Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, S.S. Axundov, A. Şaiq, Ə. Hüseynzadə, Ə. Ağayev və başqaları. Siyahı aşağıda.
Ozon adamlar
Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:
– tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);
– liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);
– liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);
– müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et