Mina senaste publiceringar

Cöl Qala

Mina senaste publiceringar

Mina noveller, essäer och min roman har på den senaste tiden publicerats på olika språk i diverse länder.

I Baku har min bok ”Chöl Gala” (chöl-betyder slätt, gala betyder-slott) publicerats på azerbajdzjanska.

Mina e-böcker ‘‘Ozon människor’‘ och ”Chamajra: Anteckningsbok om Kuba” har publicerats på ryska.

Essän ”Hej, Gulsary!” har publicerats på krigiziska litteraturtidskriften ”Litterär Kirgizistan”, ”Svetlana Aleksijevitj och hennes Tiden Second Hand” har publicerats på nättidskriften i Kanada, Vitryssland och Ryssland.

Essän ”Oginskisk melodi” har publicerats på nättidskriften ”Svenska Palmen” och novellen ”Helena” har översatts till ukrainska och publicerats i litteraturtidskriften ”Vsesvit” i Ukraina.

Bayramın mübarək, “qum dənəsi”!

17-noyabr-1988

Bayramın mübarək, “qum dənəsi”!

Bu fotoda məni tapa bilərsiniz? Yox! Amma ordayam. Sən də ordasan. Hamımız ordayıq. “17 noyabr”, bir də “20 yanvar” hamının “orda” olduğu gündü. Heç “28 may”da hamı “orda” deyildi, bir qrup adam görmüşdü o işi milyonların yerinə.

Sahil qumlağını sayagəlməz qum dənələri yaradan kimi millət də özünü dərk edən min-min fərdin topalanıb cəmiyyət qurmasıyla formalaşır. Bu fotoda qum dənələri kimiyik. Xoş halına o millətin ki, yolunda qum dənəsi tək zərrə olmaqdan şərəf duyan milyonlarla insanı var!

Foto 1988-ci ilin 17 noyabr səhərini yadıma saldı. İstədim xatirəmi sizinlə də bölüşüm. Uşaqlar dərsdən gəlsin, axşam onlara da danışacam.

17 noyabr səhəri universitetin həyətində toplanmağımızdan, Topxanada armud ağaclarını kəsən ermənilərə qəzəblənərək (nə qədər qəribə səslənir indi) yürüşə çıxmağımızdan, yolboyu “politexnik”, “inşaat”, “narxoz” tələbələrinin bizə qoşulub sayımıza say qatmalarından, Qoşa Qala qapısı ağzında sovet milisinin yolumuzu bağlamağa uğursuz cəhdindən, adını dəyişib “Azadlıq” qoyacağımız Lenin meydanını eyforik bağırtılarla doldurub kommunist dünyasını silkələyən uzunmüddətli oturaq etiraz hərəkatına başlamağımızdan danışacam.

Gecələr tonqal başına yığılıb Bakıda yaşayan tələbə qızların evdən gətirdiyi isti çaydan içə-içə, peraşki-buterbrotdan yeyə-yeyə dünənək ağlagəlməyən “millət söhbətlər”i eləməyimizdən, şeir deyib, mahnı oxumağımızdan söz salacam. 3 il məşəqqətli mübarizədən sonra müstəqillik qazanmağımızdan fəxrlə bəhs edəcəm.

Amma bizim ən fəxarətli günümüzün yadigarı olan bu fotonun 28 il sonra mənə hansı ovqat yaşatdığından danışmayacam uşaqlara. Heç sizə də demirəm!

Bircə bunu deyirəm:

Bayramınız mübarək olsun, “qum dənələri”!

Vahid Qazi

17 noyabr, 2016

Dərc olundu: Azadlıq radiosu, Turkustan.info, Xitab.az, Bastainfo.com, Qaynarinfo.az

“Çöl Qala” oxuculara təqdim olundu – FOTO

panorama 3

Qız Qalasında Çöl Qala

İsveçdə yaşayan yazıçı-jurnalist Vahid Qazinin “Çöl Qala” adlı povestinin təqdimatı olub. May ayının 7-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə baş tutan “Qız Qalasında Çöl Qala” adlı təqdimatı V.Qazinin dostları keçiriblər. Oxumağa davam et →

“Çöl Qala” oxuculara təqdim olunacaq

Qiz Qalasinda Col Qala 7 may

“Çöl Qala” oxuculara təqdim olunacaq

Mayın 7-də Bakıda publisist Vahid Qazinin “Çöl Qala” kitabının təqdimatı keçiriləcək.

“Qız Qalasında Çöl Qala” adlı təqdimat mərasimi saat 12-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə olacaq. Mağaza Qız qalasının arxasında, Karvansaraya gedən yolun üstündə, Qüllə küçəsi, 10 ünvanında yerləşir.

Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri verilib.

“Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunan” povest müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. İnsanları bura çəkən hansı istəkdir, qüvvədir? Asılılıq dərəcəsinə çatan bu vərdişin səbəbi nədir? İnsan real həyatdan yorulub bəlkə? Bəlkə bəşəriyyət gələcək virtual həyata beləcə “köçür” aramla? Otuz, əlli, yüz il sonranın insanı hansı dünyada yaşayacaq? Ola bilsin, biz o virtual aləmin pionerləriyik, xəbərimiz yoxdur?

