Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun II hissəsinə 2018-2019-cu illərdə yazdıqlarım daxildir.
Kateqoriya Arxivləri: Kultura
Från Sverige till Sovjetunionen med ABBA

Från Sverige till Sovjetunionen med ABBA
När jag valde Abbamuseet som vårt första turistmål under Stockholmsresan envisades mina barn med att gå på Gröna Lund i stället. Jag sa till min fru ”låt dem gå till sin värld så tar jag med dig till min barndom”. Således styrde vi stegen mot ABBA The Museum. Museet är fullt av utställningar som ger en helhetsbild av Abba. Det känns precis som på 70-talet.
Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı

Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı
Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.
ABBA ilə Stokholmdan Ağdama

ABBA ilə Stokholmdan Ağdama
Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi mən ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxsaylı atraksiyonları, karuselləri, nə bilim, şouları olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy, onlar öz dünyalarına getsinlər, gir qoluma, səni öz uşaqlıq çağıma aparacam”.
Şuşadan yaza bilmək
Şuşadan yaza bilmək
Şuşada adını qayalara yazmaq oğlanlar arasında dəb idi. Uşaq vaxtı mən də yazmaq istəmişdim. Cıdır düzündə mismarla oyub adımın baş hərfini bir qayaya güclə həkk eləyə bilmişdim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl…
Qotland. İsveç savannasına səyahət

“Şəhərlər və ölkələr” silsiləsindən
Qotland
İsveç savannasına səyahət
Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.
Azadlıq, ya xoşbəxtlik…

Azadlıq, ya xoşbəxtlik…
Skandinaviyalıların 10 ehkamdan ibarət əxlaq kodeksi
Yalnız birini seçmək imkanı verilsəydi, nəyi seçərdiniz: azadlığı, ya xoşbəxtliyi?
Bilirəm, neçə min ildi fikir adamları hansının daha əsas olması barədə baş sındırsalar da hələ bir tərəfə çıxa bilməyiblər.
Ağlı kəsəndən insan azadlığa can atır. Bəşər tarixi elə azadlıq uğrunda mübarizə tarixidir.
Bəs, hər azadlıq xoşbəxtlik gətirirmi?
RƏMİŞ. Sənət, zaman, tale üçbucağında

Rəmiş
Sənət, zaman, tale üçbucağında
Ölüm var, öldürür – həyata son qoyur; ölüm də var, yaşadır – ömrə yeni həyat verir!
Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.
Fellininin Qarabağdan keçən “Yol”u

Fellininin Qarabağdan keçən “Yol”u
Bir də, görəndə İsa Məsihə deyəcəm ki…
Qış aylarında ağaclar yarpaqsız olurdu deyə evimizin pəncərəsindən uzaq Xıdırlı dağlarının qarlı zirvələri aydın görünürdü. Bayram günlərində, başqa qonaqlıqlarda taxtapuşa saman altda qışa saxladığımız alma, heyva, nar düşürməyə çıxanda o qarlı dağları ətəklərinəcən rahatca seyr edə bilirdim. Soyuq olduğundan dama çıxmazdım, eləcə taxtapuşun dama açılan yumru nəfəsliyindən başımı çıxarıb qarlı dağlara tamaşa edərdim.
Xəyalpərəstin həqiqət xəbəri

Xəyalpərəstin həqiqət xəbəri
Dünən Ağdama gedən jurnalistləri görəndə 30 il qabaq “Ədalət” qəzetində “Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” başlığı ilə dərc olunan yazılar yadıma düşdü. Jurnalist kimi yeni xəbərlər hazırlamaq keçdi könlümdən.
Üç xəbər yazdım xəyalımda. Dedim, bura da yazım, sən də oxuyasan onları, dostum oxucu.

