Rusiya sindromu və Yalama döyüşü

“Adamlar və kitablar” silsiləsindən

Rossiya kəlməsinə ən sadə izah verən bir foto...

Rusiya sindromu və Yalama döyüşü

Arif Əliyevin ”Yalama” kitabından qanadlanan konqlemerat fikirlər

“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.

Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.

Həm də qəlbi sızlayır…

Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir?

Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.

Sən demə, biz rusun Qırmızı ordusunu gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, dirigözlü ölümə gedib. Oxumağa davam et