Könül Alı “Çöl Qala”dan yazır

Üçüncü dünya sorağında

Konul Ali Col Qala“Çöl Qala” günümüzü zəbt etmiş sosial aləmin sayəsində virtual tanışlığın bəhrəsidi. “Çöl Qala”da  yazar qəhrəmanlarını rəssam kişi və rejissor qadın obrazı ilə oxucuya təqdim edir.

Başlanğıcda iki əks cinsin sevgi münasibətindən çox, iki oxumuşun intellekt yarışına çıxdığı təsəvvürümdə canlandı.

Kitabı təzə-təzə oxumağa başlayanda, nə yalan deyim, öz-özümə “kitab haqqında danışanlar yəqin ki, heç əsərlə tanış deyillər, ancaq yazıçı, tənqidçi təxəyyüllərinin gücü ilə povest haqqda ümümi məlumatı alıb, fikir yürüdürlər” deyə düşündüm.

Əslində isə, ailəli bir kişi ilə dul qadının mübhəm eşqindən bəhs edir, doğrudan da, əsl sevgi hekayəsidi…

Bir haşiyə çıxım: mən kitab haqqında fikirlərimi yazarkən Anjelika Akbarın ifasını dinləyirəm. Kitabla tanış olanlar yəqin ki, o dəqiqə rəssamın qadına məsləhət gördüyü musiqi parçasından söhbət getdiyini anladılar. Niyə məhz bu musiqini? Bunu anlamağa çalışıram. Musiqini dinləyərkən düşünürəm ki, doğrudan da, kişi obrazı təkcə gözəl rəsm əsərləri yaradan rəssam deyil, o,  qadın ruhunu ofsunlayan musiqidən də anlayan  adam  imiş –  hüzur verir… Oxumağa davam et