Ağalar Məmmədovun məktubları

pnp-quill-and-parchment

Ağalar Məmmədovun məktubları

Bu məktubları filosof Ağalar Məmmədov ötən ilin yazında göndərib. Onun ”Aşma” kitabı haqda yazdığım ”Aşılası aşılmazlar” adlı məqaləm dərc olunan günün səhəri.

Kompüterin yaddaşında saxlanan köhnə məktubları ayır-seç edəndə onları bir də oxudum. Bu dəfə bir ayrı gözlə, başqa ovqatda oxudum. Oxuyanda tək mənsub olduğun xalqa, cəmiyyətə deyil, elə öz daxili dünyana da baxmağa pəncərə açır kimidi gəldi mənə.

Düşünüb durdum, niyə bizim ümumi ahəngdən bir az fərqli fikrə münasibətimiz belə sərt olur, amansız olur?

Görəsən, düşünən, düşündüyünü dilə gətirən, yazan adama bizim qədər qəddar üz göstərən xalq varmı? Üzü Axundovdan bəri fikir adamlarımıza sərgilədiyimiz tamaşaları deyirəm.

Arxa durub həvəsləndirmək qırağa dursun, ağız büzüb lağa qoyar, təhqir edib aşağılayarıq. Bu işi elliklə görməyə daha həvəslə girişərik.

”In patria natus, non est propheta vocatus”. İncildəndi, deyir:”Öz vətənində peyğəmbər ola bilməzsən!” Hicrət etməsəydi Məkkədə peyğəmbər olmağa qoyardılarmı Məhəmmədi?

Vətəndə təklənmək nədi – bilən varmı?! Oxumağa davam et

”Susmaq hüququ”na referendum əlavəsi

sisoyev Karikaturalar V. Sısoyevindir

”Susmaq hüququ”na referendum əlavəsi

Neçə vaxtdı referendumla bağlı dəftərçəmdə qaraladığım cızmaqaradan, nə illah elədim, bir yazı çıxara bilmədim. Lal vətəndaş sükunəti fonunda müxalifətin ”mitinq-mitinq” oyun-həşiri də əlimi bir yandan soyutdu. Pambıqçı Kamilxan Rüstəmovanın sovet illərini xatırladan məşhur çıxışından çaparaq gələn ilham pərisi də dadıma çatmadı. Gəldiyi kimi tez də çəkilib getdi. Əvəzində canıma qəfil üşütmə saldı.

Nədən oldu bu? İndi deyirəm!

Sosial şəbəkələrdə Kamilxan ana haqda nə qədər təhqir oxudum. Amma mənim ona yönəlik belə fikrim yoxdu. Qurbanı ittiham edərlərmi? Məddahlıqda sovet dövründən də betər müstəqillik illərinin qurbanlıq kimi ortaya çıxardığı bu ananı ittiham eləməyə dilim gəlməz!

Mən onu yox, 70 yaşlı Azərbaycan qadınını o kökə salıb zövq alanları qınayıram!

O, referenduma çıxarılan maddələri sadə kəndli dilində izah elədi. Ayrı nə dedi ki?

Həmin çıxışın videosu neçə gün hər internetə qoşulanda qarşıma çıxdı. Bir dəfə ona səssiz baxdım. Bax, məni üşütmə elə o anda tutdu. Elə bildim referenduma Qarabağın verilməsini çıxarıblar və 23 ildi Qarabağ deyib ləliyən bu qarabağlı ana indi üzündə yaltaq təbəssümlə yurdunun ermənilərə verilməsinə görə xoşbəxt olduğunu deyir və ayaqüstə alqışlanır.

Doqquz il əvvəl yazdığım ”Susmaq hüququ” adlı məqaləni xatırladım, açıb oxudum. Üşütmənin səbəbi bu yazı imiş.

Orda belə cümlə var:

”Sabah Qarabağ məsələsinin kompromis yolla həlli “məsləhət” bilinsə, “Azərbaycanın xoşbəxt gələcəyi Qarabağı verməkdən keçir” təşviqatına start verilsə, bu “elita” kamera qarşısında növbəyə düzülmək cəzasına məhkum edilməyəcəkmi?”

