Haramıstan

MKM

Haramıstan

Vahid Qazi

Adətən yazıya adı onu bitirəndən sonra qoyursan. Hərdən də əksinə olur, başlığı yazıdan əvvəl tapırsan. “Haramıstan” da belədi, hələ iki il əvvəl komputerimdə boş fayla qoyduğum addı. Dəfələrlə mövzusuna uyğun gələn yazılardan birinə bu adı vermək istəsəm də, sonda vaz keçmişəm.

Məni belə bir adı bu yazıya başlıq seçməyə Milli Kitab Mükafatı münsiflərinin verdikləri ballar səbəb oldu.

…İndi yaşadığım İsveçin yerli adamlarında belə bir təsəvvür var ki, “haram” sözü yalnız tərkibində donuz əti olan məhsullara aiddir. Onlara bu sözün daha geniş anlam verdiyini izah eləməkdə çətinlik çəkirəm. Sadə isveçli təsəvvür edə bilmir ki, baxçada direktor uşaqların yeməyindən necə kəsib satdıra, ya da evinə apara bilər?! Məktəbdə, universitetdə dərs oxumayana dərs oxuyandan necə yüksək qiymət yazmaq olar?! İnsanların taleyinə cavabdeh sürücülərə vəsiqə, həkimlərə diplom, lisenziya necə verilə bilər, oxumasalar, qabiliyyətləri olmasa belə?!

Bizdə hamının bildiyini bir-bir bura yazmağa ehtiyac yoxdu. Demək istədiyim odu – isveçli dərk edə bilmir ki, indiki zamanda dünyanın hansısa bir bucağında, illah də Avropa ailəsinin üzvü olan bir məkanda bişirilən çörəkdən tutmuş bala toyuna açılan süfrəyə, “sinifkom” seçimindən prezident seçkisinədək “haram” sözünü işlətmək mümkündü.

Qırx dərəcə qızdırması olan uşağa adi “Alvedon” tableti yazıb təmiz hava tövsiyyə edən isveçli həkim təsəvvürünə gətirə bilmir ki, dərman firmaları ilə əlbir olub xəstəyə uzun bir siyahı resept də yazmaq olar – canı çıxsın! İş günləri saat 3-dək işləyən, şənbə-bazar günləri bağlı olan polis idarələrində rəislərin ağlına belə gəlmir ki, iş saatı və günündən əlavə də işə çıxsınlar, camaatdan hədə-qorxuyla pul yığan “postovoylar”ın gəlişini gözləsinlər.

Belə fikirlər isveçlinin ağlına ona görə gəlmir ki, ağlı bunu qəbul eləmək gücündə deyil. Bizimsə elə əvvəldən ağlımızda olur. Yazılanlara inansaq, elə 100 il əvvəl də belə olub. Deməli, bu, ağıla yox, qana, genə bağlı məsələdi. Ağıla bağlı olsaydı, adamlar ağıllandıqca, bu hallar da itib batardı. Qanda, mayada, gendə olanı təmizləmək mümkünsüz bir işdi – bu, Ayın üzündəki “ləkə”ni qaşıyıb təmizləmək kimi səfeh bir işə girişməyə bənzəyir.

Belə-belə şeylər haqda düşünüb-daşınandan sonra yəqin edirsən ki, “halal-haram” söhbəti yalnız halallıq olmayan cəmiyyətlərdə aktualdır. Total haramlığın hakim olduğu toplumda devizə çevrilən “Halal” kəlməsi donuz kolbasasının etiketinə yazılan “Halal” sözündən ötə deyil.

