Müsahibə: “Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”

“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”


Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı.  

- Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?...

- Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı.  Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.

Oxumağa davam et

 Publika.az saytına müsahibə

“Əsgəran, Xankəndi erməni-rus nəzarətindəykən yeni Ağdamda dinclik olacaqmı…”

Ağdamda dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq.

Bu sözləri Publika.az-a müsahibəsində yazıçı-publisist Vahid Qazi deyib.

Müsahibəni təqdim edirik:

– Vahid müəllim, 27 il Ağdamın işğal gününü qeyd etdik. Ancaq bu gün başqa əhval-ruhiyyədə bu tarixi xatırlayırıq. Artıq azad Ağdam var. Bu tarixlə bağlı təəssüratınız necədir?

Oxumağa davam et

”Tanrının təlimini insan dəyişdi, Qabil Habili öldürən gün”

”Tanrının təlimini insan dəyişdi, Qabil Habili öldürən gün”

”Yaxşı yazmağın tək şərti qələmlə özün özünlə tək olanda davrandığın kimi davranmaqdır: dürüst, səmimi”.

Vahid Qazi Rupor.az saytına müsahibə verib. Oxusanız zövq alarsınız. Müdrik düşünmək, bu düşüncəni müxtəlif mövzularda mükəmməl ifadə etmək, oxunmaq bütün imza sahiblərinin özünə arzuladığı əsas istəkdir. Vahid Qazi bu istəyinə çoxdan çatıb.

Oxumağa davam et

“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq”

“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq”

                   “Şərq” qəzetinə verdiyim müsahibənin tam variantı

Vahid bəy, 44 günlük müharibənin başa çatması xəbərinə reaksiyanız necə oldu? Hansı hissləri yaşadınız?

– Ordumuz Xankəndinin bir neçə kilometrliyinə çatanda bir dostum ağlıma ideya saldı, təzə bir yazı başladım. Açığını deyim, məni dostumun ideyasına ən çox ruhlandıran ordumuzun qələbələri ilə yanaşı həm də inamla deyilmiş “Sonacan gedəcəyik” nidası idi.

Oxumağa davam et

İsveç qəzetinə müsahibə

“Əminəm ki, bu bölgəyə sülh yalnız işğalçı Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək”

İsveçdə yaşayan Azərbaycanlı yazıçı Vahid Qazi İsveç xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciət edib. Azərbaycanlı və Ermənistanlı həmkarları ilə söhbətində atəşkəsin dərhal kəsilməsinin vacibliyini bildirən nazirə məktubda qeyd edilib ki, atəşkəs məsələni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur. Münaqişənin tək yolu erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasıdır. Bu münasibətlə İsveçin Bleking Länd Tindning qəzetinin kültür redaktoru İngemar Lönnbom V.Qazidən müsahibə alıb.

Oxumağa davam et

Aysel Aslanın suallarına cavab

aysel aslan

“Qarabağ mövzusunda hər yazı dərc edəndə Ermənistandan bloquma 3-5 giriş olur”

“Modern.az” saytının əməkdaşı Aysel Aslanın suallarına cavablarım

 – Bloqunuzun tarixçəsi maraqlıdır. İndiyə kimi ən çox oxunma təxmini nə zaman olub, hansı yazı olub, hansı ölkələr olub? Oxumağa davam et

BBC-nin suallarına cavab

BBC Vahid Qazi

BBC News-un ”Sənin oralarda nə işin var?” verilişinə qonaq oldum, suallara cavab verdim. Xaricə köçməyə qərar vermiş adamların bu müsahibəyə baxmasını qəti məsləhət bilmirəm. Duruxan, tərəddüd edib hələ də götür-qoyda olanlara isə baxmağı tövsiyyə edirəm.

Müsahibəyə bu linkdə baxmaq olar: https://www.bbc.com/azeri/media-47531106

“Vikinq babalarıyla fəxr edib sinəsinə döyən isveçli görməmişəm!”

vahid qazi

“Vikinq babalarıyla fəxr edib sinəsinə döyən isveçli görməmişəm!”

