“Yol” (səyahət yazıları)

“Yol” (səyahət yazıları)

kitabı buradan yükləmək olar:

Yol. Səyahət yazıları 1

MÜƏLLİFDƏN

Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. “Yol. Səyahət yazıları” kitabına “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım foto-reportajlar, səfər təəssüratları, yol qeydləri daxildir.

Oxumağa davam et

Fironlar ölkəsinə səyahət

“Şəhərlər və ölkələr” silsiləsindən

piramida 1

Fironlar ölkəsinə səyahət

Misirdən şəkilli səfər qeydləri

Açığı, Misirdə Hurqada adlı turist məkanı olduğunu bilmirdim. Şərm-əl-Şeyx haqda eşitmişdim, məşhurdur. Hurqadadan isə İsveçin turist firmasından şirnikləndirici endirim qiymətinə səyahət təklifi gələndə xəbər tutdum. Düzdür, Şərm-əl-Şeyxə də sərfəli putyovka vardı, amma mən buranı seçdim. Nəsə Şərm-əl-Şeyx adı gələndə harınlamış ərəb şeyxləri yadıma düşür. Oxumağa davam et