“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”
Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı.- Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?...- Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı. Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.
Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdı. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm, vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm. Oxumağa davam et →