
Qürbətdə Yurd yeri
Arif Rəhimoğlunu hələ Bakıdan tanıyırdım. Amma bu, uzaqdan tanışlıq idi. Uzaqdan tanımaq ötəri baxış kimidir. Baxmaq da, bilirsiniz, hələ görmək deyil.
Mən Arif bəyi yaxından İsveçdə gördüm, tanıdım.

När jag valde Abbamuseet som vårt första turistmål under Stockholmsresan envisades mina barn med att gå på Gröna Lund i stället. Jag sa till min fru ”låt dem gå till sin värld så tar jag med dig till min barndom”. Således styrde vi stegen mot ABBA The Museum. Museet är fullt av utställningar som ger en helhetsbild av Abba. Det känns precis som på 70-talet.

Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz hazırlayardı. Ən qəribəsini şamaxılı Əlirza fikirləşmişdi, deyirdi dırmaşacaq ağaca, çağıracaq çıxın burda görüşək.
Mən xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləməyi xəyal eləmişdim. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Şifonerin qapısını açacaqlar və… mən uzaq Totsk səhrasında əsgəri xidmətimi bitirib qayıtmışam. Beləcə hamımız xoşbəxt olacaqdıq!

Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi mən ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxsaylı atraksiyonları, karuselləri, nə bilim, şouları olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy, onlar öz dünyalarına getsinlər, gir qoluma, səni öz uşaqlıq çağıma aparacam”.
Şuşada adını qayalara yazmaq oğlanlar arasında dəb idi. Uşaq vaxtı mən də yazmaq istəmişdim. Cıdır düzündə mismarla oyub adımın baş hərfini bir qayaya güclə həkk eləyə bilmişdim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl…

Yayda Münəvvər nənəm Bakıdan bizə gələrdi. Gəlişi günlərimizi gur, şən edərdi. Qohum-əqrəba, qonum-qonşu onu görmək üçün bizə yığışar, yaxud da onu qonaq aparardılar. Ağdamdakı tay-tuşları nənəmi gah Ordubad qızı, gah da Tiflis gəlini çağırardılar. Bu sözləri ən çox qonşumuz Ağca xaladan eşitmişəm.
Hər yerdən danışırlar, Xankəndidən savayı.
Zəngəzurdan danışırlar, İrəvandan danışırlar, Xankəndidən danışmırlar.
Basıb keçib Basarkeçərdən söz açırlar, nə məsələdirsə, Xankəndinin adını tutmurlar.
Dinənin də ağzından vururlar ki, sus, bu, siyasətdir!

“Şəhərlər və ölkələr” silsiləsindən
İsveç savannasına səyahət
Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.