Atatürkün balıqçı meyxanəsindəki şəkilləri

Atatürkün balıqçı meyxanəsindəki şəkilləri

Söz vaxtına çəkər. Ötən ilin bu vədələriydi. Xanımımla Antalyaya səfər etmişdik. Gözəl bir həftə keçirmişdik. O həftəni yaddaqalan edən tək Antalyanın gözəllikləri deyildi, həm də Azərbaycan mədəniyyətinin qardaş eldə yaşayan böyük simaları ilə görüşlər idi. Kulturuloq Məzahir Afşarla, pianoçu Samir Mizoyevlə, həkim, şair, rəssam Şərahil Laçınla, onların düşüncəsi işıqlı xanımları ilə söhbətlərdə elə bildik, Antalya elə Azərbaycanın bir guşəsidir.

Oxumağa davam et

Təməldən bir də qur(ul)maq

“Adamlar və kitablar” silsiləsindən

Təməldən bir də qur(ul)maq

“Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi

Həyətimizdə, gilənarlığın altında iri bir qum topası vardı. Yarım maşınlıq olardı. Uşaqlığın qumla oynayan çağında o qumluqda yol çəkib şəhər salmaqdan xoşum gəlirdi. Əməlli-başlı şəhər olurdu: girişi, enli küçəsi, dalanları, evləri, milis idarəsi… Saatlar çəkərdi şəhərsalma prosesi.

Oxumağa davam et

Türkiyə islam inqilabı?

 

turkish army

Türkiyə islam inqilabı?

Bəlkə siz də Atatürk sekulyarizminin keşiyini çəkən ordunun siyasiləşən dinə necə dözdüyünü özünüzə sual vermisiniz. Sizi bilmirəm, mən dəfələrlə düşünmüşəm bu haqda. Xüsusilə ötən ilin yayında İstanbula son səfərimdən aldığım təəssürat ovqatımı təlx eləyəndə.

O səfərdə İstanbulu bir başqa yandan gördüm. Təəssüf qarışıq qəribə, anlaşılmaz duyğularla döndüm ordan. Əvvəllər min bir rəngə çalan şəhər boyası qaçmış gəldi mənə. Bozun tünd çaları kimiydi. Gözəlim İstanbul dindar əyalət şəhərinə çevrilmişdi elə bil.

15 iyul axşamı hadisələri sosial şəbəkədə yazılanlardan, bir də “Euronews” kanalından izlədim. “Ordu TRT-ni tutdu” xəbəri gələndə “Feysbuk” səhifəmdə bir kəlmə yazdım: “Nəhayət!”

Yəqin bəziləri bunu sevinc nidası kimi anladı. Əslində isə bu, səksəkə içində gözlədiyin xəbərin qəfil çıxardığı səsə daha çox oxşayırdı. Oxumağa davam et