Müəllif hesab edir ki, “Çöl Qala” povestinin məzmunu onun qəhrəmanlarından birinin dediyi bu cümlələrdə açılır: “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”.

Novator.az

Xəbər dərc olundu: Qafqazinfo.az, Musavat.com, Teleqraf.com, Bastainfo.com, Moderator.az, Axar.az, Qaynarinfo.az, Turkustan.info, Kulis.az, Terefdar.az

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Mona Walter

Avropada yeni bir kabus dolaşmaqdadır!

Sentyabrın 27-də İsveç millətçilərinin “İslamda tolerantlıq varmı?” adlı bir tədbirinə getdim. Mövzu təzə deyil, çox düşmüşəm bu söhbətə. Mövzudan daha çox məni İsveç kimi tolerant bir ölkənin son illər durmadan artan reytinqləri hesabına ictimai rəy sorğularında ölkənin birinci partiyasına çevrilmiş millətçi İsveç Demokratları Partiyasının məsələyə baxışı maraqlandırırdı.

Partiyanın yerli şöbəsi məruzəçi kimi islam üzrə ekspert Bertil Malmberq və xristianlığı qəbul etmiş keçmiş müsəlman Mona Valter adlı xanımı dəvət eləmişdi.

Birinci hissədə çıxış edən Malmberq “Quran”, şəriət, sünnə və hədislərdən nümunə gətirərək tədbirin adına çıxarılan suala “Yox!” cavabını əsaslandırmağa çalışırdı.

İkinci hissədə çıxış edən Valter isə özünü vətəndaş müharibəsi nəticəsində sekulyar sosialist diktatura rejimindən islamlaşaraq bir başqa diktaturaya çevrilən Somalidən qaçmış ailənin qızı kimi təqdim elədi. “Ailəmin qoyduğu dini qadağalarla İsveç həyatının azad reallıqları məni islam dinini dərindən öyrənməyə sövq elədi”.

Onlar çox şey dedilər, burada sadalamağın mənası yoxdur. “Özünü dünyəvi dövlət kimi göstərməyə çalışan Türkiyədə son yüz ildə bir kilsə belə tikilməyib. Sizsə turist kimi gedib oranın büdcəsinə xeyir verirsiniz” kimi avantürist fikirlərlə yanaşı kifayət qədər məntiqli görünən fikirləri arqumentləşdirməyi də bacarırdılar.

Qulağım çıxışçılarda olsa da, gözüm zaldakı adamlarda idi. Onların reaksiyasını müşahidə edir, suallarını tam anlamağa çalışırdım. Gəldiyim qənaət budur ki, Avropaya gələn qaçqın axını özüylə islam qorxusu da gətirir.

Saumel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” tarixi-fəlsəfi traktatında irəli sürdüyü tezislər heç iyirmi il keçməmiş reallığa çevrilməkdədir.

Düzdür, bu gün İsveçin hakim Sosial Demokrat Partiyası və hökuməti qaçqınlara daha çox yardım etməyin yollarını arayır, “Bütün İsveç birlikdə” adlı ümummilli yardım paketiylə çıxış edir. Amma əksər Avropa liderləri multikulturallığı Avropanın zənginliyi deyil, problemi kimi görürlər. Hətta təbil çalırlar!

Tədbir iştirakçılarını düşündürən əsas suallar bunlar idi: Avropa mədəniyyətinə inteqrasiya oluna bilməyən və istəməyən mədəniyyət konflikt ocağına çevrilməzmi? Özləri ilə bərabər şəriət qaydalarını da gətirən və o qaydaları Avropada da tətbiq eləmək istəyən islami kəsim niyə şəriət qaydaları ilə idarə olunan ölkələrə yox, buna tamamən zidd olan cəmiyyətlərə üz tutur? Niyə 57 islam dövləti müsəlman qaçqınlarına sahib çıxmır və s.

Bu suallar tək zala rekord sayda adam topladıqlarını deyən İsveç millətçilərini deyil, bütün Avropanı düşündürən və QORXUDAN suallardır!

Yazımın canı odur ki, Avropada yenə bir kabus dolaşmaqdadır! Və bu kabus əvvəlkindən heç də az olmayan qorxulu fəsadlar vəd edir!

Vahid Qazi

P.S. Tədbirdən çəkdiyim fotolar aşağıdadır.

2341

Dərc olundu: Novator.az

Azərbaycan vektoru

Avropa parlamenti

Azərbaycan vektoru

Dünən Avropa Parlamenti müstəqilliyini Avropa vektorlu ümumbəşər dəyərlər təməlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi elan edən bir dövlət haqqında onun müstəqillik tarixi ərzində ən utancverici bir qətnamə qəbul elədi.

