Tənhalıq dövrünün adamları

col-qala-isvec

Tənhalıq dövrünün adamları

“Hyresgäster” (“Çöl Qala”) povestinin Stokholm təqdimatında dediklərim

Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu.

İndi İsveçin dörd bir yanından dostlar gəlib. Neçə yüz kilometr yol qət etmisiniz. Çox sağ olun!

İsveçcə “Hyresgäster”, yəni “Kirayənişinlər” adıyla nəşr olunan “Çöl Qala” barədə adətən iki cür adamın sualı olur – onu oxuyanın, bir də oxumayanın. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazənizlə, oxumayanların sualından danışım. Oxumağa davam et

“Çöl Qala”nın iç dünyası

col qala arif rehimoglu

“Çöl Qala”nın iç dünyası

    Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.

          Əbülfəz Elçibəy

Vahid Qazinin “Çöl Qala”sını oxuyandan sonra əsərlə bağlı düşünərkən istər-istəməz rəhmətlik Əbülfəz Elçibəydən (Allah rəhmət eləsin! Məzarı nurla dolsun!) eşitdiyim bu müdrik deyimi xatırladım. Öz-özümdən soruşdum: Vahid bəyin əsərdə yaratdığı rəssam kimdir – azad olmuş quldur, ya azad edilmiş qul? Oxumağa davam et

Hökmdarın hüzurunda olmaq

arif eliyevin kitabi

Hökmdarın hüzurunda olmaq

Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!

Sənətkarın xoşbəxtliyi içindəkini sevərək gün işığına çıxarmaq azadlığındadı! Oxumağa davam et

Çernobıl, xilaskar ata və mən

chernobyl-hbo

Çernobıl, xilaskar ata və mən

Sovet deyəndə dodağı dörd yerdən çatlayanlara təzəcə çəkilmiş ”Çernobıl” serialına baxmağı məsləhət görürəm. Müstəqillik illərində doğulan gənclərə isə baxmağı ona görə tövsiyyə edirəm ki, hansı mənəvi-siyasi irsin daşıyıcısı olduğumuzu bilsinlər. 28 ildi insan yönlü cəmiyyət qura bilməməyimizin səbəbi haqda düşünəndə bu bilgi gərəkləri olar. Oxumağa davam et

Qadın azadlığı: xəyalda və realda

isveç qadınları

Qadın azadlığı: xəyalda və realda

İsveç və Azərbaycan qadınları haqda

“Qadın olmaq nə deməkdir” sualına hər cəmiyyətdə bir cür cavab taparsan. Bu, ilk növbədə o cəmiyyətdə formalaşmış mühitə bağlıdır. Din, kültür, ənənə və qadına verilən azadlığın hüdudu o mühiti formalaşdıran əsas amillərdir.

Bir ABŞ institutu gender bərabərliyi mövzusunda beynəlxalq araşdırma aparmışdı. İsveç bu sahədə dünya birincisi seçilmişdi. Oxumağa davam et

“Çöl Qala” Stokholmda təqdim olundu

 

59334879_10155930526366126_555906636552601600_n

“Çöl Qala” Stokholmda təqdim olundu

Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” povestinin təqdimat və imza mərasimi keçirilib. Oxumağa davam et

Azad düşüncənin sonsuz üfüqü

nergiz qazi

Azad düşüncənin sonsuz üfüqü

 Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”.

Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. Oxumağa davam et

Novruz sabahının pəncərəsi

dsc0131-copy

Novruz sabahının pəncərəsi

 “Ruhlar şəhəri” kitabından

Pəncərədə dizlərini qollarının arasına yığıb oturmağın, yorulanda ayaqlarını açıb pəncərə boyu uzatmağın, beləcə rahatlanıb küçədən gəlib-gedənlərə tamaşa eləməyin özü əyləncə olmayan yerdə bir əyləncədi. Yağışlı günlərdə, həyətdə oynamağa imkan olmayanda, ildırım vurar deyə şəhər işıqları söndürüldüyündən dünyanın əcinnə gözündə gördüyü bir ölkənin çəkdiyi, Yer üzünün bəlkə də ən humanist cizgi filmlərinə baxa bilməyəndə aynası küçəyə açılan pəncərəmiz televizoru əvəz eləyirdi. Oxumağa davam et

BBC-nin suallarına cavab

BBC Vahid Qazi

BBC News-un ”Sənin oralarda nə işin var?” verilişinə qonaq oldum, suallara cavab verdim. Xaricə köçməyə qərar vermiş adamların bu müsahibəyə baxmasını qəti məsləhət bilmirəm. Duruxan, tərəddüd edib hələ də götür-qoyda olanlara isə baxmağı tövsiyyə edirəm.

Müsahibəyə bu linkdə baxmaq olar: https://www.bbc.com/azeri/media-47531106

Fironlar ölkəsinə səyahət

“Şəhərlər və ölkələr” silsiləsindən

piramida 1

Fironlar ölkəsinə səyahət

Misirdən şəkilli səfər qeydləri

Açığı, Misirdə Hurqada adlı turist məkanı olduğunu bilmirdim. Şərm-əl-Şeyx haqda eşitmişdim, məşhurdur. Hurqadadan isə İsveçin turist firmasından şirnikləndirici endirim qiymətinə səyahət təklifi gələndə xəbər tutdum. Düzdür, Şərm-əl-Şeyxə də sərfəli putyovka vardı, amma mən buranı seçdim. Nəsə Şərm-əl-Şeyx adı gələndə harınlamış ərəb şeyxləri yadıma düşür.

Oxumağa davam et