Varşava – azadlıq və sevgi şəhəri (foto-reportaj)

“Ölkələr və şəhərlər” silsiləsindən

varsava berpa

Varşava – azadlıq və sevgi şəhəri

Fotolu, xatirəli reportaj

Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.

Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.

Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm. Oxumağa davam et

Vyanada Şuşalı günlər

“Ölkələr və şəhərlər” silsiləsindən

ugurla sonbrunnda

Vyanada Şuşalı günlər

Fotolu, xatirəli reportaj

Ondan başlayım ki, Vyana bizim kimi günyarımlıq gəlinəsi şəhər deyil, bura ən azından dörd-beş günlüyə gəlmək lazımdı. Yüz illərcə tarixin cürbəcür memarlıq üslublarında donub qaldığı sarayları, gəzdikcə gəziləsi küçə və xiyabanları, baxdıqca baxılası muzeyləri var. Dinləməyə konsertlərini, operalarını demirəm heç.

Əslində bu yayın səyahət proqramında yalnız Polşanın şəhərlərinə səfəri nəzərdə tutmuşduq. Gəmi-bərəylə Baltik dənizini keçib, uşaqları Qdanskda “Solidarnost” hərəkatının tarixiylə, Varşava, Krakov, Vroslav kimi şəhərlərdə tarixi yerlər və muzeylərlə tanıuzumlukş etmək, Osvensimdə faşistlərin “konslager”ini, Torunda Kopernikin evini göstərmək idi qəsdim. Araya salıb, yolüstü tamam fərqli bir yerə – Vyanaya da dəymək qərarını son anda verdik. Odu ki, bu şəhərə cəmi iki gün ayıra bildik.

Sizə bir məsləhət verim, Vyanaya səfər edəndə bizim kimi etməyin, yəni Habsburqların özlərindən sonra qoyduqları mədəniyyəti görüb tam anlamaq üçün Praqa-Budapeşt-Vyana marşrutunu seçin!

…Avstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən. Uzaq Alp dağları fonunda yaxın yamaclar, üzümlüklər, laləzar çəmənliklər xoş uşaqlıq xatirələrimi göz önünə kino lenti kimi gətiriStefan kilsesi usaqlarlar. Eniş-yoxuşlar boyu dolama yolları uşaqlara göstərib Qarabağa bənzədirəm, Ağdamdan Şuşaya gedən yoldu elə bil, deyirəm. Maraqlı gəlir, boylanıb baxırlar.

Vyanada qaldığımız müddətcə Qarabağa, Şuşaya köklənən ovqat məni tərk eləmədi. Bir-bir yazacam, qaynağını biləcəksiniz.

Çoxunuza bəlkə də qəribə gələr bu bənzətmə –  cəmi əlli-altmış il ömür sürən balaca bir xanlığın paytaxtı Şuşa hara, əsrlərcə neçə imperiyanın baş şəhəri olmuş Vyana hara, deyərsiniz.

Tarixlərinin əzəmətindən yox, bu şəhərlərin musiqili taleyindən danışıram – Şuşa Azərbaycanın musiqi beşiyi sayıldığı kimi Vyana da dünyanın musiqi mərkəzi hesab edilir. Altı yüzillik Habsburqlar sülaləsinin idarə etdiyi dövlət və imperiyaların siyasi paytaxtı olduğu kimi, Vyana, həm də Avropanın mədəniyyət mərkəzi olvyanadan menzereub. Şəhərin adı Haydn, Mosart, Bethoven, Şubert, atalı-balalı Ştrauslar kimi klassik bəstəkatların adı ilə bağlıdır. Sevgi novellalarının bənzərsiz ustadı Stefan Sveyqin adını, qoy, ayrıca çəkim!

Vyana haqda hər cür məlimatı internetdən əldə etmək olar, odu ki, uzun tarix açmayacam, eləcə çəkdiyim fotoları (əksər muzeylərdə şəkil çəkməyə icazə verilmədiyindən bir neçə fotonu o muzeylərin saytından yüklədim, bir də, bəzi yerlərdə çəkdiklərimin keyfiyyəti yaxşı olmadığından bənzərini internetdən götürdüm) və təəssüratımı bölüşəcəm.

Az bir vaxtda nə qədər yerə getmək olardısa, o qədər yerə baş vurduq, çaparaq gəzdik. Siz gələndə arxayın dolanıb bu yerlərə öz gözünüzlə baxarsınız, hələlik, mənim nəzərlərimlə seyr edin.

Dunay sahilində Hacıbəyov heykəli

Maşını birinci Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürdüm. Park Dunayın ortasındakı adada yerləşir. Şəhərin bu yerində çay ikiyə bölünür, qoşa kanalla axır.

Hacibeyovun heykeli

Bu yer bir suyu Şuşanın “dom otdix” dediyimiz istirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimi deyirəm. Anardan tutmuş Qədir Rüstəmovacan xatırlayıram. Elə bilirlər, qədim zamanlardan, uzaq ölkələrdən nağıl danışıram.

Yeri gəldi, qoy elə birini də sizə söyləyim! Demək, bir yay həmin istirahət evində dincəlirdik. Səhər yeməklərinin birində yeməkxana divarına vurulan afişada oxuduq ki, Cıdır düzündə konsert olacaq. Axşamı böyüklərimizlə yığışıb getdik. Konsert uşaq marağımıza tuş gəlmədi – simfonik orkestr nəsə qəliz musiqi çaldı. Sonralar dünyanı dərk edəndə o konsertin dəyərini anlayacaq, göyüm-göyüm göynərtiylə xatırlayacağam. Xatırlayacam ki, o isti yay axşamı Cıdır düzündə simfonik orkestr maestro Niyazinin dirijorluğuyla “Koroğlu” üverturasını çalırmış.

Bilmirəm, uşaqlara bunun nə demək olduğunu tam duydura bildim, ya yox! Amma bir qədər yaşlı adamlar, xüsusilə də Şuşanı görənlər “Cıdır düzü”, “maestro Niyazi”, “Koroğlu” üvertürası” sözlərindən gözəl bir xəyal qurar, onların yaratdığı harmoniyanı hiss edərlər, belə düşünürəm.

Bethovenin ev muzeyində

Oxumağa davam et