Varşava – azadlıq və sevgi şəhəri (foto-reportaj)

“Ölkələr və şəhərlər” silsiləsindən

varsava berpa

Varşava – azadlıq və sevgi şəhəri

Fotolu, xatirəli reportaj

Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.

Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.

Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm. Oxumağa davam et

Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et

Demokratiyanın yarımçıq təbəssümü

N.Cəfəroğlu, M.Olbrayt, İ.Lasota və bəndəniz. Qdansk 2005

Demokratiyanın yarımçıq təbəssümü

 “Yaddaş ləpirləri” silsiləsindən

Hələ 10 il əvvəl Varşavada Polşanın xarici işlər naziri Bronislav Geremek və ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokratiyalar İcmasının imzalanma törənində bəxtəvər-bəxtəvər gülümsəyib əl çalanda demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inanmışdım. Bəlkə (həm də) ona görə ki, dünyanı yönləndirməyə iddialı dövlətin xanım təmsilçisinin mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla yanaşı, yalan olmasın, bir metr boyunda vahiməli itlər basılmaz qoruqçu təsiri bağışlayırdı. Düşünürdüm ki, demokratiyalar da beləcə mühafizə olunacaq. Oxumağa davam et