Oxuyub gördüm, daha yeni yazıya ehtiyac yoxdu, 2007-ci ildə yazılana ”referendum əlavəsi” etsəm, yetər. Belə də elədim.

Susmaq hüququ uğrunda mübarizədə əhli-vətənə uğurlar arzuladım.

Vahid Qazi

26 sentyabr 2016

bhd45

Susmaq hüququ

Oxumağa davam et

Çəmənzəminlinin ”Studentlər”i haqda

yusif-vezir-cemenzeminli-studentler

Çəmənzəminlinin ”Studentlər”i haqda

Yusif Vəzir Çəmənzəminli böyük yazıçıdı! “Qan içində” əsərindən sonra tələbəlikdən üzübəri dəfələrlə oxumaq istədiyim onun “Studentlər” romanını nəhayət oxuyub bitirdim. Əsərin qəhrəmanı Rüstəmbəylə qəribə bir ruh yaxınlığı duydum, qəribliyin soyuğunda vətən istisi kimi gəldi mənə. Yad ölkədə vətənlə yaşayan bir qərib obrazı yarada bilmək mənim də arzumdu. Buna gücüm, qabiliyyətim çatarmı?!

Zaman və məkan baxımdan “Studentlər” Mixail Bulqakovun “Ağ qvardiya”sını xatırlatsa da, daha çox bu günlə səsləşən çəhətləriylə ürəyimə yatdı. Əsərin çar Rusiyası dövründə formalaşan milli düşüncə tariximizə parlaq işıq tutmasından, 30-cu illərin bolşevik terroru dövründə xeyli sayda ”yad fikirlərin” cəsarətlə qələmə alınmasından, yüz il əvvəlin Şuşasında, Bakısında olanlardan – başqa nüanslarından ətraflı yazmaq olar.

Amma fikrimcə romanı bu gün daha aktual edən bir yandan hələ də formalaşmaqda olan milli təfəkkürümüzə yönəlik cəhətləridisə, o biri yandan ondakı sekulyar yüklü fikirlərdi. Dini cəhalətin sürətlə yayıldığı bir zamanda “Studentlər” təbliğ edilməyə, oxunmağa daha çox layiqdi, xüsusən də, gənclər arasında.

Kitabdan götürdüyüm bəzi seçmələri kitab haqda təsəvvür yaransın deyə paylaşmaq istədim. Bu seçmələri bir filmin trayleri – kitab annotasiyası kimi də qəbul etmək olar. Oxumağa davam et

Varşava – azadlıq və sevgi şəhəri (foto-reportaj)

“Ölkələr və şəhərlər” silsiləsindən

varsava berpa

Varşava – azadlıq və sevgi şəhəri

Fotolu, xatirəli reportaj

Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.

Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.

Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm. Oxumağa davam et

“Ozon adamlar” yeni redaktədə

OZON ADAMLAR Üzeyir bəy Əbdürrəhim bəy Mirzə ƏləkbərƏli bəy Hüseynzad Süleyman Sani Abdulla Şaiq

Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, S.S. Axundov, A. Şaiq, Ə. Hüseynzadə, 
Ə. Ağayev və başqaları. Siyahı aşağıda.

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

– tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

– liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

– liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);советские писатели 2

– müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et

Озоновые люди

OZON ADAMLAR Üzeyir bəy Əbdürrəhim bəy Mirzə ƏləkbərƏli bəy Hüseynzad Süleyman Sani Abdulla Şaiq

Ü. Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, S.S. Axundov, A. Şaiq, Ə. Hüseynzadə

Озоновые люди

Советский писатель Анатолий Кузнецов, эмигрировавший в 60-х годах прошлого века в Лондон, наделал шумиху своими статьями и интервью. В своей статье, опубликованной 25 сентября 1969-го года в парижском эмигрантском журнале «Русская мысль», он поделил на категории советских писателей согласно их политическим воззрениям и тем самым дал импульс к напряженным дискуссиям. Кузнецов поделил известных советских поэтов и писателей на следующие категории: Oxumağa davam et

Türkiyədə islam inqilabı?

turkish army

Türkiyədə islam inqilabı?

