Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı

Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı

Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.

Oxumağa davam et

Bethovenin 250 illiyinə dəvət

beethoven-250

Bethovenin 250 illiyinə dəvət

“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. Oxumağa davam et

Kontrabas adamlar və ya “Çığırtılar içində pıçıltı”

kontrabas

Kontrabas adamlar

və ya “Çığırtılar içində pıçıltı”

Bəxtiyar Hacıyevə

O gün israilli cazmen Avişay Kohenin triosu Malmö simfonik orkestriylə əla bir konsert verdi. Açığı konsertə trioda yer alan Elçin Şirinova görə getmişdim. Getməyə dəyərmiş, Elçini tanıdım, çıxışına valeh oldum. Bəlkə də bu heyranlığın qaynağı qərib ölkədə bir yurddaşın uğurundan fəxarət duyğusu yaşamaq idi, bilmirəm. Oxumağa davam et