Vladimir Bukovski şahidlik edir

Bukovski 2

Vladimir Bukovski şahidlik edir

V.Bukovskinin Varşavada keçirdiyi mətbuat konfransından fraqmentlər

…İş elə gətirmişdi ki, 1991-ci il avqustun 25-nə Rusiyaya getmək üçün viza almışdım. Vizanı hələ mayda almışdım və əlbəttə o vaxt qiyam hazırlandığı  heç kimin ağlına belə gəlmirdi.  Mən Moskvaya gələndə qiyam təzəcə bitmişdi. Gələn kimi Rusiyanın yeni hakimiyyəti ilə görüşüb, arxivləri açmaq ücün onları yola gətirməyə başladım. Təbii ki, bu ideyanı onların qəbul edə biləcəyi şəkildə təqdim etməyə calışdım. Oxumağa davam et

Əbülfəz Elçibəy və demokratiya

elci ve irena

Əbülfəz Elçibəyin 75 yaşına

Vahid Qazi

Əbülfəz bəyin 75 yaşı tamam olur. Bir yazı yazmaq istəyirdim. Yaza bilmədim, alınmadı. Hər dəfə əcnəbi qonaqları Kələkiyə yola salanda getmək istədiyim, amma elə aeroportdaca fikrimi dəyişib getmədiyim kimi, bu yazını da yaza bilmədim.

Çoxlu suallarım vardı ona. Çoxlu istəklərim vardı ondan. İşğaldakı məhləmizdən tutmuş Şuşayacan, qırılan ümidləriməcən sual edəcəkdim, başqasıdan yox, məhz ondan soruşacaqdım. Bizi yarıyolda, özü də qaranlıq, qorxulu tunel-labirintdə buraxıb getməyindən, tunelin sonunda işığa ümid yarananda qayıdıb gəlməyindən, gəlişiylə o son işığı da qapatmasından suallar verəcəkdim. 20 il sonra da cavab tapa bilmədiyim suallara izah istəyəcəkdim. 

Bu suallara onun cavabı olacaqdımı?

Oxumağa davam et

Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et