Bəlkə siz də Atatürk sekulyarizminin keşiyini çəkən ordunun siyasiləşən dinə necə dözdüyünü özünüzə sual vermisiniz. Sizi bilmirəm, mən dəfələrlə düşünmüşəm bu haqda. Xüsusilə ötən ilin yayında İstanbula son səfərimdən aldığım təəssürat ovqatımı təlx eləyəndə.

O səfərdə İstanbulu bir başqa yandan gördüm. Təəssüf qarışıq qəribə, anlaşılmaz duyğularla döndüm ordan. Əvvəllər min bir rəngə çalan şəhər boyası qaçmış gəldi mənə. Bozun tünd çaları kimiydi. Gözəlim İstanbul dindar əyalət şəhərinə çevrilmişdi elə bil.

15 iyul axşamı hadisələri sosial şəbəkədə yazılanlardan, bir də “Euronews” kanalından izlədim. “Ordu TRT-ni tutdu” xəbəri gələndə “Feysbuk” səhifəmdə bir kəlmə yazdım: “Nəhayət!”

Yəqin bəziləri bunu sevinc nidası kimi anladı. Əslində isə bu, səksəkə içində gözlədiyin xəbərin qəfil çıxardığı səsə daha çox oxşayırdı. Oxumağa davam et

17 yaşlı Anarın 40 yaşına

anar1

17 yaşlı Anarın 40 yaşına

Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan. Bu ad sizə heç nə demir. Tanımırsınız. Oxumağa davam et

Клятва Мустафы Джемилева

Crimean Tatars

Клятва Мустафы Джемилева

«Нас затолкали в товарные составы, многие были в ночной одежде, даже одеться по-человечески не дали. Поезд всё шел и шел многие дни. Моя младшая сестра изнывала от жажды. Мать перерезала себе вену и поднесла к губам сестры, а малышка пила эту кровь вместо воды».

Это сказала мне в 1996 году пожилая крымская татарка, имя которой я забыл, но слова ее хорошо помню. Она продала свой дом в поселке Хырдалан под Баку и вернулась в Бахчисарай. Oxumağa davam et

Könül Alı “Çöl Qala”dan yazır

Üçüncü dünya sorağında

Konul Ali Col Qala

“Çöl Qala” günümüzü zəbt etmiş sosial aləmin sayəsində virtual tanışlığın bəhrəsidi. “Çöl Qala”da  yazar qəhrəmanlarını rəssam kişi və rejissor qadın obrazı ilə oxucuya təqdim edir.

Başlanğıcda iki əks cinsin sevgi münasibətindən çox, iki oxumuşun intellekt yarışına çıxdığı təsəvvürümdə canlandı.

Kitabı təzə-təzə oxumağa başlayanda, nə yalan deyim, öz-özümə “kitab haqqında danışanlar yəqin ki, heç əsərlə tanış deyillər, ancaq yazıçı, tənqidçi təxəyyüllərinin gücü ilə povest haqqda ümümi məlumatı alıb, fikir yürüdürlər” deyə düşündüm.

Əslində isə, ailəli bir kişi ilə dul qadının mübhəm eşqindən bəhs edir, doğrudan da, əsl sevgi hekayəsidi…

Bir haşiyə çıxım: mən kitab haqqında fikirlərimi yazarkən Anjelika Akbarın ifasını dinləyirəm. Kitabla tanış olanlar yəqin ki, o dəqiqə rəssamın qadına məsləhət gördüyü musiqi parçasından söhbət getdiyini anladılar. Niyə məhz bu musiqini? Bunu anlamağa çalışıram. Musiqini dinləyərkən düşünürəm ki, doğrudan da, kişi obrazı təkcə gözəl rəsm əsərləri yaradan rəssam deyil, o,  qadın ruhunu ofsunlayan musiqidən də anlayan  adam  imiş –  hüzur verir…

Oxumağa davam et