Bu yazının kitabımın MKM-də qalib olmaması hirsindən yazılması fikrinə düşməyin, lütfən. “Cığallıq edir”, “Özü qalib olsaydı, yazmazdı bunları” deməyə də tələsməyin. Əvvəllər də demişdim, yazmışdım ki, mən yazıçı deyiləm, ayıb olar belə düşünsəm. Bu sözün mənasını bildiyimdən belə düşünürəm. Sadəcə, anlamaq istədiyim odu ki, niyə bizlər ən ülvi hislərlə başladığımız işi sonda xırda duyğularla bitiririk. Yəni bu xalqın seçimi əksəriyyəti razı salan üç-beş adamı tapılmayacaqmı? Bu nədi? Bu, bizim naturamızdanmı qaynaqlanır?

Müsabiqənin başından yazı və müsahibələrimdə dediyim sözlər ayrı-ayrı saytlarda da, bloqumda da durur. Bu mövzuda dediyim fikirlərin üstündə yenə də dururam. Son müsahibədə belə demişdim: “MKM də, başqa müsabiqələr də ədəbiyyat hadisəsidi. Kitabdan çox-çox uzaq düşən bir toplumda belə müsabiqələrə hər kəs dəstək verməlidi. Xüsusilə, kitab, ədəbiyyat dəyərini bilənlər verməlidilər bu dəstəyi. Başqalarını demirəm, ədəbiyyat adamları, ədəbiyyatsevərlər bayrama çevirməlidirlər bunu. Elə kitabı dəyərdən salanların acığına eləməlidirlər. Bu konteksdən yanaşanda kimin qalib olması o qədər də əhəmiyyət kəsb eləmir. Müsabiqənin nüfuzuna əsas təsir edən amil isə obyektiv seçimdi. Böyük qəlblərdə xırda duyğular olmaz. İnanıram ki, Azərbaycanın bu qədər böyük adamının təmsil olunduğu münsiflər heyəti də böyüklüyünü saxlayacaq. Yazana, ona dəstək verən, yaxud mane olan hansısa güclərə yox, yazıya qiymət verəcəklər”.

MKM balları açıqladı. Tanış oldum. Niyazi Mehdi, Ayaz Salayev, Şahbaz Xuduoğlu, Çingiz Abdullayev, Hamlet İsaxanlı kimi tanınmış isimlərin qərəzəbənzər mövqeləri (qrup halında hamısı 5 bal verib) bax elə bu gecə pəncərəmdən baxan ay kimi aydın görünür. Məsələn, ön sözü Rüstəm İbrahimbəyov yazmasaydı, onun ittifaqına alternativ kinoşünaslar birliyi yaradan mənim sevimli dostum Ayaz Salayev ən aşağı balını məhz mənim kitabıma verərdimi? Şahbaz bəyin yaxşı qrup başçısı olmasını da deyirdilər. Nəysə… Hamısı sağ olsun. Ən aşağı bal yazan bu dostlar da, kitabıma ən yüksək balını vermiş Əkrəm Əylisli, Rafiq Əliyev, Elçin Şıxlı da. Ayrı-ayrı vaxtlarda “Çamayra. Kuba dəftəri”inə öz yazı və müsahibələrində yüksək qiymət verən Rüstəm İbrahimbəyov, Rəşad Məcid, Pərviz Cəbrayıl da. Elə Rüstəm müəllimin kitabın ön sözündə yazdıqları bundan belə yüz il də bəsimdi.

Hər dəfə müsabiqəyə yüksək dəyər verən sözlərim dərc olunanda burada iştirakdan imtina edən dost yazarlar mənə yazırdılar ki, müsabiqə ədəbiyyatın ictimailəşməsinə, təbliğatına nə qədər təkandısa, sonda seçim vaxtı edilən qrupbazlıq, dostbazlıq və başqa “bazlıq”lıqlar da ədəbiyyatı, sözü bir o qədər aşağılayır.

