25 il keçib, hanı Qarabağ? Virtual-xəyali çıxış

vahid qazi

25 il keçib, hanı Qarabağ?

Qarabağ mitinqində nələr deyərdim? Virtual-xəyali çıxış

Əziz mitinq iştirakçıları!

Uzaq 1994-cü ilin 12 mayında imzalanmış təslimçi “Bişkek protokulu”na etiraz yürüşündən sonra Azərbaycan xalqının Qarabağ adına keçirdiyi bu ilk mitinqdə hər birinizi salamlayır, bağrıma basıram!

O yürüşdə “Bişkek protokolu” tarixə düşmənlə separat işbirliyi, vətənə xəyanət kimi düşmüş “Brest sülhü”nə bənzədilirdi. Bilirsiniz, bolşeviklər 100 il öncə o xəyanətkar müqaviləni imzalayaraq, hakimiyyətə Rusiya imperiyasını diz çökdürərək gəlmişdilər. Oxumağa davam et

İşğalçılar

lenin trotski

İşğalçılar

1994-cü ilin 12 mayında “Bişkek protokolu”nu imzalayan Azərbaycan rəsmiləri müqaviləni qələbə sənədiymiş kimi təqdim eləyəndə, ölkənin kənd və şəhərlərində, küçə və tinlərində, çayxana və məclislərində müzakirələr açılanda, mən o sənədi Leninin 1918-ci ildə qollatdığı “Brest sülhü”nə bənzədənlərlə bir yerdəydim. TV-lərə baxanda elə bilirdin, Trotski dirilib özünün məşhur şüarını təkrarlayırdı: “Biz müharibəni dayandırır, sülh bağlayır, ordunu buraxırıq!” Oxumağa davam et