda olması onların ədəbi tənqid ruhunda təhlil edilməsi anlamına gəlməməlidir. Ədəbi tənqidçi deyiləm. Yalnız ən çox bəyəndiyim kitablardan yazmışam da deyə bilmərəm. Ona qalsa, gərək indiyədək onlarla sevimli kitabdan yazmış olaydım. Burada bəyəndiklərimlə yanaşı, sadəcə mənə yazı mövzusu vermiş kitablardan da söz açmışam. Yəni nə vaxtsa qələm çalmaq istədiyim mövzuya təkan vermişlərdən.
“Əsl mədəni adam tək qalanda da özüylə mədəni davranan kəsdir”.
Bu sözü atamdan eşitmişəm. Təxminən belə ifadə eləmişdi fikrini. Dayımla söhbətində qulağım çalmışdı. Nərd oynaya-oynaya maraqlı söhbətlər edərdilər. Uşaq vaxtlarım idi onda. İndi-indi anlayıram mənasını. Yəni adam arasında mədəni görünmək hələ mədəni adam olmağına dəlalət eləmir; mədəni adam tək sözündə, əməlində yox, fikrində, düşüncəsində, özüylə söhbətində də mədəni olandır!
…Bizim bölgəyə sülh axırıncı erməni sərhəddən yola salınanda gələcək. Qarabağ münaqişəsi 1988-ci ildə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası ilə başlayıb, ermənilər Azərbaycandan çıxarılanda bitəcək.
Ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq yazar kimi belə fikirləri dilə gətirmək asan deyil. Erməni faşizmi qohum-əqrəbamı, dost-tanışımı qətlə yetirsə də, nəslimi qaçqın ömrü yaşamağa məcbur etsə də, nənəmin, babalarımın qəbir yerini şumlasa da, şəhərimi Xirosima görkəminə salsa da, bunu yazmağı özümə rəva bilməməliyəm. Amma yazı-pozu adamının bir missiyası da həqiqətin məhrəm yerlərinə çəkilmiş örtüyü götürmək, əsl üzünü göstərməkdir. Həqiqət isə budur: Qarabağda erməninin qalması sülh üçün təhdiddir, növbəti münaqişəyə zəmindir – dünyada bu qədər dövlətin Qarabağda müharibə ocağının sönməsini istəməməsi bu həqiqətin çılpaq üzüdür! Ermənistanda azərbaycanlı qalmadığı kimi Azərbaycanda da erməni qalmır – yalnız başabaş dəyişim qalıcı sülhün təminatı ola bilər!
Hələ çoxdan qərara gəlmişdim ki, “Ruhlar şəhəri”ni bir də nəşr etdirəsi olsam, onu kitabın ilk iki nəşrindən sonra Ağdama həsr etdiyim yazılarla, gündəliyimdə qaraladığım; bəzilərini Facebook səhifəmdə paylaşdığım, bəzilərini jurnalistlərlə söhbətlərdə danışdığım xatirələrlə, kitab haqqında yazılan məqalə, resenziya, məktub, mesaj, şeir, hətta SMS-lərdən seçmələrlə birlikdə nəşr etdirəcəm.