Müəllifdən

bastasjo1

Xoş gördük

Tanışlıq üçün deyim ki, 1968-ci ilin Novruz sabahı cənnətməkan Qarabağın Ağdam şəhərində doğulmuşam. İbtidai təhsilimi onun 1 saylı məktəbində almışam. Sonra Bakı Dövlət Universitetində jurnalistlik oxumuşam.

Jurnalistliyə “Ədalət” qəzetində müxbirliklə başladım, “Azərbaycan” qəzetində davam etdim. Elçibəy hakimiyyətində Prezident Administrasiyasında işlədim. Dövlət çevrilişindən sonra 2 il Müsavat Partiyasının mətbuat xidmətində çalışdım. 1995-ci ildən 2012-ci ilədək “İnam” Plüralizm Mərkəzinə rəhbərlik elədim.

Neçə-neçə ölkədə keçirilən konfranslarda iştirakçı oldum, demokratiya problemləri mövzusunda məruzələr dinlədim, çıxışlar etdim. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçı oldum.

Kuba, Özbəkistan, Belarus kimi azadlıqların total boğulduğu ölkələrdə ictimai-siyasi fəallar, dissidenrlər üçün beynəlxalq yardim proqramlarinda iştirak etdim.

Azərbaycan, Qırğızıstan, Belarus, Gürcüstan, Ukrayna və başqa ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidə missiyalarının tərkibində təşkilatçılarından, iştirakçılarından oldum.

“III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq elədim.

“Ruhlar şəhəri”, “Yaddaş ləpirləri: demokratiya yazıları”, “Çamayra. Kuba dəftəri”“Çöl Qala”,  rusca “Озоновые люди”, “Бейсбол на шахматной доске”, isveçcə “Hyresgäster” (“Çöl Qala” “Kirayəşinlər” adi ilə nəşr olunub) adlı kitabların müəllifiyəm.

İndi İsveçdə yaşayıram.

Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvü olsam da özümü yazıçı hesab eləmirəm. Bu sözün məsuliyyətini dərk edirəm, ona görə! Sadəcə, hərdən yazılar yazır, könül qeydləri edirəm.

Bloqumda  yazılar əsasən Azərbaycan türkcəsindədir. Eyni zamanda rus, ingilis və İsveç dillərində ayrıca bölmələr də var. Burada Ukrayna, latış, polyak, türk dillərinə çevrilmiş yazılarla da tanış olmaq mümkündür.

 

Müəllifdən” üçün 6 cavab

  1. Mən sizin “Ruhlar şəhəri”ni oxuyandan sonra yatmış beynimde sanki bir “partlayış” baş verdi.Oyandım… Ay Allah… necə vaxtdı o gözel yurdumdan, o can dermanı tapılan şeherimden necə olub ki ayrı düşmüşəm??Necə olubki o yerlerin xiffetini cekdiyimi, darıxdığımı , icin-icin yandığımı hiss elememişem.. “Ruhlar şəhəri İcimde qor kimi gözeren yanğının alovlandıran bir vasite oldu..Ağdama getmek isteyende, darıxanda, ayrılıqdan bezənde “Ruhlar şəhəri” ni əlimə alıram… ve oluram başqa bir mekkanda… Sağ olun Vahid müellim…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma