200 illik hərbi neytrallığa son

b61c892d-0e04-498d-a302-7673e072de26

200 illik hərbi neytrallığa son

500 illik hərbi-dəniz donanması, sualtı qayıqları, hərbi gəmiləri, qırıcı təyyarələri, tankları olan güclü orduya malik İsveç martin 11-də rəsmən NATO-ya üzv qəbul edildi. Heyrətamiz hal bilirsiniz nədir? Bütün sadaladığım hərbi gəmi, təyyarə, tanrkların hamısını İsveç özü istehsal edir.

200 il Avropada olub-bitən heç bir müharibədə tərəf tutmayaraq, neytral qalmağı bacaran ölkə, nəhayət, NATO-nun üzvdür. Ötən gün NATO qərargahında bayraq qaldırma törənində baş nazirlə yanaşı şahzadə Viktoriyanın da iştirakı bu hadisənin tarixi əhəmiyyətindən xəbər verirdi. Bu, elə NATO üçün də vacib üzv qəbulu deməkdir. İsveç yedəkdə gedən neçə-neçə NATO üzvü dövlətlərindən olmayacaq.

Buna Putinin “uzaqgörən müdrik siyasəti” səbəb oldu. Bilmirəm, I Pyotr qəbrində qurcalandı, ya yox, onu bilirəm ki, Baltik daha Rusiyanın meydan suladığı dəniz olmayacaq.

Gün gələcək Xəzər də sularını bu ölkəyə bağlayacaq. İndi inandırıcı görünmür, bilirəm. O qədər ağla gəlməyən işlər oldu, olur ki…

Vahid Qazi

12 mart 2024

Bir şərh yazın