Donuq duyğuların canlı xəyalı: Ağdam

Donuq duyğuların canlı xəyalı: Ağdam

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz hazırlayardı. Ən qəribəsini şamaxılı Əlirza fikirləşmişdi, deyirdi dırmaşacaq ağaca, çağıracaq çıxın burda görüşək.

Mən xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləməyi xəyal eləmişdim. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Şifonerin qapısını açacaqlar və… mən uzaq Totsk səhrasında əsgəri xidmətimi bitirib qayıtmışam. Beləcə hamımız xoşbəxt olacaqdıq!

Oxumağa davam et

Xankəndi (İkinci yazı)

Xankəndi (İkinci yazı)

Yayda nənəm Bakıdan bizə gələrdi. Gəlişi günlərimizi gur, şən edərdi. Qohum-əqrəba, qonum-qonşu onu görmək üçün bizə yığışar, yaxud da qonaq aparardılar. Ağdamdakı tay-tuşları nənəmi gah Ordubad qızı, gah da Tiflis gəlini çağırardılar. Bu sözləri ən çox qonşumuz Ağca xaladan eşitmişəm.

Oxumağa davam et

 Publika.az saytına müsahibə

“Əsgəran, Xankəndi erməni-rus nəzarətindəykən yeni Ağdamda dinclik olacaqmı…”

Ağdamda dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq.

Bu sözləri Publika.az-a müsahibəsində yazıçı-publisist Vahid Qazi deyib.

Müsahibəni təqdim edirik:

– Vahid müəllim, 27 il Ağdamın işğal gününü qeyd etdik. Ancaq bu gün başqa əhval-ruhiyyədə bu tarixi xatırlayırıq. Artıq azad Ağdam var. Bu tarixlə bağlı təəssüratınız necədir?

Oxumağa davam et

Ağıllı Ağdamın kölgəsi

Ağıllı Ağdamın kölgəsi

İki fərqli duyğu yaşayır adam. Biri şirin eyforiyadır, o biri acı nigarançılıq.

Xoş emosiyalar yaşamaqdan zövq almaqla yanaşı soyuq başla düşünməli də olursan. O ikinci duyğu bundan sonra yaranır.

Ağdamın baş planının təqdimatına, özül qoyma mərasiminə mən də baxdım. Neçə gündür TV-lərdə, sosial şəbəkələrdə müzakirələrin birini də qaçırmamağa çalışıram.

Oxumağa davam et

Fellininin Qarabağdan keçən “Yol”u

Fellininin Qarabağdan keçən “Yol”u

Bir də, görəndə İsa Məsihə deyəcəm ki…

Qış aylarında ağaclar yarpaqsız olurdu deyə evimizin pəncərəsindən uzaq Xıdırlı dağlarının qarlı zirvələri aydın görünürdü. Bayram günlərində, başqa qonaqlıqlarda taxtapuşa saman altda qışa saxladığımız alma, heyva, nar düşürməyə çıxanda o qarlı dağları ətəklərinəcən rahatca seyr edə bilirdim. Soyuq olduğundan dama çıxmazdım, eləcə taxtapuşun dama açılan yumru nəfəsliyindən başımı çıxarıb qarlı dağlara tamaşa edərdim.

Oxumağa davam et

“Ruhlar şəhəri” kitabının üçüncü nəşrinə

Ruhlar şəhəri. 

Müəllifdən

Hələ çoxdan qərara gəlmişdim ki, “Ruhlar şəhəri”ni bir də nəşr etdirəsi olsam, onu kitabın ilk iki nəşrindən sonra Ağdama həsr etdiyim yazılarla, gündəliyimdə qaraladığım; bəzilərini Facebook səhifəmdə paylaşdığım, bəzilərini jurnalistlərlə söhbətlərdə danışdığım xatirələrlə, kitab haqqında yazılan məqalə, resenziya, məktub, mesaj, şeir, hətta SMS-lərdən seçmələrlə birlikdə nəşr etdirəcəm.

Oxumağa davam et

Xəyalpərəstin həqiqət xəbəri

Xəyalpərəstin həqiqət xəbəri

Dünən Ağdama gedən jurnalistləri görəndə 30 il qabaq “Ədalət” qəzetində “Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” başlığı ilə dərc olunan yazılar yadıma düşdü. Jurnalist kimi yeni xəbərlər hazırlamaq keçdi könlümdən.

Üç xəbər yazdım.

Oxumağa davam et

Vahid Qazinin esseləri haqda düşüncələr

«Ruhlar şəhəri»ndə qalan ləpirlər

VAHİD QAZİNİN ESSELƏRİ HAQDA DÜŞÜNCƏLƏR

Sadıq MURTUZAYEV

Qarabağ tarixi dərdlərimizin ən böyüyüdür. Bu dərdin baş səbəbi başsız qalmağımız olub. Başqa bir dərdimiz də var – tariximiz zamanında, canlı şahidlər sağkən qələmə alınmayıb, kitablara, yazılara köçürülməyib.

Vahid Qazinin yenicə çıxmış “Ruhlar şəhəri” kitabının əsas dəyəri ondadır ki, burada toplanan on beş essenin hər biri müəllifin canlı müşahidələrinin məhsuludur, “Ruhlar şəhəri” adlandırdığı Ağdamın xoşbəxt və bədbəxt günlərinin sintezidir. Ədəbi-publisistik janr kimi essenin üstünlüyü hadisələrin canlı verilmə imkanıdır. Müəllifin dediyi kimi, onun “orada qalmış ləpirləri”nin hər biri elə mənim də canlı xatiratımdır, mənim də ləpirlərimdir və onları oxuduqca kövrək duyğular məni ağuşuna alıb qəhərləndirmişdi (Sadıq Murtuzayev 1980-1990-cı illərdə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi olub – red.).

Ramiz Rövşənin kitaba yazdığı ön sözdə dediyi kimi, ölçüyəgəlməz “Ağdam qüruru” ilə mən də on il yaşamışam, “Ruhlar şəhəri”nin hər qarışına bələdəm, Ağdamın fədakar adamlarına arxalanıb böyük işlərə imza atmışıq. Orada görülən böyük tədbirlərin hər biri çox şeyə qadir olan birinci katib kimi həm də mənim uğurlarım olsa da, bunların hamısı ilk növbədə Ağdamın öz ruhundan qidalanırdı, ağdamlıların fədakarlığı ilə baş tuturdu. Oxumağa davam et