Onların bu sözlərini o vaxt bölüşməsəm də, sayğıyla yanaşmışam. İndisə bölüşüb-bölüşməməyin ta elə bir əhəmiyyəti yoxdu. Müsabiqə haqda əvvəl dediyim sözlərin hər kəlməsini indi də təkrarlayıram. Bircə onu əlavə edirəm ki, ilk üç yerdən ikisinin qalib olacağını hələ iki ay əvvəldən uzaq İsveçdə təxmin eləmişdim… danışılan söz-söhbətdən və yazılanlardan. Qalib kitabları oxumadığımdan onlar haqda fikir bildirə bilmirəm. Müəlliflərdən isə tək tanıdığım Pərvindi. İllər öncə “Qar yağacaq” adlı hekayəsini çox bəyənmişdim.

Münsiflərin isə bir-ikisini çıxmaqla hamısını şəxsən tanıyıram, bəzisini göz qırpmadan “xalqın vicdanı” da adlandırardım. Bir siyahıya baxın, nə qədər məşhur simalar var. Bu qədər sözü, əməli olanı hər saat bir yerdə toplaşan görmərsən. Onlar söz, ədəbiyyat adına bir yerdədilər. Amma indi məni bir xalq, bu xalqın parçası fərdlər olaraq, sərbəst, vicdana bağlı seçim edə bilməməyimiz düşündürür. Günah kimdədi, nədədi? Fərdlərdə, toplumda, ənənədə, sistemdə?

Əgər belə adamların da seçimində şübhə yeri varsa, tək-tək vicdanlı səsin yekuna təsiri yoxdursa, ələbaxan, müti məmur ordusunun keçirdiyi seçkilərdən nə umasan?! Bu ölkənin baş seçkisinin taleyi Mərkəzi Seçki Komissiyasında həll olunur. Düşünürəm, görəsən “xalqın vicdanı” dediyim kəslərin də yer aldığı MKM-in münsiflərini bu heyətdə MSK üzvü eləsək, azad və ədalətli seçkilərə qarant almış olarıqmı?

…Sonra yazının başlığına baxıram və susuram.

23 iyun 2013-cü il

Dərc olundu: musavat.com, kultura.az, medianews.az, avanqard.net,

Zirzəmidə gecələyən şəhər

Vahid susadaAtam qonaqlarını mütləq Şuşaya da aparırdı…

Zirzəmidə gecələyən şəhər

Ağdam aeroportunda iynə atsan yerə düşməzdi. Evlərinə qayıtmaq istəyənlər Şuşaya, Qarabağın başqa qəsəbə və kəndlərinə gedən döyüşçülərə qarışmışdılar. Vertolyotlar yardıma ən çox ehtiyacı olan kəndlərə uçurdular. İlk növbədə hərbçilər yola salınırdı.

Bir-iki günə vəziyyətin ağırlaşacağı xəbəri öz işini görmüşdü, adamlar təlaş içindəydilər. Rus hərbçiləri hərbi texnikaları ilə birlikdə ermənilər yaşayan məntəqələrə çəkilmişdi. Hər cür hadisə gözləmək olardı. Uzaqdan top, raket səsləri ara vermirdi. Qaradağlı kəndinə uçmaq daha təhlükəli idi. Erməni güllələri hər an vertolyotlara dəyə bilərdi. Malıbəylidən gələn vertolyotun pərindən vurulması uçuş qorxusunu birə beş artırmışdı. Odur ki, artıq Malıbəyliyə uçuş dayandırılmışdı. Oxumağa davam et →

Oginskinin melodiyası

bursed

 Protestant kilsəsi. Burserid, İsveç.

Oginskinin melodiyası

“Gəlmə” silsiləsindən

Uşaqları ötən bazar onu əməlli-başlı sınağa çəkmişdilər. “Sənin musiqi duyumunu yoxlayacağıq. Çaldıqlarımıza qulaq asıb düşüncələrini yazacaqsan!” – demişdilər. Pianoda çaldıqlarını bir-bir dinləyib təəssüratını yazmalıydı. Oxumağa davam et →

Oyundankənar mətbuat

offside

Oyundankənar mətbuat

Jurnalistika fakültəsində Nəriman Zeynalovun dərsi bizə ona görə maraqlı gəlirdi ki, nəzəri yox, praktiki məsələlərdən, real hadisələrdən danışırdı, özü də şövqlə. “Sovet kəndi” adlı bir qəzet redaktorunun söhbətlərini yalnız kənd qoxusu burnundan getməyən əyalət uşaqları yox, fransız ətirli şəhər qızları da maraqla dinləyirdilər.

