Cəmil HƏSƏNLİ. “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabına öz söz

 Qəm naxışları

Qələmindəki dərdlə oxuculara çoxdan tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” əlyazmasını vərəqlədim. Müəllifin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxuculara nə təqdim edəcəyi mənim üçün maraqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər təəssüratlarının maraqlı müşahidələri, ev içində olan söhbətlərin bayırlıq tərəfləri müəllif təhkiyəsində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mənim üçün maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində qurulması idi. Başımıza gələn müsibətlərin ən faciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiyyatımıza, bütövlükdə milli həyatımıza, yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib. Oxumağa davam et

YELENA

İnqrid Berqman

YELENA

“Yaddaş ləpirləri” silsiləsindən

Ötən bazar yuxudan piano səsinə ayıldım. Qızımın imtahan sonrası başladığı yeni əsəri elə ilk notlarındanca tanımışdım. Əvvəl-əvvəl bu çalğını haçan eşitdiyimi xatırlaya bilməsəm də, məhrəm bir musiqi olmasına şübhə yox idi. Uzun illərdən sonra çox əziz adamla qəfil rastlaşmışam kimi sevincək olmuşdum.

Çalğını kəsməsin deyə, o biri otağa girmədən, elə qapının azca aralı yerindəncə qulaq kəsilmişdim. O səhər qızım çox doğma bir xatirəmə işıq saldı… Oxumağa davam et

Unudulmaz Gülsarı

Unudulmaz Gülsarı

Nə vaxtsa oxumuşdum ki, azadlıqda keçən bircə günün xatirəsi yüz il həbsxanada darıxmamağa yetər. Həyat, özü də azad həyat haqqında bu dəqiq fikri kim yazıb, yada sala bilmirəm. Onu da bilmirəm ki, Qırğızıstanda baş verən son qanlı olaylardan doğan bu yazıya yuxarıdakı fikrin nə dəxli var? Yazının əvvəlində xeyli fikirləşib cavab tapmayanda istədim yerində deyil deyə adını unutduğum fikir adamının bu sözlərini atım getsin. Amma yazının sonunda bir də baxaram deyib, dəymədim. Niyə Qırğızıstanla bağlı yazıya bu sözlə başlamağım bəlkə mənə sonda aydın oldu… Oxumağa davam et

Susmaq hüququ

susmaq huququ

  Susmaq hüququ

Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlər azad adamlardan div canı saxlanan şüşədən qorxan kimi qorxurlar.

Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edirlər. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub. Oxumağa davam et

Rusiya səfirinə məktub

Rusiya Federasiyasının Azərbaycandakı səfiri

cənab Vasili İstratova

Cənab səfir!

Bu kiçik məktubu kimə ünvanlamaq barədə çox düşündüm: Rusiyadakı dostlaramı, hər cür hörmətə layiq ictimai xadimlərəmi, yoxsa dövlət rəsmilərinəmi? Darmacalda son əlçatan Sizi bildim. Oxumağa davam et

Partlamayan minaların serenadası

      Bosniyanın çoxsaylı qəbirstanlıqlarından biridir. Oktyabr, 1997

Partlamayan minaların serenadası

(“Yaddaş ləpirləri” silsiləsindən)

Qarabağ yenə dillərdədi.

Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqtonda, “Parisdə, Təbrizdə, həyətimizdə”. Nəyə görəsə “Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itirdik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım da onu birdəfəlik itirmək səbəbindəndir. Oxumağa davam et

Qəmli gözlərin süitası

                 H.Hacızadə Afrikada. Fevral 2004. Durban,CAR. Foto: V.Qazi

Qəmli gözlərin süitası

(Hikmət Hacızadəyə)

“Yaddaş ləpirləri” silsiləsindən

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün…

***

“Mən həmişə ağdərililərin də, qaradərililərin də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir. Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram”. Oxumağa davam et

Qara çörəyin ağ üzü

Qara çörəyin ağ üzü

(Vitautas Landsbergis haqda)

“Yaddaş ləpirləri” silsiləsindən

Vahid Qazi

Nə qədər haqlı olmasına baxmayaraq səmimi deyilməyən sözü qəbul etməməyim, yəqin ki, şərqli emosionallığımdan gəlir. Sevgisiz, hətta nifrətlə deyilən haqlı sözü qəbul edənlər də var. Mən belələrindən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQLIsını, həm də SƏMİMİsini deyin, nə qədər acı və ağır olsa belə, qəbul edəcəm. Əmin olun! Oxumağa davam et

Kerolayn Koks, Yelena Bonner və genosid debatları

sakharov bonner

Kerolayn Koks, Yelena Bonner

və genosid debatları

                        “Yaddaş ləpirləri” silsiləsindən

Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yazdığım “Şahmat taxtasında beysbol oyunu”ndan sonra soyqırımı mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm. Oxumağa davam et

Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et