İtmiş yaddaşların şifrəsi

Aşıq Ədalət

İtmiş yaddaşların şifrəsi

Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı

1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Onu da tam ayırd edə bilmirdin – gah vardı, gah yox. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu.

Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çaldığı sazın səsiydi gələn. Səsi də bilmirdin hardan gəlirdi. Ya aşıq o səsi Tanrı dərgahından çəkib gətirirdi, ya da öz ürəyinin ritmiydi, bizə saz səsində çatırdı. Bilən bir Tanrısıydı, bir də özü.

O gecəyədək aşıq Ədaləti lal bilirdim. Televizorda çıxış edəndə bir dəfə də səsini eşitməmişdim. O biri aşıqlar kimi onu dastan danışan görməmişdim.

Bakının o dövr teatr-konsertləri adama niyə indi daha xoş gəlir? Çünki onda hər tamaşa-konsertin öz seyrçisi, dinləyicisi vardı. Salonda təsadüfi adam az-az olardı. Simfonik orkestrin konsertinə yalnız klassik musiqini bilənlər, sevənlər gedırdi. Balet həvəskarını muğam gecələrində görməzdin. Ustad xanəndələr də muğam xiridarlarının qarşısında oxuduğunu bilirdilər.

Ədalətin “qan elədiyi” həmin gecəyə şəhərin sazsevərləri axışıb gəlmişdilər. Aralarında bir təsadüfi adam vardısa, o da aşıq musiqisinə yad bizim Yaşar idi!

Qoyun, başdan danışım. Oxumağa davam et →

Ozon adam

Aynadakı Elçin Şıxlı

Ozon adam

Elçin Şıxlının 60 yaşına

“Feysbuk” Elçin Şıxlının doğum günündən xəbər verir. O, “feysbuk”un dostum elədiyi adamlardandı!

Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. İndi düşünürəm, onları mənə yaxın edən nədi belə? Oxumağa davam et →

Dumansız Albion

“Ölkələr və şəhərlər” silsiləsindən

London panarama

Dumansız Albion

Təsəvvürdən təəssürat reportajı

Durum deyim, İngiltərə deyəndə ağlıma ilk gələn Şekspirdi, Nyutondu, “Bitlz”di, “Big Ben”di, nə bilim, Çörçill, Diana, Devid Bekhemdi, yalan olar. Adam tanıyıram Britaniya onun üçün tək Oskar Uaylddan ibarətdi. Bütöv İngiltərə bir futbol meydanıdı “Çelsi” fanatı gənc dostum, bacıoğlu Orxana görə.

Londonu funt strelinq, yəni pul kimi təsəvvür edənlər də az deyil. Hər halda dünyanın dörd bir yanına hökmü keçmiş imperiya paytaxtının gündəmində yalnız siyasət və hərb söhbətləri olmayıb. Parasız nə siyasət, nə hərb?

Günü bu gün hər yandan varlı adamlar üzünü bura tutur, pul-parasıyla birgə. Özü də tək keçmiş metropoliyalardan yox. Bizim Sovetin “qırıq-quruğ”undan qəfil varlanan neçə milyonçunun adını sayaram bir nəfəsə. Elə öz qəfil varlanmışlarımızın mülklərindən dastan danışırlar.

Fərq etməz necə qazanmısan, varlısansa sənə qucaq açar London. Dumanı yox olar Albionun.

“İngiltərənin əlindən “time is money”yi alın – onda İngiltərədə nə qalacaq?” Viktor Hüqo yazıb bunu “Səfillər”ində. Oxumağa davam et →

Qarabağı pulla almaq

“Adamlar və kitablar” silsiləsindən

 şuşa

Qarabağı pulla almaq

Mehriban Vəzirin ”Qarabağnamə”sindən doğan yazı

“Ağabəyim ağa Cavanşir” kitabını “Rusiya agentləri”nin mətbuat səhifələrimizdə at oynatdığı iddia edildiyi günlərdə oxudum. Mehriban Vəzirin sonuncu “Qarabağnamə” kimi qəbul elədiyim bu kitabında yazılanlarla indi sosial şəbəkələrdə, saytlarda oxuduqlarım 200 il zaman fərqinə rəğmən ağız-ağıza səsləşir kimi göründü mənə.

Kitabdan məlum olur ki, o vaxt Rusiya casusları Qarabağ, Təbriz, Tehran saraylarınadək ayaq açıbmışlar. Hətta Təbriz müctəhidi Mirfəttah ruhani nüfuzundan istifadə edərək şəhər əhlini darvazaları rus ordusunun üzünə açmağın ”Allah əmri” olmasına inandıra bilmişdi.

O vaxtdan bəri nə qədər mirfəttahlar gördük! İndi marıqdakılar da boy verməyə başlayıb. Oxumağa davam et →

Zülmətxana mehmanları

mehman turan

Zülmətxana mehmanları

Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilən məşhur bir şəkli var. Yarımadanın cənub hissəsi çıraqbandı, şimalısa zülmət qaranlıq. Şimali Koreyada sözün iynə gözü boyda azadlığı yoxdu – elə qaranlığın tək səbəbi də budu!

Azad sözü boğmaqla biz də özümüzü, ətrafımızı qaranlıq zülmətə qərq edirik. Abşeronun hər neft quyusunu məşələ çevirsək belə işıqlatmayacaq bir qaranlığa. Oxumağa davam et →

Balacaboy hündür adam

mustafazade

Balacaboy hündür adam

İndiyə baxmayın, Avropa Azərbaycanlılarla doludu. Onminlər, yüzminlər. İndi bizimkilərə ən şimal ölkənin ucqar qəsəbəsində də rastlayarsınız. Sovet dönəmində isə gələnlər tək-tək idi.

Sayın çoxluğu əsas deyil ki. Əsas çoxmillətli, multikultural bir qitədə görünmək, boy verməkdi. Yüzminlərin içində ictimai-siyasi, mədəni-sosial fəal insanımız yüzlər ola, olmaya – izdiham içində başı görünən soydaşımız çox azdı.

1990-cı ildə Avropaya gələn gündən boyu görünən bir adamın bu gün 60 yaşı tamam olur. Boyu balacadı. Şuşalı dostum Hikmət Sabiroğlu 25 il əvvəl bizi tanış eləyəndə onu necə görmüşdümsə, elə o boydadı, bir barmaq da boy atmayıb. Amma boyu Avrasiyanın hər yanından görünür.

Elman Mustafazadədən danışıram! Oxumağa davam et →

Qarabağın açarı

 

Qarabağın açarı

Sənə yalan deyiblər, dostum! Səni aldadıb inandırıblar ki, Qarabağın açarı Rusiyanın, Amerikanın, ATƏT-in, beynəlxalq aləmin əlindədi.

Bir-birimizin gözünə kül üfürürük. Hökumət bizim, biz də hökumətin. Özümüz özümüzü aldadırıq, inandırırıq ki, Qarabağın işğalda qalmasına ən başlıca səbəb Ermənistandı, Rusiyadı, xristian dünyasıdı. Uzun illərdi aldadırıq bir-birimizi, bu gedişlə deyəsən hələ çox uzanacaq bu iş. Oxumağa davam et →

Rusiya sindromu və Yalama döyüşü

“Adamlar və kitablar” silsiləsindən

Rossiya kəlməsinə ən sadə izah verən bir foto...

Rusiya sindromu və Yalama döyüşü

Arif Əliyevin ”Yalama” kitabından qanadlanan konqlemerat fikirlər

“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.

Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.

Həm də qəlbi sızlayır…

Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir?

Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.

Sən demə, biz rusun Qırmızı ordusunu gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, dirigözlü ölümə gedib. Oxumağa davam et →

Anamın məktubları

ana mektubu 1

Anamın məktubları

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar. Oxumağa davam et →

Bütün zamanların lideri

məmməd əmin rəsulzadə

Bütün zamanların lideri

Məmməd Əmin Rəsulzadəyə

1961-ci ilin 12 aprelində ABŞ-ın hakim dairələri kosmik sahədə SSRİ-na uduzmağın panik durumunu yaşadı. Amma bu hal uzun sürmədi, cəmi bir ay sonra, lap dəqiqi mayın 25-də prezident Con Kennedi Konqresdə tarixi çıxışını etdi. Sovetlərdən daha uzağa gedən – Ayın fəth olunmasını hədəfləyən belə bir fikir söylədi: “Mən inanıram ki, bizim millətimiz bu onilliyin sonuna qədər insanın Ay səthinə enişi və təhlükəsiz Yerə dönüşü məqsədinə nail olacaq”.

Bu, demokratik ölkə prezidentinin öz xalqına yaxın on il üçün vədiydi.

Kosmik uğurdan eyforiya yaşayan SSRİ-nın dövlət rəhbəri Nikita Xruşşov da həmin il xalqına söz verdi. Oktyabrın 31-də Kommunist Partiyasının qurultayında çıxış edərkən dedi: “Sovet xalqının indiki nəsli kommunizmdə yaşayacaq”. Qurultay nümayəndələrinin qəbul etdiyi proqram sənədində kommunizm quruculuğunun başa çatma tarixi də göstərilmişdi – 20 il sonra.

Bu isə totalitar rejim başçısının öz xalqına verdiyi söz idi. Oxumağa davam et →