Bir dəfə söhbət jurnalistin cəmiyyətdə hansı mövqe tutmasından düşəndə Nəriman müəllim qrupa belə bir sual verdi: “Jurnalist cəmiyyətdə futbolçunun meydandakı hansı mövqeyini tutmalıdır?” Növbəti dərsə qədər müzakirə edib cavab haqda düşünməyimizi istədi. Sual qrupda maraqlı müzakirəyə səbəb oldu. “Qapıçı”, “müdafiəçi”, “yarımmüdafiəçi”, “hücumçu” deyənlər bir yana, “hakim”, “tamaşaçı” söyləyən də, hətta “qapı dirəyi” deyib dilxoşluq eləyən də tapıldı.

Rəhmətlik bu sualı verəndə hələ sovet illəriydi, jurnalistika söz azadlığının keşməkeşli yollarına çıxmamışdı, təqib-həbs, alınıb-satılma, reket-şantaj, qarayaxma-mədhiyyə sınağına çəkilməmişdi. Bu o vaxtlar idi ki, adamlar sonuncu səhifəsindən (manşetlik yazılar burda dərc olunurdu) oxumağa başladıqları qəzet üçün köşk qarşısında növbəyə düzülürdülər.

Sonra jurnalistikanın da mahiyyəti dəyişdi. Cəmiyyət kimi jurnalistika da qruplara bölündü, qütblərə parçalandı.

“Mətbuat dövrünü əks etdirən aynadır”. Bunu da müəllimlərdən biri demişdi, səhv etmirəmsə, Nəsir İmanquluyev idi. O vaxt xoşuma gəldiyindən yaddaşımda ilişib qalıb. Amma illər sonra Axundov kitabxanasında “kommunizm quruculuğundan” yazan qəzetləri vərəqləyəndə bu fikrin yarımçıq olduğunu gördüm.

Bəzi dönəmlərdə mətbuat dövrünün həqiqətləri üstünə örtük yerinə sərilmiş qəzetə bənzəyir. “Hər həqiqət demək üçün deyil, bütün həqiqətlər deyilsə, dünya çılpaq qalar”. Uzun illər öncə gündəliyimə qeyd elədiyim bu fikri indiki kontekstdə mətbuata aid eləmək istəməzdim. Mətbuat bütün həqiqətlərə açıq olmalıdır.

Məni günümüzdə mətbuatın mövcud xarakteri və formalaşmasında müstəsna rol oynadığı yeni oxucu (adam) tipi maraqlandırır. Bu düşüncələrlə əlləşdiyim yerdə Mikael Hanekenin jurnalistikaya dəxli olmayan “Ağ lent” filmi, orada cərəyan edən hadisələrin yadıma düşməsi qəribəydi. Amma filmin jurnalistikaya dəxli olmasa da onun hədəfinə, yəni insana, özü də sosial varlıq kimi formalaşmaqda olan insana birbaşa aidiyyəti var. Mühit yeni yaranan nəsli – bir kəndin yeniyetmələrini qatilə çevirir. Film “qətllər törədən uşaqların simasında gələcəkdə faşistə çevrilən əsgərlərə işarə vurur, insan təbiətindəki zorakılığı tədqiq edir” (Sevda Sultanova), onun yaranma səbəblərinə işıq tutur. Oxumağa davam et →

