Иван, уходи из Карабаха!
Qarabağdakı Rusiya qoşunları ilə neyləyək?
Pişim-pişim davranışla yola verək, ya ”vaşmat” deyib işğalçı kimi üstlərinə gedək?
Qarabağdakı Rusiya qoşunları ilə neyləyək?
Pişim-pişim davranışla yola verək, ya ”vaşmat” deyib işğalçı kimi üstlərinə gedək?
Ağdamın taksi sürücülərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində dost-tanışları olardı. Şəhərin dəmir yol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən lap dostluq səviyyəsinəcən çatırdı. Hələ Xankəndiyə dəmir yol çəkilməmişdən qabaq Ağdamda qatardan düşən ermənilər ilk öncə göz-göz eləyib tanış sürücü axtarardılar. Bazarlığa gələnlərsə əvvəlcədən geri qayıdacaqları tanış sürücüylə vədələşirdilər.
Putinin bülbülü – Rusiya dövlətinin insan simasında təcəssümü Vladimir Solovyov dünənki verilişində bir söz işlətdi. Ondan aşağıda danışacam, hələliksə, başqa demək istədiklərim var.
İsveçdə yaşayan Azərbaycanlı yazıçı Vahid Qazi İsveç xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciət edib. Azərbaycanlı və Ermənistanlı həmkarları ilə söhbətində atəşkəsin dərhal kəsilməsinin vacibliyini bildirən nazirə məktubda qeyd edilib ki, atəşkəs məsələni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur. Münaqişənin tək yolu erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasıdır. Bu münasibətlə İsveçin Bleking Länd Tindning qəzetinin kültür redaktoru İngemar Lönnbom V.Qazidən müsahibə alıb.
Günaydın, Ann!
Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.
Sizdən Qarabağı geri alan olmaz, hisslərimizlə oynamayın – yenə körüklənən müharibə ritorikasında ağla gələn tək fikir budur!
Camaatımızın təsəvvüründə erməninin qorxaq obrazı vardı. Gözümü açandan eşitdiyim “Erməni qan gördü” olub. Oxumağa davam et
Təsəvvür eləyin 32 il sonradır: 2052-ci il. İnsanlar Bakı küçələrində Qarabağ yürüşünə çıxıb.
Ağlasığmaz gələr sizə! Amma… Oxumağa davam et
Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət kəsiləndə onun şeir söylədiyini hiss edir: Oxumağa davam et
Qarabağ doğumli elm, sənət, ədəbiyyat adamı, ictimai-siyasi fəallar olaraq, ölkə prezidentinə müraciət hazırlamışdıq. Surətini Qarabağ camaatına, Azərbaycan xalqına ünvanlayasıydıq. Oxumağa davam et