Vəzirovun tamamlanmış yarımçıq portreti

“Adamlar və kitablar” silsiləsindən

 vezirov ve son kitabi

Vəzirovun tamamlanmış yarımçıq portreti

“Parterin ilk sıralarında” memuarı əsasında

Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, amma burdan bura babalarımızın yaratdığı tarixi gizlədiblər.

Əslindəsə tək o deyil, başqa “qara dəlik”lərimiz də var. Məsələn, tariximizə “milli ruhun dirçəlişi illəri” kimi yazılası ötən əsrin 50-60-cı illəri kimi, yaxud milli-azadlıq hərəkatının yaranması və süqutu illəri (1988-1993) təki. Oxumağa davam et

Vətənim Yalandiya

Vətənim Yalandiya

Vahid Qazi

Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə… İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi?

Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən… Oxumağa davam et

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.

Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?

R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma! Oxumağa davam et