
Vahid Qazinin 55 yaşına
1 sentyabr 1985-ci ildən başladıq bir-birimizin qrup yoldaşı olmağa Vahid Qazıyevlə!
Madam ki, tələbəlik illərindən, qrup yoldaşlağımızdan yol aldım, elə ətraflı yazım.
Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi mən ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxsaylı atraksiyonları, karuselləri, nə bilim, şouları olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy, onlar öz dünyalarına getsinlər, gir qoluma, səni öz uşaqlıq çağıma aparacam”.
V.Bukovskinin Varşavada keçirdiyi mətbuat konfransından fraqmentlər
…İş elə gətirmişdi ki, 1991-ci il avqustun 25-nə Rusiyaya getmək üçün viza almışdım. Vizanı hələ mayda almışdım və əlbəttə o vaxt qiyam hazırlandığı heç kimin ağlına belə gəlmirdi. Mən Moskvaya gələndə qiyam təzəcə bitmişdi. Gələn kimi Rusiyanın yeni hakimiyyəti ilə görüşüb, arxivləri açmaq ücün onları yola gətirməyə başladım. Təbii ki, bu ideyanı onların qəbul edə biləcəyi şəkildə təqdim etməyə calışdım. Oxumağa davam et
Sovet deyəndə dodağı dörd yerdən çatlayanlara təzəcə çəkilmiş ”Çernobıl” serialına baxmağı məsləhət görürəm. Müstəqillik illərində doğulan gənclərə isə baxmağı ona görə tövsiyyə edirəm ki, hansı mənəvi-siyasi irsin daşıyıcısı olduğumuzu bilsinlər. 28 ildi insan yönlü cəmiyyət qura bilməməyimizin səbəbi haqda düşünəndə bu bilgi gərəkləri olar. Oxumağa davam et
(Çingiz Hüseynovun “Минувшее – навстречу” memuarı haqda)
Axır sözü əvvəl demək olmasın, Çingiz Hüseynovun 712 səhifəlik “Минувшее – навстречу” memuarında maraqla oxunmayası bir səhifə belə yoxdur.
Kitabı oxusan, elə ilk fəslində 50-70 il qabağın Bakısına – İçərişəhərə, Bayırşəhərə xəyali gəzintiyə çıxacaqsan, onun çoxmillətli sakinləriylə tanış olacaqsan, həyat yaşantılarını görəcək, duyacaqsan.
O biri fəsillər də eləcə – vətənin yaxın tarixini sənə retro filmi kimi göstərəcək. Bəzən o vaxtın romantik sevgilərini bu günün qəlbiylə duymağa cəhd edəcəksən, bəzən də repressiyanın qorxusu ətini ürpədəcək. Siyasi sistemin əzib məhv elədiyi talelərə acıdığın kimi bu qədər ağır mənəvi-fiziki basqıya tab gətirib qürurunu qorumağı bacarmışları sayğıyla anacaqsan.
Totalitar rejimdə yazıçı intriqalarına, ədəbi cameənin birini məhv, digərini xilasetmə həmrəyliyinə, sənətkar-hakimiyyət, mərkəz-əyalət, beynəlmiləlçi-millətçi münasibətlərə tarixi-detektiv filmlərə baxırmış kimi baxacaqsan.
Bu fundamental xatirələr toplusu 60-cı illərin əvvəlindən müntəzəm yazılan gündəlik əsasında ərsəyə gəlib. Amma tək qocaman bir yazıçının həyat yolundan bəhs eləmir, bir vaxt mövcud olmuş sovet xalqının Stalin repressiyası, Xruşşov “ottepel”i (yumşalma), Brejnev “zastoy”u (durğunluq), Qorbaçov “perestroyka”sı (yenidənqurma) illərinə və o dövrlərin Azərbaycanına güzgü tutur, bildiyimiz tarixin bilmədiyimiz neçə-neçə qaranlıq künc-bucağına işıq salır. Yüzlərlə canlı personajla, tarixi şəxslə tanış edir, maraqlı hadisələrdən söz açır.
Nə qədər “Bilirdim!” dediyim bilmədiklərim varmış.
Məsələn, bilmirdim ki, qadağan olunmuş Novruz bayramını dövlət səviyyəsində keçirmək təklifini Şıxəli Qurbanovdan 10 il əvvəl Əbdülrəhman Vəzirov veribmiş. Komsomolun birinci katibi işləyəndə qurultayda belə bir təşəbbüs irəli sürübmüş. Ondan da qabaq, hələ müharibə illərində Mirzə İbrahimov cəsarət göstərib partiya rəhbərliyinə müraciət edibmiş.
Xruşşov dövrünün Qarabağ şəhidi
Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!
Kitabın “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.
Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.
Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istəyirəm.
Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.
Amerika ilə münasibətlərin yumşalmasından istifadə edən ermənilər sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.
36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.
Kitabdan oxuyaq: Oxumağa davam et
Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə… İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi?
Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən… Oxumağa davam et
Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlər azad adamlardan div canı saxlanan şüşədən qorxan kimi qorxurlar.
Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edirlər. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub. Oxumağa davam et