İstiqlal cəfakeşi

İstiqlal cəfakeşi

(Arif Hacılının 50 yaşına)

Vahid Qazi

Səhər “Facebook”dakı səhifəmə “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı həyat eşqi hadisə deyilmi?” yazanda məhbus zabitimiz Ramil Səfərovun Macarıstan türməsində tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərinin təsirindəydim. Elə bilirdim ki, bu saat körpə Nemeçeki qollarımın üstünə alıb uğrunda öldüyü Meydançanı son dəfə görsün deyə ora aparacam və bununla bəlkə də həyatımda Allaha xoş gedəsi ən doğru hərəkətimi etmiş olacam. Əsərin qəhrəmanlarını uşaqlığımın məhlə oğlanları, müəllifini də macar yazıçısı yox, Ramilin özü kimi qəbul eləmişdim. Oxumağa davam et →

“Ayna” qəzetinə müsahibə

Azerbaycan ve Avropa birliyi inteqrasiya ucun effektiv emekdashliq mexanizmleri movzusunda deyirmi masa

“Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin, danışıqlara gətirin”

“Rusiyanın Şərq Tərəfdaşlığı Proqramına şübhəli yanaşması proqramda iştirakı imitasiyaya çevirməyə bəhanə olmamalıdır”. Müsahibimiz Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) həmsədri Vahid Qazidir.

 

Həm coğrafi, həm də mentalitet baxımdan şərqli olsaq da Avropa məkanına üz tutmuşuq. Avropanın siyasi, ictimai, mədəni institutlarında təmsil olunuruq. Avropa bağlantılarımız nə qədər güclüdür?

Azərbaycanın Avropa ilə ilk ciddi tanışlığı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşanmış sənaye kapitalizmi dövrünə təsadüf edir. O dövrüm neft bumu ölkəyə güclü Avropa investisiyası ilə birlikdə siyasi plüralizm, liberal dəyərlər də gətirdi, Avropa təhsili görmüş yerli intellektuallarımızın yetişməsinə səbəb oldu. Milli istiqlalçılarımız dünyanın inkişaf yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemindən keçdiyini dərk etdilər, yüzillərlə formalaşmış beynəlmiləlçi ümmətçilik yerinə milli məfkurə təklif etdilər. Müsəlman Şərqində ilk demokratik respublikası elə həmin ziyalıların təfəkkürünün və əməyinin bəhrəsi idi. Oxumağa davam et →

Rusiya səfirinə məktub

Rusiya Federasiyasının Azərbaycandakı səfiri

cənab Vasili İstratova

Cənab səfir!

Bu kiçik məktubu kimə ünvanlamaq barədə çox düşündüm: Rusiyadakı dostlaramı, hər cür hörmətə layiq ictimai xadimlərəmi, yoxsa dövlət rəsmilərinəmi? Darmacalda son əlçatan Sizi bildim. Oxumağa davam et →

Partlamayan minaların serenadası

      Bosniyanın çoxsaylı qəbirstanlıqlarından biridir. Oktyabr, 1997

Partlamayan minaların serenadası

(“Yaddaş ləpirləri” silsiləsindən)

Qarabağ yenə dillərdədi.

Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqtonda, “Parisdə, Təbrizdə, həyətimizdə”. Nəyə görəsə “Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itirdik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım da onu birdəfəlik itirmək səbəbindəndir. Oxumağa davam et →

Qara çörəyin ağ üzü

Qara çörəyin ağ üzü

(Vitautas Landsbergis haqda)

“Yaddaş ləpirləri” silsiləsindən

Vahid Qazi

Nə qədər haqlı olmasına baxmayaraq səmimi deyilməyən sözü qəbul etməməyim, yəqin ki, şərqli emosionallığımdan gəlir. Sevgisiz, hətta nifrətlə deyilən haqlı sözü qəbul edənlər də var. Mən belələrindən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQLIsını, həm də SƏMİMİsini deyin, nə qədər acı və ağır olsa belə, qəbul edəcəm. Əmin olun! Oxumağa davam et →

Kerolayn Koks, Yelena Bonner və genosid debatları

sakharov bonner

Kerolayn Koks, Yelena Bonner

və genosid debatları

                        “Yaddaş ləpirləri” silsiləsindən

Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yazdığım “Şahmat taxtasında beysbol oyunu”ndan sonra soyqırımı mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm. Oxumağa davam et →

Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et →

Demokratiyanın yarımçıq təbəssümü

N.Cəfəroğlu, M.Olbrayt, İ.Lasota və bəndəniz. Qdansk 2005

Demokratiyanın yarımçıq təbəssümü

 “Yaddaş ləpirləri” silsiləsindən

Hələ 10 il əvvəl Varşavada Polşanın xarici işlər naziri Bronislav Geremek və ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokratiyalar İcmasının imzalanma törənində bəxtəvər-bəxtəvər gülümsəyib əl çalanda demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inanmışdım. Bəlkə (həm də) ona görə ki, dünyanı yönləndirməyə iddialı dövlətin xanım təmsilçisinin mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla yanaşı, yalan olmasın, bir metr boyunda vahiməli itlər basılmaz qoruqçu təsiri bağışlayırdı. Düşünürdüm ki, demokratiyalar da beləcə mühafizə olunacaq. Oxumağa davam et →

Bizim saziş

rino harnish

Bizim saziş

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin iqtidarla müxalifət arasında saziş bağlamaq təklifi ölkədə ölkədə mövcud ictimai, siyasi və mənəvi-psixoloji durumun gerçək qiymətini verməyə, bizim hansı ovqata kökləndiyimizi bir daha saf-çürük eləməyə əvəzsiz imkan yaradıb. Yanılmıramsa, ABŞ-la rəsmi münasibətlərdə olduğumuz son 13 ildə bu təklif mahiyyət və forma baxımdan yeni diplomatik səydir, hər halda nə vaxtısa bu cür təşəbbüs olduğu yadıma gəlmir. Təklif qış yuxusundan ayılmaqda olan torpağımızda nikbinliklə canlanmanın qarışığından alınan əsl bahar ümidləri doğurur. Oxumağa davam et →