Bir hakimiyyətdən artıq

Без названия (1)

Bir hakimiyyətdən artıq

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov vəzifəsindən istefa verəndə qərarını MK üzvlərinə belə izah eləmişdi: “Birinci katibin öz xahişi ilə vəzifədən getməsi Azərbaycan partiya tarixində ilk hadisədir. Öz gedişimlə həm də yeni ənənənin başlanğıcını qoyduğumu zənn edirəm. Buna çox inanmaq istəyirəm… Öz missiyamı insanlardan qorxu hissini çıxarmaqda görürdüm. Düşünürəm, bu planda nələrəsə nail olmuşam. Bu, elə mənim ən böyük uğurumdur”. Oxumağa davam et

Vəzirovun tamamlanmış yarımçıq portreti

“Adamlar və kitablar” silsiləsindən

 vezirov ve son kitabi

Vəzirovun tamamlanmış yarımçıq portreti

“Parterin ilk sıralarında” memuarı əsasında

Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, amma burdan bura babalarımızın yaratdığı tarixi gizlədiblər.

Əslindəsə tək o deyil, başqa “qara dəlik”lərimiz də var. Məsələn, tariximizə “milli ruhun dirçəlişi illəri” kimi yazılası ötən əsrin 50-60-cı illəri kimi, yaxud milli-azadlıq hərəkatının yaranması və süqutu illəri (1988-1993) təki. Oxumağa davam et