
Bəxtiyar Hacıyevin məhbəs məktubu
…Çox adamdan məktub almışam. Məni təsirləndirənləri az olmayıb. Bir-ikisini deyim.
Kitabı buradan yükləmək olar: “Danışım, gör məni”
Başqalarını bilmirəm, mənim üçün müsahibə vermək yazı yazmaqdan çətindir. Məsuliyyəti böyükdür, ona görə. Yazıda fikirlərinə dəfələrlə dönmək, redaktələr etmək imkanın olur. Müsahibədə isə belə deyil, “insaflı” jurnalist dərc etməzdən qabaq uzaqbaşı bir dəfə oxumağına şərait yaradar. TV müsahibələrdə bu fürsət də yoxdur. Hələ peşəkar jurnalistin gözləmədiyin, qəfil sualına düşünməyə vaxtın olmamasını demirəm heç. Bir sözlə, müsahibə vermək yazı yazmaqdan ağır işdir. Yəqin ona görədir, verdiyim müsahibələr qədər də min-bir bəhanə ilə boyun qaçırdıqlarım var.
2018-ci ilin 13 avqust günü idi, Amerikaya gəlirdim. Bakı aeroportunda oturub uçuş vaxtımı gözləyirdik. Atamla anam məni yola salırdılar.
Üzbəüz oturmuşduq. Qarşıdan tanış bir simanın tələsik keçdiyini gördüm. “Deyəsən, Vahid bəydir o” dedim. Atam arxaya çevirdi, uzaqdan əl edib salamlaşdılar.
Şaxtalı İsveç gecəsinə işıq salan aylı-ulduzlu göy üzü isti bir uşaqlıq xatirəmi xatırlatdı.
Az qala 50 ilin söhbətidir… Evimizdəki kirayənişin qızların səs-küyü həyəti başına götürmüşdü. Axşamüstü başlayan qar aləmi dümağ rəngə boyamışdı. Yalan olmasın, yerdə mənim diziməcən, budaqlarda da qarğa dimdiyi boyda. Həyətimiz ilahi bir ovsunla qəfil işıqlanmışdı.
Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun IV hissəsinə 2021-ci ildə yazdıqlarım daxildir.
Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı. - Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?... - Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı. Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.
İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.
Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm – Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!