Susmaq hüququ

  Susmaq hüququ

Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlərin azad adamlara münasibəti divin hər an sına biləcək, canının saxlandığı şüşəyə münasibəti kimidir.

Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edir. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub. Oxumağa davam et