
Üstümüzdəki Soros ləkəsi
“Demokratik institutlar öz-özünə inkişaf edə bilməz, onların inkişafı bizlərdən asılıdı. Demokratik institutların təkmilləşməsi problemi bu institutların yox, həmişə ayrı-ayrı şəxsiyyətlərin qarşısında duran problemdi”. Bu sözlər Avstriya filosofu Karl Popperə məxsusdu.
Cəmiyyətdə, xalqın taleyində fərdlərin, şəxslərin rolu barədə cildlərlə kitab var, nə qədər istəsən sitat gətirmək olar. Sitatı Popperdən ona görə gətirmədim ki, bu adın deyilişindən xoşum gəlir, qəşəng səslənir. Ona görə seçdim ki, Corc Soros Popperi müəllimi, özünü də onun ideya ardıcılı hesab edir. O Soros ki, daha Bakıdakı ofisi heç kimə qrant verməyəcək…
Soros Fondunun yerli ofisinin qrant verməyəcəyi xəbəri məni ona görə narahat eləmədi ki, ta bu fond qrant verməyəcək. Qrant olacaqsa, onu vermək qərarı bizdə olmayacaq, qrant Nyu-Yorkdan veriləcək, bir sözlə, qrantı qrant sahibləri özləri paylayacaq. Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...