Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Famil Mehdi ve Ala Yaqub

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…

Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.

İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.

80 yaşın mübarək, müəllim!

Boşluqda sallanan ümid

agdam 2013

Boşluqda sallanan ümid

Vahid Qazi

Yurd nisgili sancılı ağrıdı. Varlığını hər an duydurur. Canlıdı elə bil. Qəlbində, beynində, duyğularında yaşayır. Yaşayır, demək boy verir. Boyu qalxdıqca ömrü də uzanır. Bu gün onun 20 yaşıdı. “Doğuluş”unu belə xatırlayıram.

…Ağdam işğal olunan gün Prezident Aparatında dövlət müşavirinin köməkçisi kimi son iş günümü başa vurdum. Bir neçə həftəydi ermənilərin hücumu ara vermirdi. Əvvəllər şəhərə belə irimiqyaslı hücum olmamışdı. Bu o vaxt idi ki, yerli özünümüdafiə batalyonları ləğv edilmiş, əvəzində rayona Surət Hüseynova tabe olduğu xüsusi vurğuyla söylənən hərbi birləşmələr yeridilmişdi. Oxumağa davam et