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Hafiz Sədrzadə

Ağdam və Şuşa məscidlərində 1988 – 1993 illərdə oxunmuş azan

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Türkiyənin ATV kanalında yayımlanan “Karabağ’da okunan son ezan” süjetinə Rey Kərimoğlunun Facebook səhifəsində baxdım. Süjetdə Xocalı qətliamı günündə bu azanın 30-dan artıq ölkədə səsləndiriləcəyindən danışılırdı. “Nəhayət”, deyib sevindim. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndəsinin sözlərindən anladım ki, azan haqda komitədə dəqiq məlumat yoxdur. Bunu kimin oxuduğunu bilmirlər, təsadüf nəticəsində ortaya çıxdığını deyirlər. Yanlış fikirlər yayılmasın deyə ətraflı izahata ehtiyac duydum. Oxumağa davam et →

Sevgi düsturu

m-ibra`himov

 Sevgi düsturu

Mübariz İbrahimova

Qarabağın işğaldan qurtulması üçün hərbçilərin, siyasətçilərin, iqtisadçıların, hər kəsin öz düsturu ola bilər. Mənimsə əminliyim ondadı ki, Qarabağa zəfər yolumuz onu dəli bir eşqlə sevməkdən keçir.

Qarabağı sevməyi heç kimə qadağan edə bilməzsən, erməniyə də. Bu gün o, iki aşiqi olan gözəl kimidi.

Bu “aşiq-məşuq” davasında sevgisi daha çox olan udacaq!

Qarabağ onu daha çox sevənin olacaq!… Oxumağa davam et →

Qarabağ atıyla demokratiya dalınca

atli

                           Foto: Abbas Atilay

Qarabağ atıyla demokratiya dalınca

1993-cü ildə siyasi mübarizədə hədəf vektorunu dəyişməyin səhv olması qənaətinə indi gəlmişəm: o vaxtacan siyasi gündəmdə aparıcı şüar  “Qarabağ” idisə, çevrilişdən sonra “çayın səmti” ustalıqla dəyişdirildi – meydanda bir şüar qaldı: “Demokratiya!” Oxumağa davam et →

“Azneft” çayxanasının sakinləri

“Azneft” çayxanasının sakinləri

 “Yanan şamı şamdanın altına qoymazlar, üstünə qoyarlar ki, bütün ev işıqlansın”. (İncil)                 

  • Ramiz Rövşən: “Həmin dostları uzun illər görməsəm də inanıram ki, etalon saatı kimi harda olmalarından asılı olmayaraq düz işləyirlər”.
  • Natiq Səfərov: “Amma onu dəqiq bilirəm ki, (bu mənim  gəldiyim həqiqətdir) bizim dağılan çayxananın üzərində müstəqil Azərbaycan dövləti quruldu”.
  • Vaqif Cəbrayılzadə: “Üzünə rəsmi qapı bağlananlara çayxana qapısı açıq olurdu. Amma çox adam bu açıq qapıdan keçə bilmirdi”.

XIV əsrin axırlarında İtaliyada Dirçəliş dövrü başlayır. Bu, kilsənin Avropada hakimlik etdiyi  dövr idi. Məhz Dantedən Albertiyə qədərki dirçəliş illəri bəşər tarixində görünməmiş sıçrayışlardan olan İntibah dövrünə zəmin yaratdı. Şübhəsiz, insan psixologiyasında və dünya dərkində yeniliklər yaradan o dövrün dahi sənətkarlarının təfəkküründəki inqilabın səbəbləri vardı. Şübhəsiz ətrafı bürüyən qatı kilsə qaranlığı və onun fonunda azad düşünmək yanğısı bu səbəblər sırasındadı.

Əlbəttə Azərbaycanın ədəbi-siyasi tarixində əvəzsiz rol oynayan iyirminci əsrin 60-70-ci illərinin Avropa İntibahına bənzətmək yersiz görünər, heçəslində bunlar arasında oxşarlıqdan söhbət getmir. Amma o da  məlumdur ki, əsrlərlə xristian zülmətində qalanlarla onilliklər  boyu kommunist rejiminin yaratdığı çərçivədə yaşayanlar arasında tale oxşarlığı var. Bax ona görə də altmış-yetmişinci illəri heç olmasa dar qavrayışda Dirçəliş adlandırmaq olar. Bir həqiqət də var ki, hər hansı intibah hər hansı dirçəlişdən doğur.

