Əbülfəz Elçibəy və demokratiya

elci ve irena

Əbülfəz Elçibəyin 75 yaşına

Vahid Qazi

Əbülfəz bəyin 75 yaşı tamam olur. Bir yazı yazmaq istəyirdim. Yaza bilmədim, alınmadı. Hər dəfə əcnəbi qonaqları Kələkiyə yola salanda getmək istədiyim, amma elə aeroportdaca fikrimi dəyişib getmədiyim kimi, bu yazını da yaza bilmədim.

Çoxlu suallarım vardı ona. Çoxlu istəklərim vardı ondan. İşğaldakı məhləmizdən tutmuş Şuşayacan, qırılan ümidləriməcən sual edəcəkdim, başqasıdan yox, məhz ondan soruşacaqdım. Bizi yarıyolda, özü də qaranlıq, qorxulu tunel-labirintdə buraxıb getməyindən, tunelin sonunda işığa ümid yarananda qayıdıb gəlməyindən, gəlişiylə o son işığı da qapatmasından suallar verəcəkdim. 20 il sonra da cavab tapa bilmədiyim suallara izah istəyəcəkdim. 

Bu suallara onun cavabı olacaqdımı?

Oxumağa davam et

Açılmayan süfrənin qonağı

P. Şustrova. Müəllif: V.Qazi

Açılmayan süfrənin qonağı

“Yaddaş ləpirləri” silsiləsindən

Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ, Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi. Oxumağa davam et