“Danışım, gör məni” (müsahibələr)

Kitabı buradan yükləmək olar: “Danışım, gör məni”

Müəllifdən

Başqalarını bilmirəm, mənim üçün müsahibə vermək yazı yazmaqdan çətindir. Məsuliyyəti böyükdür, ona görə. Yazıda fikirlərinə dəfələrlə dönmək, redaktələr etmək imkanın olur. Müsahibədə isə belə deyil, “insaflı” jurnalist dərc etməzdən qabaq uzaqbaşı bir dəfə oxumağına şərait yaradar. TV müsahibələrdə bu fürsət də yoxdur. Hələ peşəkar jurnalistin gözləmədiyin, qəfil sualına düşünməyə vaxtın olmamasını demirəm heç. Bir sözlə, müsahibə vermək yazı yazmaqdan ağır işdir. Yəqin ona görədir, verdiyim müsahibələr qədər də min-bir bəhanə ilə boyun qaçırdıqlarım var.

Oxumağa davam et

Müsahibə: “Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”

“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”


Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı.  

- Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?...

- Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı.  Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.

Oxumağa davam et

”Tanrının təlimini insan dəyişdi, Qabil Habili öldürən gün”

”Tanrının təlimini insan dəyişdi, Qabil Habili öldürən gün”

”Yaxşı yazmağın tək şərti qələmlə özün özünlə tək olanda davrandığın kimi davranmaqdır: dürüst, səmimi”.

in English: “You can live your life after death”

на русском: «Вы можете жить своей жизнью после смерти»

Vahid Qazi Rupor.az saytına müsahibə verib. Oxusanız zövq alarsınız. Müdrik düşünmək, bu düşüncəni müxtəlif mövzularda mükəmməl ifadə etmək, oxunmaq bütün imza sahiblərinin özünə arzuladığı əsas istəkdir. Vahid Qazi bu istəyinə çoxdan çatıb.

Oxumağa davam et

Kompas adamlar

qulu_meherremli (4)

Kompas adamlar

(Qulu Məhərrəmlinin 60 yaşına)

Mənəvi aşınma dövrü yaşayan cəmiyyət cəngəllik kimidir. Yolunu azdığını, itib-batdığını, əriyib qarışdığını hiss eləmirsən. Həqiqət hardadı, xəbərin olmur, çünki həqiqət də, yalan da bir-birinə oxşayırlar, ayıra bilmirsən. Belə mühitdə vicdanını bir təhər qoruyub saxlayan ictimai yüklü adamlar kompasa bənzəyirlər. Onlar mənəvi böhran yaşayan “cəngəllik”də azmaq istəməyənlərə bələdçilik edirlər. “Kompas adamlar”a ehtiyacı olmayan ölkələr də var, məsələn, İsveç kimi, beləsindən danışmıram. Hər cığırına bələd olduğun Vətəndə kompasla gəzməyə məhkumluğun əzabından danışıram…

Qulu Məhərrəmliylə elə bir dostluğum olmayıb. Amma dostum kimidi. Az olmayıb heç tanımadığım adamları sevməyim. Onu tanıyıram!

Bu ilki mətbuat günündə feysbuk səhifəmdə belə bir status paylaşdım: “22 iyulda Qulu Məhərrəmli kimi dostlarla bir yerdə olmağı arzuladım. O gün müsahibəsində belə demişdi: “Balaca adamların boyu çox uzanıb. Daha doğrusu özü yox, kölgəsi uzanıb. Əgər bir ölkədə balacaların kölgəsi uzanırsa, deməli o ölkədə günəş batır”. Qulu müəllim kimi yalnız Sözə qul olan adamlarımız durduqca, günəşimiz batmayacaq”.

Onun 60 yaşı tamam oldu. Təbrik eləmək istədim əslində. Bilmirəm, deyə bildimmi, demək istədiyimi?!