Siyasi rejimin qəbul etmədiyi və eyni zamanda həmin rejimi qəbul eləməyən beyin sahblərinin zəmanəyə yad  düşünmək tərzi o vaxt yeni ab-havalı “cəmiyyət” yaratmışdı. İdeyaca sərhədsiz olan bu “cəmiyyət” məkan etibarı ilə kiçik bir çayxanaya yerləşmişdi. Siyasi rejimə yad fikirlərin yiyələri isə həmin çayxana-cəmiyyətin üzvləri idilər. Dövrün ictimai-ədəbi potensialı həmin çayxanaya cəm olmuşdu. Yazdıqları çap olunmasa da, əsərləri cild-cild dərc olunan yazıçıları tar-mar etmək gücünə malik idi bu çayxana-cəmiyyətin ədəbi gücü. Elə bu gücü ilə də o vaxtın elmi, ədəbi, siyasi mühitinə “hakim” kəsilmişdi. Bətnində bir dünyalıq enerji gəzdirən  çayxana özü də hiss etmədən ictimai rəyi milli özünüdərk məcrasına yönəldir və  əslində gələcək partlayışa zəmin yaradırdı. Əlbəttə, söhbət ondan getmir ki, həmin çayxanada hansısa inqilabi fəaliyyət aparılırdı. Söhbət ondan gedir ki, zaman Azərbaycanın potensial qüvvəsini kiçik bir çayxanada yerləşməyə məcbur etmişdi. Və şübhəsiz, bu enerji  yalnız çayxana daxilində qala bilməzdi…

Həmin çayxananın üzvləri özlərini elə bu çayxananın yetişdirməsi hesab edirlər. Ali məktəblərdən fərqli olaraq burada həm də həyat və insanlıq dərsi keçirdilər. Elə ona görədir ki, çayxana yolunu keçməyi özlərinə sığışdırmayanların sonrakı yaradıcılıq taleyi ağır oldu. Oxumağa davam et →

“525-ci qəzet”in 20 yaşına

Dirçəliş romantikası

“525-ci qəzet”in 20 yaşına

Hər kəsə öz romantikası doğmadı. Mən romantikası olanlardan danışıram, olmayanlar heç bu yazını oxumasalar yaxşıdı. Bilmirəm indiki gəncliyin xəyal dünyası necədi, duyduğum odu ki, mənim gəncliyimin romantikasına bənzəmir. Gənclərimiz inciməsin deyə demirəm, heç yaşlı nəsli bir vaxtlar göylərə qaldırmış gənclik ehtirası da bizimkinə çatmaz.

Bizim romantikamız ayrı aləm idi. Öz yaşadıqlarımı bir-bir sadalayım özünüz baxın!

Sovet ordusundan təzəcə gələn, enerjisi aşıb-daşan gənc olasan, qayıdanda qoyub getdiyin vətəni alayı cür görəsən: yurdunda erməni-müsəlman davası qızışa, ölkəndə milli hərəkat başlaya, azadlıq mücadiləsi gedə; sən də azadlığın nəfəsini Bakı sabahının sərin mehi üzünü yaladığı kimi xəfif-xəfif duyasan, yatmış yaddaşın qəfil bir əfsunla oyana, özünü tarixin fövqündə duyan bir xalqın övladında tapasan, ilk kərə gördüyün sən demə köhnə bayrağına baxdıqca qəlbinin döyüntüsü onun tərpəniş ritminə köklənə, səsi arxiv tozu basmış notdan yenicə çıxan himnin əzəməti içinin ən saf yerindən süzülüb üzündə göz yaşı kimi axa, çürümüş meyit qoxulu müharibə acısı, çörək növbələri, papiros qıtlığı… eyninə olmaya, xəyalında ağappaq göyərçin tək Azadlıq meydanı üzərindən uçub yüz minlərin əlindən azadlıq eşqi qapasan, Xəzərdən boy verən Nargində hələ də qanı daman azadlıq mücahidlərinə müjdə aparasan, yaralarını elə onların öz üçrəngli bayrağıyla sarıyasan, oradan Şuşaya – birbaşa Cıdır düzündəki Üç Mıx dağına qalxasan… elə ordan, o yüksəklikdən gələcəyin xoşbəxtlik konturlarını cızasan…

