
Qarışqa yükü boyda
Tofiq Yaqublu Qarabağın insan üzüdür! Mənim təsəvvürümdə artıq belədir. Özü də tək ona görə yox ki, T.Yaqublu Qarabağda vuruşub, qanını axıdıb.
Tofiq Yaqublu Qarabağın insan üzüdür! Mənim təsəvvürümdə artıq belədir. Özü də tək ona görə yox ki, T.Yaqublu Qarabağda vuruşub, qanını axıdıb.
Facebook “tag” sistemini ona görə tətbiq edir ki, biri başqası haqda nəsə yazanda “tag” edib onu da xəbərdar etsin, yəni loru dillə desək, sözü onun üzünə desin. Əks halda deyib-yazdığının bir adı olur – ictimai QEYBƏT! Oxumağa davam et
Tofiq Yaqublunun müsahibəsi üç il əvvəl oğlunun mühakimə olunduğu məhkəmə binası qabağında qərar gözləyən Hikmət Hacızadəylə görüşü yadıma saldı – onunla həmin görüşün təəssüratı “Qəmli gözlərin süitası” adlı yazıya çevrilmişdi.
…Müsahibəni oxuyanda elə bildim min kilometrlərin boyundan uzanıb Tofiq bəyə əl verdim, gözlərinə baxdım, ürəyini açıb içindəki duyğuları gördüm. İlk dəfəydi… əvvəllər heç vaxt pəncərəm həbsdəki qızından nigaran qalan ata qəlbinə açılmamışdı.
…Adam öz dərdində böyüyür, müdrikləşir, insanlaşır. Nə qədər paradoksal görünsə də belədi: insan səadətə can atır, amma onu kamilləşdirən can atdığı səadət yox, böyüdən kədərdi.
…Həbsin əsl səbəbini bilmirəm, bilməyim də heç nəyi dəyişmir! Azərbaycanda məhkəmə-hüquq sistemi, siyasi rəqiblərlə davranış mədəniyyətindən Antarktidada pinqvinlərin xəbəri yoxuydu, indi onların da xəbəri var, səyyah-nazirimiz getmişdi.
…Nigarın günahkar olub-olmaması haqda düşünməyi belə absurd sayıram. Çünki Allahın əl üzüb tanrıların ümidinə buraxdığı məmləkətdə hər gün minlərlə cinayət törədilir, günahlar işlədilir – burda cinayət və günahların hökmünü kəsənlər Allahı, Allah da hökm kəsənləri tanımır.
… “Toplum” jurnalı üçün Nigarın mübarizə dostu Günel Rəhimliyə bir sual yollamışdım: “Siyasi çevrələrdəki Azərbaycan kişisinin xanımı “dekabrist arvadı” ola bilirmi?” Cavabı beləydi: “Azərbaycan siyasətçisi Dekabristlər kimi mətin, əqidəsinə sadiq olarsa, inanıram ki, həmən siyasətçinin xanımı Dekabristlərin xanımından da sadiq və mübariz olar”.
…Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram. Bu, həm də mübarizə tarixində yeni mərhələdi – qabağa gənclər çıxır, öndə gənc xanımlar gəlir.
…Döyüşə balalar gedir.
25.09.2012