Vahid Qazinin 55 yaşına

Vahid Qazinin 55 yaşına

1 sentyabr 1985-ci ildən başladıq bir-birimizin qrup yoldaşı olmağa Vahid Qazıyevlə!

Madam ki, tələbəlik illərindən, qrup yoldaşlağımızdan yol aldım, elə ətraflı yazım.

Oxumağa davam et

Ayaz Salayevin 60 yaşına

 

ayaz resad sahin vahid

Ayaz Salayevin 60 yaşına

Ayaz Salayevin sanki Azərbaycan xalqı ilə tale oxşarlığı var. Mühitsizlik ucbatından öz potensialını realizə edə bilməmək baxımdan deyirəm. Həm də işinini (missiyasını) yarımçıq qoymaq mərəzini qəsd edirəm.”Yarımçıqlıq mərəzi”yazısında bir xalq kimi xarakterimizin ”sonacan getməmək” cəhətindən yazanda nümunə kimi Ayaz Salayevi də göstərmişdim. Oxumağa davam et

Bir cənub şəhərinin yubilyarına

Rüstəm İbrahimbəyov 1

Bir cənub şəhərinin yubilyarına

Uşaq vaxtı atam bizə 1955-ci ildə Qazaxıstana işləməyə getməyindən, “Xam torpaq”larda gördüklərindən danışardı. Söhbətlərindən biri heç yadımdan çıxmır. Deyirdi ki, hamı onu “Rəşid Behbudovun yerlisi” çağırırmış, adamlar Azərbaycan adını eşitməyibmişlər.

O, sovet xalqının Azərbaycanı Rəşid Behbudovla tanıdığı dövr idi. Oxumağa davam et

Qarabağ adam

İlham İsmayil Vahid Qazi

Qarabağ adam

İlham İsmayılın 60 yaşına

Bir əcnəbi məndən soruşsa: “Azərbaycanlı necə olur, bizə bir nümunə göstər”. Cavab verərəm: “İlham Ismayil, baxın!”

“Bəs Qarabağlı hansı görkəmdə, simada olur?” Gözümü qırpmadan deyərəm: “Buyurun, tanış olun, İlham İsmayıl!”

“Yaxşı, sən kimsən?”, desə. “Dostum İlhama baxın, məni tanıyacaqsınız”. Oxumağa davam et

Ozon adam

Oxu.az - Elçin Şıxlı: Bu tendensiya daha çox Azərbaycanda müşahidə olunur

Ozon adam

Elçin Şıxlının 60 yaşına

“Feysbuk” Elçin Şıxlının doğum günündən xəbər verir. O, “feysbuk”un dostum elədiyi adamlardandı!

Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. İndi düşünürəm, onları mənə yaxın edən nədi belə? Oxumağa davam et

Ramiz Rövşənə yubiley sözü

ramiz-rovsen-cavansir-quliyev-1

Ramiz Rövşənə yubiley sözü

Sabah Ramiz Rövşənin 70 yaşı tamam olur. O, Azərbaycan poeziyasında yeni zirvə yaratmış bir şairdi. Mənim üçün onun ”Nəfəs”i Sabirin ”Hop-Hopmanə”si, Füzulinin türkcə ”Divan”ı kimidi. O həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdı. Bir dəfə söhbətlərin birində Ramiz bəy dedi ki, Azərbaycanın azad, varlı, qüdrətli dövlət olmasını hamıdan çox onun yaradıcı adamları istəməlidi, biz istəyirik. Çünki bizim yaratdıqlarımızın yalnız o halda yaşamaq ehtimalı var ki, Azərbaycan dövləti, xalqı və dili yaşasın.

Bu şəklin 20 yaşı var. Bir gün bir məclisdən çıxanda Cavanşir Quliyev dedi ki, Müsavatın himni hazırdı, gəlin gedək dinləyin, görün necə alınıb. Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı. Dinlədik. Əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik. ”Kimdi oxuyanlar?” soruşduq. ”Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi. ”Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”, bunu da Nasir Əhmədov dedi. O vaxt (elə indi də) müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi.

Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı, dili yaşayacaq və böyük şairini də yüzillər boyu yaşadacaq, buna inanıram.

70 yaşın mübarək, Ramiz bəy!

Vahid Qazi