“Fərq etməz İsveçdə, Bakıda, lap belə Quzanlıda ol”

Vahid Qazi Karlskrona

“Fərq etməz İsveçdə, Bakıda, lap belə Quzanlıda ol”

 

Könlüm keçmir, könlüm qalıb…

Yaxşı ad qoymusunuz layihəyə: “Könlüm keçir…” Məşhur şeirdə deyildiyi kimi: “Könlüm keçir Qarabağdan”. Amma mənim könlüm keçmir, könlüm elə orda qalıb.

Bizə elə gəlir ki, vətəndən yalnız uca səslə danışarlar. Vətən haqqında bir az bərk danışanda pafoslu çıxır. Bir dəfə yazmışdım ki, bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltıyla deyir. Heç bunları qışqıra-qışqıra deyən görmüsünüzmü? Vətən də belədi. Onun haqqında bir quru budaq, bir əlçim ot kimi danışanda maraqlıdı. Oxumağa davam et