Xəzərdən Baltikə

“Adamlar və kitablar” silsiləsindən

Xəzərdən Baltikə

Baltik ölkələrinə səfəri hələ neçə il qabaq planlamışdım. İsveçin Karlshamn limanından Klaypedaya gəmi-bərə ilə üzüb üç ölkənin görməli yerlərini gəzib, ənənəmə sadiq qalaraq geniş bir fotoreportaj da yazmağı düşünmüşdüm.

Oxumağa davam et

Balacaboy hündür adam

mustafazade

Balacaboy hündür adam

İndiyə baxmayın, Avropa Azərbaycanlılarla doludu. Onminlər, yüzminlər. İndi bizimkilərə ən şimal ölkənin ucqar qəsəbəsində də rastlayarsınız. Sovet dönəmində isə gələnlər tək-tək idi.

Sayın çoxluğu əsas deyil ki. Əsas çoxmillətli, multikultural bir qitədə görünmək, boy verməkdi. Yüzminlərin içində ictimai-siyasi, mədəni-sosial fəal insanımız yüzlər ola, olmaya – izdiham içində başı görünən soydaşımız çox azdı.

1990-cı ildə Avropaya gələn gündən boyu görünən bir adamın bu gün 60 yaşı tamam olur. Boyu balacadı. Şuşalı dostum Hikmət Sabiroğlu 25 il əvvəl bizi tanış eləyəndə onu necə görmüşdümsə, elə o boydadı, bir barmaq da boy atmayıb. Amma boyu Avrasiyanın hər yanından görünür.

Elman Mustafazadədən danışıram! Oxumağa davam et

“Eyforiya ilə depressiya bir dağın iki üzü kimidi…”

moderator.az sayti“Eyforiya ilə depressiya bir dağın iki üzü kimidi…”

“İrəvana qədər getməyin eyforiyasını yaşamadığım kimi, torpaqları azad etmək şansının buraxılması depressiyasını da keçirmədim”

Vahid bəy, qürbətdə mühacir statusu ilə yaşayırsınız, yoxsa, sadəcə ölkədən köçüb getmisiniz?

Heç biri. “Köçüb getmək” yerli-dibli getmək anlamı verir, sadəcə getmişəm, desəm düz olar, yəni qayıdacam. Getməyə yer çox idi. Avropanın böyük şəhərlərində də kömək edə bilən dost-tanış vardı. Bu şəhəri seçməyimə burada çoxdan yaşayan, iş quran dostlar, yerlilər səbəb oldular.

Azərbaycanda ictimai sektorun ünlü şəxslərindən biri sayılırdınız. Ona görə keçmiş zamanda deyirəm ki, hazırda ölkənin ictimai-siyasi həyatı ilə bağlı aktiv reaksiyalarınız hiss olunmur. Bu nədən irəli gəlir?

Əlbəttə, kənarda olanda hadisələrə anında reaksiya verə bilmirsən, bəzən gec xəbər tutursan. Bizim televiziyalara baxa bilmirəm burda, olur ki, sosial şəbəkələrdə söhbətin nədən getdiyini tuta bilmirəm bəzən. Münasibət bildirəndə də gec olur. Gündəmlə yaşamaq olmur. Odur ki, açıqlamalara yox, yazılara üstünlük verirəm. Amma başqa cür düşünənlər də var. Dostlar hesab edir ki, əksinə, fəalam və bəzən bu fəallıq zərərimə işləyir. Yazılarımdan inciyənlər çox olur. Amma istəməzdim incisinlər.

Hesab etmirsiniz ki, sizin kimi ictimai xadimlərin sözünə, fəaliyyətinə indi daha çox ehtiyac var?

Hesab etmirəm. Ciddi mənəvi aşınma yaşayan cəmiyyətdə söz təsir etmir, əməl gərəkdi. Yalnız işlək qanunlar hesabına, bütün sahələrdə ədalətin bərpasına nail olandan sonra söz dəyərə minər. Oxumağa davam et