Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et →

Demokratiyanın yarımçıq təbəssümü

N.Cəfəroğlu, M.Olbrayt, İ.Lasota və bəndəniz. Qdansk 2005

Demokratiyanın yarımçıq təbəssümü

 “Yaddaş ləpirləri” silsiləsindən

Hələ 10 il əvvəl Varşavada Polşanın xarici işlər naziri Bronislav Geremek və ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokratiyalar İcmasının imzalanma törənində bəxtəvər-bəxtəvər gülümsəyib əl çalanda demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inanmışdım. Bəlkə (həm də) ona görə ki, dünyanı yönləndirməyə iddialı dövlətin xanım təmsilçisinin mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla yanaşı, yalan olmasın, bir metr boyunda vahiməli itlər basılmaz qoruqçu təsiri bağışlayırdı. Düşünürdüm ki, demokratiyalar da beləcə mühafizə olunacaq. Oxumağa davam et →

Cahillər və snoblar

snob2

Cahillər və snoblar 

Özümü cəmiyyəti çoxrəngli görmək istəyən, onun çoxsaylı zümrələrin qarşılıqlı təması ilə inkişaf edə biləcəyinə inananlara aid edirəm. Belələri sosial təbəqələrin bərabərhüquqlu ünsiyyətini quran bu şərtləri qəbul edənlərdi: işlək Qanun, hamının əməl elədiyi Qayda, bu qanun-qaydalarla yaşamaq Vərdişi, cəmiyyət həyatına hakim kəsilən Ədalət və Əxlaq. Oxumağa davam et →

Ağ Rusiyanın qara taleyi

“Şəhərlər və ölkələr” silsiləsindən

BELARUS-RUSSIA-DIPLOMACY

Ağ Rusiyanın qara taleyi

Uzun illər eyni iqtisadi-siyasi məkanda yaşadığımızdan haqqında kifayət qədər məlumatlı olduğumu düşündüyüm Belarusa son səfər təəssüratım məni rahat buraxmır. Sən demə, kitablar, filmlər, eşitdiklərim və əvvəlki qısamüddətli səfərlərdə gördüklərim bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun bataqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Həqiqət görünənlərin astar üzündəymiş…

Tarixin siyasət qarşısında acizliyinə öz xalqımın taleyi timsalında şahidəm, amma tarixi həqiqətin siyasi ideologiyanın bunca məzlum kölgəsində gizlədildiyini təsəvvürümə də gətirə bilməzdim… Oxumağa davam et →

Bizim saziş

rino harnish

Bizim saziş

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin iqtidarla müxalifət arasında saziş bağlamaq təklifi ölkədə ölkədə mövcud ictimai, siyasi və mənəvi-psixoloji durumun gerçək qiymətini verməyə, bizim hansı ovqata kökləndiyimizi bir daha saf-çürük eləməyə əvəzsiz imkan yaradıb. Yanılmıramsa, ABŞ-la rəsmi münasibətlərdə olduğumuz son 13 ildə bu təklif mahiyyət və forma baxımdan yeni diplomatik səydir, hər halda nə vaxtısa bu cür təşəbbüs olduğu yadıma gəlmir. Təklif qış yuxusundan ayılmaqda olan torpağımızda nikbinliklə canlanmanın qarışığından alınan əsl bahar ümidləri doğurur. Oxumağa davam et →

Açılmayan süfrənin qonağı

P. Şustrova. Müəllif: V.Qazi

Açılmayan süfrənin qonağı

“Yaddaş ləpirləri” silsiləsindən

Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ, Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi. Oxumağa davam et →

Bekar(a) ömür

SALMA SHAW AS DEMON OF LUST, SYNETIC THEATER,  “DANTE”

Bekar(a) ömür

                      “Yaddaş ləpirləri” silsiləsindən

“Əgər hər şey gömülməyə məhkumdursa və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa, əcəba, beyin mərkəzləri və qırışları, görmə və danışma qabiliyyəti, xüsusi hisslər nə üçünmüş?”
Anton Çexov, “6 saylı palata”

Bu yaxınlarda Rüstəm İbrahimbəyovun “İbrus” teatrında nümayişi elan olunan “Köçəri” filminə birlikdə baxmağa adam axtarırdım. Hayladıqlarımsa getmək istəmirdilər. Çoxsaylı bəhanələrin ən abırlısı “Bekarsan eyy..” idi. “Facebook”dakı yaxınların və zəng edib dilə tutduğum dostların sayı filmin başlamasına qalan dəqiqələrin sayına çatanda ayağa qalxdım. Yeddiyə 15 dəqiqə qalmış kələ-kötür və qaranlıq küçəylə yaxınlıqdakı teatra yollandım. Ovqatım təlx olmuşdu. Oxumağa davam et →

Şahmat taxtasında beysbol

gencside

Şahmat taxtasında beysbol

Genosid düşüncələri

(“Yaddaş ləpirləri” silsiləsindən)

On yaşlı oğlum məktəbdə kağızdan düzəltdiyi ucu şiş, gövdəsi yoğun “qanadlı raketi” bağışlayıb məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elədi. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşağısındakı uzun nərdivan onun nəhəngliyindən xəbər verirdi. Özü də sovetin SS-20 uzaqvuran raketinə oxşayırdı. Urandan alınan o zəhrimarı da əlavə eləyəndə buna atom bombası deyirlər… Oxumağa davam et →