İsveçdə qürbət həyatı yaşayan tale qohumum Vahid Qaziyə
Burada – soyuq şimal ölkəsində isti nəfəsə çox ehtiyacım var. Amma hardandı o isti nəfəs? Hardan alım Azərbaycanın adamı qarsan, qarssa da yandırmayan, ana bətnindəymişsən kimi umudla qucan nəfəsi?..
Şübhə eləmirəm, gələcəkdə araşdırmaçılar tariximizin 1987-2007-ci illərini ayrıca dövr kimi öyrənəcəklər. Ömrünün şüurlu çağı bu illərə düşən bizim nəslin həyat yolunu Azərbaycan xalqının yaşadığı ən ağrılı-acılı dönəmlərdən biri kimi tədqiq edəcəklər.
Niyə məhz sərhədini təxmini çızdığım bu 20 ili belə əminliklə deyirəm? Çünki bilirəm, Qarabağ münaqişəsinin başladığı və sonuncu qaçqın düşərgəsinin ləğv edildiyi bu 20 ildə Azərbaycan xalqının yaşadığı faciələri, indi yaşadığım İsveç toplumu 200 ildə görməyib.
Vətəndaş – cahil düşüncənin, arxaik ənənələrin, zorakılığın, haqsızlığın Qanun, Ədalət, Haqq üzərində hakim olduğu cəmiyyətdə etirazçı-tənqidçi-maarifçi mövqe tutan, əməl sərgiləyən şəxsdir.
Vətəndaşlıq – yaxanı kənara çəkmənin tam əksi olaraq toplum, yeri gəlsə, bəşər qarşısında insanın məsuliyyət, cavabdehlik duyğusudur!
Hamı “Vətəndaş A” serialından danışır deyə maraqlı gəldi, mən də baxdım. Uğurlu aktyor oyunları – xüsusən Almaz, Hacı Əhməd obrazlarını canlandıranlar – öz yerində, fikrimcə, filmin tamaşaçı rəğbəti qazanmasına səbəb aktual mövzusudur. Süjeti reallıqlar üzərində qurulan bütün filmlər bəyənilir.
Sizcə, Azərbaycanla eyni qədər – 10 milyon nəfər əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm tutun…
Kitabın, ədəbiyyatın İsveç toplumunun həyatında oynadığı rola aid çox yazmışam. Məsələn, ölkənin ikinci böyük şəhəri – Yöteborqda hər il keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs edən “Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti”yazısı. 1985-ci ildən keçirilən sərgi Şimalı Avropanın ən kütləvi mədəniyyət tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə 100 mini ötür. Ölkənin hər yerindən on minlərlə insan el şənliyinə gəlirmiş kimi axışıb sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir, illik kitab tədarükünü görür.
Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat müsabiqəsi haqda reklamların, elanların rastıma çıxması oldu. Maraq məni götürdü, axtarış verib yüngülcə araşdırdım və heyran qaldım.
“Torpağı gözə dərman…” şəhərin adamının yazdıqları
Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər
Adamlar var ki, mənimçün imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-keçimiylə imzadır mənimçün. Heç üzünü görmədiyim Murakami, Pelevin, Pol Oster… Bahar Zamanı… Bir də üzünü bir neçə dəfə görsəm də, əslində yaddaşımda iz buraxmayan, yalnız sonralar imza şəklində yaddaşıma daxil olan Vahid Qazi…
Bu səhər gözüm alanda əvvəl rəqəmlər mənə böyük gəldi, sonra yadıma düşdü ki, müasir internet çağında 100.000 ziyarət sayı elə də çox deyil. Adam var, tək TikTokda bir paylaşımına 1 milyon baxış olur. Mən isə Feysbukdan başqa heç bir sosail şəbəkədə fəal deyiləm, odur ki, bu rəqəm məndən ötrü kifayət qədər böyükdür. Əsasən esse, məqalələrdən ibarət şəxsi saytların ziyarətçisi az olur, axı, həm də.
Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı “killer” gülləsi kimi gəldi.
Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!
Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz “Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.
Buna öyrəşmişik: gah Şərqə, gah Qərbə uçar Vahid, gah Şimala, gah Cənuba baş vurar, gah Kubadan, gah Afrikadan dönər, gah da yaxını – Qırğızıstanı dolaşıb qayıdar. Gedəndə yola salmaq, gələndə qarşılamaq adına oturarıq.
Amma bu səfər başqa səfərdir. Vahid ailəsini də yanına alıb biryolluq gedir. Oturmağına oturmuşuq, boğazımızsa tıxanıb.
Çoxdan görürdük gedəcək. Tıncıxırdı. Getməyə ürəyi gəlməsə də, qala bilmirdi.
Vahid Qazinin yeni kitabının təqdimatından REPORTAJ
Oktyabrın 29-da yazıçı-publisist Vahid Qazi ziyalı camesini ətrafına toplamışdı.
Adalet.az xəbər verir ki, V. Qazi növbəti kitabını – “İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri”ni oxucularına təqdim elədi. “Əjdaha” nəşriyyatının çap etdiyi “İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri”adlı kitabının görüş-təqdimatı “Misra Book Kafe”də baş tutdu. Olduqca səmimi və maraqlı ortamda keçən tədbirin aparıcısı yazıçı, şair, publisist Aqşin Yenisey idi.
Rifaha çatmaq həm də bərabərliyə nail olmaqdırmı?!
Dostum Səadət Kəriminin “Ədəbiyyat” qəzetində dərc olunmuş “Əməkçi ədəbiyyatının əhəmiyyəti və ya yeni sinif mübahisəsi” məqaləsi cəmiyyətlərdə sosial təbəqələr arasındakı münasibətlərin ədəbiyyatda təzahürü mövzusunda maraqlı araşdırma yazısıdır. İstər Sovet, istərsə də İsveç ədəbiyyatında siniflərarası mübarizə fonunda insan obrazları yaratmış yazıçıların əsərlərindən nümunələrlə yazını daha da zənginləşdirib.