Azadlıq, ya xoşbəxtlik…

Azadlıq, ya xoşbəxtlik…

Yalnız birini seçmək imkanı verilsəydi, nəyi seçərdiniz: azadlığı, ya xoşbəxtliyi?

Bilirəm, neçə min ildi fikir adamları hansının daha əsas olması barədə baş sındırsalar da hələ bir tərəfə çıxa bilməyiblər.

Ağlı kəsəndən insan azadlığa can atır. Bəşər tarixi elə azadlıq uğrunda mübarizə tarixidir.

Bəs, hər azadlıq xoşbəxtlik gətirirmi?

Oxumağa davam et

İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur?

koronavirus stokholm

İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur?

Başlığa çıxardığım suala İsveç hüquq sistemini araşdıran İsvecgundemi.com saytının əməkdaşı Atila Altuntaş cavab tapmağa cəhd edib. Dünəndən küçəyə çıxmağa icazə almalı olan Azərbaycan oxucusu üçün də maraq kəsb edəcəyini düşünüb həm bu mövzuda, həm də İsveçin koronavirusla mübarizə strategiyası haqda qeydlərimi bölüşmək istədim. Oxumağa davam et

İsveç: əlili əlində tutan ölkə

le-handikappad-pojke-som-leker-hans-fiol-29460038 (2)

İsveç: əlili əlində tutan ölkə

O gün “Həyat üçün işləmək” adlı əlil, ahıl və xəstələrə həsr olunan sərgi-festivala getmişdim. Festivalda musiqi qruplarının konserti, idmançıların yarışı keçirilirdi. Sərgidə isə firma və QHT-lər, bələdiyyə və dövlət təşkilatları öz işlərini nümayiş etdirirdi.  Kimi yeni məhsul çeşidlərini göstərir, kimi qayğı-xidmətlərini təklif edirdi. Oxumağa davam et