     Teleqraf.com yazıçı-publisist Vahid Qazi ilə müsahibəni təqdim edir.

Vahid bəy, siz Qarabağ qazisiniz?

Xeyr! (gülür) Soyadım Qazıyev idi. 18 il qabaq özümü beləcə “russuz”laşdırdım. Amma belə düşünən az deyil. Bir dəfə biri mənə sual vermişdi ki, məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürür? Cavab vermişdim ki, Türkiyəyə ağlın getməsin, bizdə “qazi” müharibədə qalib gələnə yox, əlil olana deyirlər. Məni başa düşdümü, bilmədim! 

Doğrudan, məğlub xalqıqmı? Oxumağa davam et

Əkrəmin Ramizə dediklərinə münasibət

ramiz rovsen

 

Jurnalist Nərgiz Cavadzadənin sualına cavab

”Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidi?”

Sual: Vahid bəy salam. Sizi Teleqraf.com saytından narahat edirik. Sizə bir mövzuda sual ünvanlamaq istərdik. Əkrəm Əylislinin Ramiz Rövşənlə bağlı səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, şairin toyda şeir oxumasına münasibətiniz necədir?

Cavab: Bir dəfə müsahibə üçün Əkrəm Əylisliyə suallar göndərdim, arasında belə bir sual vardı:  “Sizi yaxından tanıyanlar xarakterinizin çox müsbət tərəfiylə yanaşı bəzən cığallıq elədiyinizi də qeyd edirlər. Cığalsınızmı? Adətən, nə vaxt tutur bu damarınız?” Əkrəm bəyin söz açdığınız müsahibəsində cığallıq duyulmasa da, xeyli təhqir elementləri aydın görünür. Bu müsahibəsini bəyənmək mümkün deyil. Təhqirlə doludur. Mən Əkrəm Əylislini də, Ramiz Rövşəni də onun “Ramizi görmədiyi zirvədə” görürəm.

Son illər ağına-bozuna baxmadan daş-qalaq eləmək vərdişi formalaşıb. Bu, pis haldır. Qocaman söz adamlarının daşlanması isə lap pis nümunədir. Əkrəm Əylisliyə total hücum ediləndə “Daş yuxumdakı Mirzə Fətəli” adlı balaca bir yazımla müdafiəsinə qalxdım, məni də ermənilərə satılmaqda ittiham edənlər tapıldı. Ramiz Rövşənə hücumların pik vaxtı “Ramiz Rövşəni qınayanlara” adlı bir yazı yazdım, nə qədər qınaq yedim. Hər iki halda özümü haqlı bildiyim üçün bu ittihamların, qınaqların biri də mənə təsir etmədi. Onları müasir ədəbiyyatımızın zirvəsi hesab etməyim “küyə getməyim” deyil, fanatik olası yaşda da deyiləm. Sadəcə, özümü daşlayanlar arasında yox, daşlananların yanında daha xoş duyduğumu demək istəyirəm.

Şairin toyda şeir deməsi niyə ayıb sayılmalıdır? Şair şeirini yalnız tribunada, rəhbər qarşısındamı deməlidir? Ramiz Rövşən mənim də toyumda şeir deyib, başqa dostların da. O toyların elə ən yaddaqalan yeri onun çıxışı olub. Camaat “Şeir-şeir!” deyərək səslənəndə şeir deməsəydi, onu insanları qırmaqda, saymazlıqda ittiham edərdilər. Şairin yeri xalqın yanıdır. Gülməli hal bilirsiniz nədi? Bəziləri Ramizi susmaqda qınayırlar! O tək ustad şair deyil, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdır. Bəzən adam sükutuyla da çox şey deyir. Mən Azərbaycanda onu nədəsə qınamağa haqqı olan bir adam belə tanımıram.

Nərgiz Cavadzadə

Teleqraf.com