Ozon adamlar

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

 – tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

 – liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

 – liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);

 – müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et →

Döyüşə balalar gedir

Döyüşə balalar gedir

(Nigar Yaqubluya)

Tofiq Yaqublunun müsahibəsi üç il əvvəl oğlunun mühakimə olunduğu məhkəmə binası qabağında qərar gözləyən Hikmət Hacızadəylə görüşü yadıma saldı – onunla həmin görüşün təəssüratı “Qəmli gözlərin süitası” adlı yazıya çevrilmişdi.

…Müsahibəni oxuyanda elə bildim min kilometrlərin boyundan uzanıb Tofiq bəyə əl verdim, gözlərinə baxdım, ürəyini açıb içindəki duyğuları gördüm. İlk dəfəydi… əvvəllər heç vaxt pəncərəm həbsdəki qızından nigaran qalan ata qəlbinə açılmamışdı.

…Adam öz dərdində böyüyür, müdrikləşir, insanlaşır. Nə qədər paradoksal görünsə də belədi: insan səadətə can atır, amma onu kamilləşdirən can atdığı səadət yox, böyüdən kədərdi.

…Həbsin əsl səbəbini bilmirəm, bilməyim də heç nəyi dəyişmir! Azərbaycanda məhkəmə-hüquq sistemi, siyasi rəqiblərlə davranış mədəniyyətindən Antarktidada pinqvinlərin xəbəri yoxuydu, indi onların da xəbəri var, səyyah-nazirimiz getmişdi.

…Nigarın günahkar olub-olmaması haqda düşünməyi belə absurd sayıram. Çünki Allahın əl üzüb tanrıların ümidinə buraxdığı məmləkətdə hər gün minlərlə cinayət törədilir, günahlar işlədilir –  burda cinayət və günahların hökmünü kəsənlər Allahı, Allah da hökm kəsənləri tanımır.

… “Toplum” jurnalı üçün Nigarın mübarizə dostu Günel Rəhimliyə bir sual yollamışdım: “Siyasi çevrələrdəki Azərbaycan kişisinin xanımı “dekabrist arvadı” ola bilirmi?” Cavabı beləydi: “Azərbaycan siyasətçisi Dekabristlər kimi mətin, əqidəsinə sadiq olarsa, inanıram ki, həmən siyasətçinin xanımı Dekabristlərin xanımından da sadiq və mübariz olar”.

…Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram. Bu, həm də mübarizə tarixində yeni mərhələdi – qabağa gənclər çıxır, öndə gənc xanımlar gəlir.

…Döyüşə balalar gedir.

25.09.2012

 P.S.  “Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram” sözlərini yazanda hələ Leyla Yunus, Xadicə İsmayılova həbs olunmamışdı. Nigarın bacısı Nərgiz vəfat etməmişdi, atası şərlənib tutulmamışdı. Bu gün Nərgizin anım günündə onun ruhuna dualar edir, Tofiq Yaqubluya səbr diləyirəm!
23 aprel 2016

İrena

“Adamlar və kitablar” silsiləsindən

Irena Lasota

 

İrena

1998-ci ilin 12 sentyabrında müxalif fəalların Bakı küçələrində “Azadlıq!” hayqırtısı polisin vahiməli uğultusunu batıranda mən ona azadlıq ruhumuzun hələ qırılmadığını inamla söyləyirdim.

Əsas hadisələrin orada cərəyan edəcəyini bildiyimdən maşını Milli Bankın köhnə binasıyla üzbəüz saxlamışdım. Oxumağa davam et →

Sözün nifrət çaları

Sözün nifrət çaları

Vahid Qazi

Saytlardakı sayğaclar sizi aldatmasın, ən çox oxunan model qız şəkilli yazılar deyil. Belə yazılar oxumaq yox, baxmaq üçün açılır. Ən çox oxunan hökuməti, xüsusən onun zirvəsində qərar tutanların gizlinlərinə işıq tutan yazılardı. Oxucunu şəklin lütü yox, sözün çılpağı cəlb edir. Bu gün “qızıl xırdalasa” belə, çılpaq, yəni müxalif sözdən kənar kəsərli kəlmə yoxdu. Sanki söz yalnız hakimiyyət sahiblərini tənqid hesabına öz qüdrətini saxlayır. Oxumağa davam et →