20 il sonra gördüyün 20 il əvvəl xəyalında qurduğun gələcək olmaya, …bu başqa söhbətdi, bunu demirəm!

…1988-ci ilin 17 noyabrında universitetdən başlayan tələbə yürüşünə qoşulanda heç ağlıma gəlməzdi ki, fransızların Bastiliyanı alması kimi hücum çəkdib tutduğumuz Lenin meydanında cəmi dörd il sonra azad Azərbaycanın romantik gənclərinin buraxdığı “525-ci qəzet”in ilk sayını azadlıq müjdəsi kimi camaata pulsuz paylayacağıq. Həmin gün orada keçirilən tədbirin adı mitinq olsa da, mitinq deyildi, xalq gəzintisiydi. İnsanlar ilk Dirçəliş gününü Azadlıq bayramı kimi qeyd edirdi.

Bizimçün azadlıq azadlığa qarışmışdı. Azad dövlətimiz vardı, Qarabağda kəndlərimiz bir-bir azad olunurdu, xalqımız azadlıq dadırdı, ağzının süd qoxusu yenicə çəkilmiş yazı adamlarının daha nə istəsə yaza biləcəyi öz qəzetləri vardı – cəmi bir neçə il əvvəl ağıla belə gəlməyən xoşbəxtlik idi bunlar.

Bax, mən bu romantikadan danışıram! Azadlıq romantikasını dadanlardan danışıram. Qəzetin ilk sayında çıxan “Azneft” çayxanasının sakinləri” adlı yazımda bəhs etdiyim ölkənin ilk azadlıq yuvası – “Azneft” çayxanasının romantikasından danışıram. Azadlıq romantikasını yaşamışlar bilir nə dediyimi…

Bu 20 ildə “525-ci qəzet”in 4 səhifəylə də çıxan vaxtı oldu, 64 səhifəylə də, həftəlik də, gündəlik də nəşr olundu, pulsuz vaxtı da oldu, pullu vaxtı da, arxasız da oldu, arxalı da, sayılan siyasi qəzet də oldu, oxunan ədəbiyyat qəzeti də – bütün hallarda gənclərin qəzeti oldu, gənclik romantikalı qəzet oldu.

17 noyabr Dirçəliş günündə 20 yaşı tamam olan “525”də işləyən və işləmiş, gənclik romantikasını onunla yaşamış onlarca, yüzlərcə dostumuzu təbrik edirəm! Qəzetə isə 20 il əvvəlki romantikasını 20 il sonra da saxlamasını arzulayıram!

P.S. “525-ci qəzet”in 17 noyabr 1992-ci il ilk sayındakı “Azneft” çayxanasının sakinləri” adlı yazımı 20 ildən sonra bloqumda təkrar dərc edirəm.  

Vahid Qazi

14 noyabr 2012

ƏRAF (Fantasmaqorik hekayə)

cistilishe

Əraf

 Fantasmaqorik hekayə

“Qəfil gün doğsa bir gecə…”. (R. Rövşən)

Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.

Ətraf ovuc içi kimiydi. Ucu-bucağı görünməyən yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.

Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.

Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.

Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.

O biri yol üzübəri gəldikcə Qapılar böyüyürdü, bu yolda isə get-gedə balacalaşırdı.

Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.

Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.

Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb. Oxumağa davam et →