Gülzadə Abdulovanın “Qarabağın sənət irsi” tarixi-etnoqrafk monoqrafyasını vərəqləyəndə uşaq vaxtı Tovuz nənəmlə arteziana su gətirməyə getməyimizi xatırladım. Seyidli kəndinin Molla məhləsindəki arteziana yolumuz Gülzadə xanımgilin darvazaları önündən keçirdi, yəqin o səbəbdən. Nənəm suyu babam dəmirçi Salmanın qayırdığı səhəngdə gətirirdi.
Yaxud Boris Yeltsinlə görüşü xatırladan “Satqınlar”
2004-cü ilin sentyabr ayında yazıçı dostumuz Fəxri Uğurlunun toyuna yığışmışdıq. Tanıdığım qələm əhlinin çoxu gəlmişdi.
Dostlarla zarafatlaşıb dilxoşluq eləməkdən zövq alan vaxtlarım idi. Toyun axırına yaxın dostlarla havamızı dəyişib yenə sarayın ikinci mərtəbəsinə qalxırdıq. Ayağımı sonuncu pilləyə qoyanda qarşımda şair Qabili gördüm. Xumarlanan iri gözləri, dağınıq saçı, üzündəki ifadə, yerişi – tanımayanda da deyərdi ki, şairdir.
Umud Mirzəyev qolundan yapışıb yola salırdı. Qaçırılası mənzərə deyildi: “Umud, bu kimdir? Səməd Vurğun?”
Elə həyəcanla dedim ki, Qabil məəttəl qaldı. Umud əlini boğazına çəkdi, yəni mən ölüm, qoy yola salım. Rəhmətlik Qabil duruxmuşdu: “Nə Səməd Vurğun, əəə! İndiyə Səməd Vurğun qalar? Mənəm, şair Qabil!”.
Üzümə heyrətlə baxdı, sonra Umuda çevrilib “Bu kimdir belə, məni tanımır?” dedi…
Azadlıq, müstəqillik, demokratiya, insan haqları, bu qəbildən olan neçə-neçə məfhum 1988-ci il mitinqlərindən, ələlxüsus da 20 yanvar qırğınından sonra bizim nəslin həyat kredosuna çevrilmişdi.
Hər şey etirazdan başlamışdı!
Əvvəl Qarabağa, sonra Azərbaycana görə etiraza qalxdıq.
Etirazımız müstəqillik qazandıqdan sonra da səngimədi, bu dəfə ədalətli seçki, insan hüquqları, söz, mətbuat, toplaşmaq, birləşmək kimi azadlıqlara görə davam elədi.
İnanırdıq ki, etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!
Mənim Novruz inancımın qaynağı anamdan eşitdiklərimdir. Niyyət tutub qulaq falına çıxmasından, çərşənbə axşamları yuxuda gördüklərini səhər obaşdan axar suya pıçıldamasından elə məhrəmanə söhbətlər edərdi, deyərdin bəs, hansısa müqəddəs kitabda oxuduqlarını danışır. Danışdıqlarının onun üçün nə qədər ülvi olduğunu indi anlayıram. O, Novruza inanırdı. Sıradan bir inanmaq deyildi bu, məncə, həm də tapınmaq, sığınmaq idi. Onun bir söhbətini danışım, görün düzmü deyirəm.
500 illik hərbi-dəniz donanması, sualtı qayıqları, hərbi gəmiləri, qırıcı təyyarələri, tankları olan güclü orduya malik İsveç martin 11-də rəsmən NATO-ya üzv qəbul edildi. Heyrətamiz hal bilirsiniz nədir? Bütün sadaladığım hərbi gəmi, təyyarə, tanrkların hamısını İsveç özü istehsal edir.
Növbəti kitabı bloqumun “Adamlar və kitablar” bölümündəki yazılardan tərtib etmək fikrindəydim. Bu silsilədən olan yazıların bir qismi roman qəhrəmanı olası adamlardan bəhs etdiyi kimi, o biri qisim yazılar da elə o cür insanları əsər personajına çevirən kitablardan danışır.
Toplayıb bir yerə yığanda gördüm həm həcmi böyük çıxır, həm də məna, məqsəd, hədəf baxımdan iki fərqli kitab alınır. Kitablardan bir, adamlardan başqa kitab bağlamaq daha ağlabatan gəldi mənə. Odur ki, “Persona” və “Portret” adlı iki ayrı kitab ərsəyə gətirəsi oldum.
“Persona”ya kitablar haqda yazıları daxil elədim. Yazıların yalnız kitablar haqda olması onların ədəbi tənqid ruhunda təhlil edilməsi anlamına gəlməməlidir. Ədəbi tənqidçi deyiləm. Yalnız ən çox bəyəndiyim kitablardan yazmışam da deyə bilmərəm. Ona qalsa, gərək indiyədək onlarla sevimli kitabdan yazmış olaydım. Burada bəyəndiklərimlə yanaşı, sadəcə mənə yazı mövzusu vermiş kitablardan da söz açmışam. Yəni nə vaxtsa qələm çalmaq istədiyim mövzuya təkan vermişlərdən.
Bir vaxtlar bütün şəhər yazıları erməni, rus dillərində olan, yalnız zibil qutusunun üstündə Azərbaycanca “Zibil qabı” sözlərini oxuduğum Stepanakerti yenidən himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı, stadionunda öz dilimizdə “Qarabağ” hayqırılan Xankəndi şəklində görmək ömrünün 30 ilini yurd nisgiliylə yaşamış mənim kimi adamlar üçün, xüsusilə, tarixi hadisədir!
Paytaxtın köçürülməsi məsələsi son 30 ildə dəfələrlə gündəm mövzusu olub. Yeni paytaxt üçün müxtəlif yerlər təklif edilib. Artıq paytaxtın köçürülməsini Bakının, eləcə də Abşeronun bugünkü reallığı da diqtə edir. Deyilənə görə yarımadada ölkə əhalisinin yarısı cəmlənib.
Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabına ön söz
Amerikalı psixoloq Culian Ceyns dilin yaranmasından (dilin təxminən əlli min il yaşı olduğu güman edilir) çox sonralar, təxminən beş min il əvvəl icad edildiyi zaman yazı işarələrini oxumağın insan beynində emosional mətn qavrayışını yaratdığını, beləliklə, oxunan sözlərin maddi varlıqlar olaraq şüurumuza sızdığını irəli sürdü. Ceynsin fikrincə, “buna görə də eramızdan əvvəl III minillikdə oxuma aktı, qavrayışımızda hecaların oxunmasından ibarət olan vizual oxu deyil, şəkil-simvollara baxaraq, mixi yazıları eşitməklə nitqin hallüsinasiyası ola bilərdi”.