Şərq hüzuru

Şərq hüzuru

“Yaddaş ləpirləri” silsiləsindən

Bir yağışlıq canı olan əhəngi yol kənarı boyu düzülmüş daşlara sürtən fəhləyə göstərişlərini verib parkın ortasında yenicə tikilmiş fontana döğru getdi. Əvvəlki adı və görünüşü dəyişdirilən parkın 40 yaşı vardı. Təzəcə əkilmiş, yerli təbiətə yad ağaclar “Sevil” tamaşasında möhtərəm qonaqlara təqdim etmək üçün Balaşın qiyafəsini dəyişdirdiyi atasını xatırladırdı. Oxumağa davam et →

İbrahimbəyovun qorxulu kinosu

 

İbrahimbəyovun qorxulu kinosu

Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik elədiyi dönəm müsahibələrin birində sələflərini cürbəcür intriqalarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov kimi dünya çaplı sənətkarların arasını vurmaqda ittiham eləmişdi. O vaxtdan təkzib edilməyən bu ittiham düzdürsə, güman etmək olar ki, mədəniyyətimizin başqa sahələrində də bu cür siyasət aparılıb.

Avtokrat idarəetmə metoduna xas bu cür siyasətlərin məqsədi aydındı: ayrı-ayrı nüfuz sahiblərinin birləşib güc mərkəzinə çevrilməsinə imkan verilməməlidi. Rüstəm İbrahimbəyovun başçılıq elədiyi təşkilatla eyni adda ikinci Kinematoqrafçılar İttifaqının yaradılması xəbərini oxuyanda yadıma Vəzirovun həmin sözləri düşdü. Heç nə dəyişməyib! Demək, yenə sənətkarlar üz-üzə qoyulur. Oxumağa davam et →

Vətənim Yalandiya

Vətənim Yalandiya

Vahid Qazi

Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə… İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi?

Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən… Oxumağa davam et →

Yaratmaq azadlığı


TOPLUM - Yaz 2012

Yaratmaq azadlığı

“Toplum” jurnalının Yaz-2012 sayına redaktor yazısı yerinə

Vahid Qazi

Diqqətli oxucu jurnalın Yaz-2012 sayında əksər yazıların yaradıcılıq azadlığından bəhs etdiyini tez fərq edəcək. Mənsə nömrəyə başqa bir mövzuda yazmışdım. Adı “İşğalçılar”dı. Məqalə o biri müəllif yazılarının mövzu buketinə tam uyuşmadığından öz bloqumda dərc edəsi oldum. Orda yazmışdım ki, “Qarabağda yaşamaq haqqı ilə Azərbaycanın başqa yerlərində azad, xoşbəxt, rifah içində, ədalət harmoniyasında yaşamaq haqqımız eynidi! Bu haqqı Qarabağda erməni ordusu, Bakıda, Qubada, Sabirabadda, Naxçıvanda Azərbaycan əli silahlısı boğursa, demək, bütöv ölkədə torpağımız, azadlığımız, ləyaqətimiz, nəhayət, arzu və xəyallarımız da işğal olunub! …Xalq üçün fərqi yoxdu, işğalçı elə işğalçıdı”. Oxumağa davam et →

İşğalçılar

lenin trotski

İşğalçılar

1994-cü ilin 12 mayında “Bişkek protokolu”nu imzalayan Azərbaycan rəsmiləri müqaviləni qələbə sənədiymiş kimi təqdim eləyəndə, ölkənin kənd və şəhərlərində, küçə və tinlərində, çayxana və məclislərində müzakirələr açılanda, mən o sənədi Leninin 1918-ci ildə qollatdığı “Brest sülhü”nə bənzədənlərlə bir yerdəydim. TV-lərə baxanda elə bilirdin, Trotski dirilib özünün məşhur şüarını təkrarlayırdı: “Biz müharibəni dayandırır, sülh bağlayır, ordunu buraxırıq!” Oxumağa davam et →

2 + 2 = 5

“Adamlar və kitablar” silsiləsindən

1984-orwell-web

2 + 2 = 5

Corc Oruellin “1984” romanı haqda

      “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. C. Oruell

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Oxumağa davam et →