
Azad düşüncənin sonsuz üfüqü
Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”.
Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. Oxumağa davam et

Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”.
Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. Oxumağa davam et

Pəncərədə dizlərini qollarının arasına yığıb oturmağın, yorulanda ayaqlarını açıb pəncərə boyu uzatmağın, beləcə rahatlanıb küçədən gəlib-gedənlərə tamaşa eləməyin özü əyləncə olmayan yerdə bir əyləncədi. Yağışlı günlərdə, həyətdə oynamağa imkan olmayanda, ildırım vurar deyə şəhər işıqları söndürüldüyündən dünyanın əcinnə gözündə gördüyü bir ölkənin çəkdiyi, Yer üzünün bəlkə də ən humanist cizgi filmlərinə baxa bilməyəndə aynası küçəyə açılan pəncərəmiz televizoru əvəz eləyirdi. Oxumağa davam et

BBC News-un ”Sənin oralarda nə işin var?” verilişinə qonaq oldum, suallara cavab verdim. Xaricə köçməyə qərar vermiş adamların bu müsahibəyə baxmasını qəti məsləhət bilmirəm. Duruxan, tərəddüd edib hələ də götür-qoyda olanlara isə baxmağı tövsiyyə edirəm.
Müsahibəyə bu linkdə baxmaq olar: https://www.bbc.com/azeri/media-47531106
“Şəhərlər və ölkələr” silsiləsindən

Açığı, Misirdə Hurqada adlı turist məkanı olduğunu bilmirdim. Şərm-əl-Şeyx haqda eşitmişdim, məşhurdur. Hurqadadan isə İsveçin turist firmasından şirnikləndirici endirim qiymətinə səyahət təklifi gələndə xəbər tutdum. Düzdür, Şərm-əl-Şeyxə də sərfəli putyovka vardı, amma mən buranı seçdim. Nəsə Şərm-əl-Şeyx adı gələndə harınlamış ərəb şeyxləri yadıma düşür.
Oxumağa davam et“Saray” (hakimiyyət) – “Çöl” (xalq) – “Hasar” (vicdan) üçbucağı. Günümüzün bəlkə də ən sərrast yazarı Aydın Canıyev mənim “Əraf” adlı hekayəmə məhz belə həndəsi fiqur rakursundan baxıb – maraqlı bir yazı yazıb. Aydın bu dəfə də sərrast baxıb, aydın görüb. Diktaturalarda insanların coğrafi arenası bu üçbucaqla məhdudlaşır. İnsanlar “Saray”la (hakimiyyət) “Çöl” (xalq) arasına çəkilən “Hasar” (vicdan) sərhəddində girinc qalır – imtahan olunur. Azadlıqların boğulmadığı açıq cəmiyyətlərdə isə belə sərhəd yoxdur. Orada hakimiyyətlə xalq iç-içə, qovuşuqda yaşadığından vətəndaş seçim sınağına çəkilmir – Ərafa gətirilmir.

Əslində, ayrı yazı yazacaqdım – evə o niyyətlə qayıtmışdım. İş yerimdə – “fb-də köşə yazarı” sütunumda “Vinetka” rubrikasında Zakir Məmməddən, İlqar Türkoğludan, Nazir Əhmədlidən və… Məmməd Əmin Rəsulzadədən bəhs edəcəkdim. Amma Vahid Qazinin hekayəsindən yazmalı oldum. Yazı MƏTN yazdırdı, daha doğrusu. Oxumağa davam et

Uşaq vaxtı atam bizə 1955-ci ildə Qazaxıstana işləməyə getməyindən, “Xam torpaq”larda gördüklərindən danışardı. Söhbətlərindən biri heç yadımdan çıxmır. Deyirdi ki, hamı onu “Rəşid Behbudovun yerlisi” çağırırmış, adamlar Azərbaycan adını eşitməyibmişlər.
O, sovet xalqının Azərbaycanı Rəşid Behbudovla tanıdığı dövr idi. Oxumağa davam et

1961-ci ilin oktyabr günlərindən birində Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazim Hacıyevə qəbula bir qadının gəldiyini deyirlər. Gələnin Bakı milyonçusu Zeynalabdin Tağıyevin qızı olduğunu bilən katib dərhal, növbəsiz onu qəbul edir. Oxumağa davam et

År 1918 skapades en demokratisk stat av västerländskt snitt på näset mellan Svarta Havet och Kaspiska havet. Nargiz Qazi, student (Lund universitet) som har bott i Sverige i fem år, skriver om Azerbajdzjans historia.
På grund av februarirevolutionen 1917 upplöstes Tsarryssland. Det resulterade bland annat i att olika folkgrupper började kräva sina rättigheter.
Den 28 maj 1918 bildades den Demokratiska Republiken Azerbajdzjan. Många omfattande reformer genomfördes under de 23 månader republiken existerade. Den viktigaste var den som gjorde Azerbajdzjan till den första sekulära staten bland de muslimska länderna i Mellanöstern. Oxumağa davam et


“Nueva cancion” – ”Yeni mahnı” sosial hərəkatı 1960-80-ci illərdə Latın Amerikasını bürümüş protest dalğasının musiqili səsiydi. Bu mahnıların ritmlərində itib getmiş qədim İnk sivilizasiyasının musiqidə qalan ruhu yaşayırdı. Neçə-neçə müğənni, bəstəkar öz mahnı, musiqi və rəqs havalarıyla diktatorlara qarşı etiraz hərəkatlarına beləcə dəstək verirdilər, öndə gedirdilər. Oxumağa davam et