
Rəmiş
Sənət, zaman, tale üçbucağında
Ölüm var, öldürür – həyata son qoyur; ölüm də var, yaşadır – ömrə yeni həyat verir!
Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.