Avropadan, bütün dünyadan haqq, ədalət uman dövlət haqqsızlıq, ədalətsizlik mücəssiməsi kimi – vətəndaşının söz və ifadə azadlığını tanımayan, haqqını boğan, ədalətini tapdayan, varını talan edən bir dövlət kimi təqdim olundu. Oxumağa davam et →

Şahbaz bəylə Nigar xanıma təklif edirəm ki…

 sahbaz ve nigar

“Qanun”la “Əli və Nino”ya təklifim

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış yazar Vahid Qazinin açıqlamasını təqdim edir.

“Anladığım qədər belə bir problem yalnız “Əli və Nino” kitab mağazalarında yaşanır. Mağaza əsasən “Qanun” nəşriyyatının kitablarına üstünlük verir. Mən buna anlayışla yanaşıram. İki biznes strukturu arasında anlaşma var. Mağaza yalnız bir nəşriyyatın kitablarını satır, satsın. Bunu açıq elan eləsələr, hamı başa düşər, bu qədər gərginlik yaşanmaz. Amma yerli müəllifləri ikinci sort yazar kimi aşağılamağa heç kimin haqqı yoxdur, ədəbiyyatdan uzaq adamın isə heç yoxdur. Kitab oxunmamasının səbəbini təkcə yazıçıda axtarmaq problemin kökündən xəbərsiz olmaq deməkdir. Kitabından pul qazandığın yazarı təhqir eləmək yediyin qaba tüpürməyə bənzəyir. Nigar xanımın belə təhqirinə görə hələ iki il öncə iki məqalə yazmağa məcbur oldum. Təkrara ehtiyac duymuram. Bloqumda durur, həvəsi olan oxuya bilər.

Azərbaycanda rusdilli oxucuların fəallığı yeni söhbət deyil. Nigar Köçərlinin son açıqlamasından anladım ki, “Əli və Nino”da satılan kitabların 65 faiz alıcısı rusdilli oxuculardır. “Qanun” nəşriyyatına və “Əli və Nino” kitab şirkətinə rusca kitabımı təklif edirəm. MKM-in son müsabiqəsində favorit kitablardan sayılıb. “ЧАМАЙРА. Кубинская тетрадь” adlı kitaba Kubaya səfərlər zamanı rastladığım olaylardan bəhs edən yazılar, həmçinin ondan artıq hekayə, esse daxildir. Kitabdakı yazıların hamısını bu gün Azərbaycanda ruscaya ən yaxşı çevirənlərdən biri, bəlkə də birincisi sayılan Nicat Məmmədov tərcümə edib. Tərcüməyə, redaktəyə və korrekturaya xərcləri çıxmayacaq. Özümə də qonarar istəmirəm. Satışdan əldə olunan gəlir hesabına istedadlı gənc yazarların bir kitabını nəşr edərik. Buyurun, sübut edin görək həqiqətənmi rus dilində kitab bizim dilimizdəkindən çox satılır?!”

kulis.az, 03 İyun 2015

http://kulis.lent.az/news/12734

“Отсутствие” – “Yoxluq”

doroga nikuda

Aydın Əfəndini ən yaxşı kim çevirib?

“Bu ilin qışında beş il əvvəl başladığım  “Çöl Qala” adlı povesti bitirhabitirdə əlimə ölkədə çoxunun tanımadığı, cəmi 37 il yaşamış istedadlı şair Aydın Əfəndinin “Отсутствие” şeiri keçdi. Əsl göydəndüşməydi, povestin sonluğuna tam uyğun gəlirdi, elə bil rəhmətlik məhz bu əsər üçün yazıb. Şeiri qəhrəmanın adından verəsi oldum: mətnə olduğu kimi, yəni rusca daxil elədim. Amma haşiyədə tərcüməsini də vermək lazım idi. Qulu Ağsəsdən dilimizə çevirməyi xahiş etdim. Xeyli müddət sonra bir gecə Facebookda o şeirin tərcüməsini paylaşdığını gördüm. Elə isti-isti çeviribmiş. Mənə səhəri gün göndərdi. Həmin şeiri daha əvvəl Ferican Yaren tərcümə edibmiş. Hər ikisi uğurlu çevirmədi, amma nəşrinə hazırlaşdığım romana yalnız biri salınmalıdır. Real həyatda bir-birlərini görməyən virtual aşiq-məşuqun yazışmalarından bəhs edən bir povest üçün hansı tərcüməni seçərdiniz? Fikrini yazacaq hər kəsə bəri başdan “sağ ol” deyirəm!”

Yuxarıda  oxuduğunuz bütün cümlələri Vahid Qazi yazıb. Mənim yazdığım isə aşağıda oxuyacaqlarınızdır:

Deməli, mənim təqdimatında “Müqayisəli tərcümə” layihəsini görəndən sonra Vahid müəllim hər iki tərcüməni bu layihə üçün göndərib povestinə salacağı şeirin hansı tərcümədə daha uğurlu səslənəcəyini bilmək istədi. Ümid edirik ki, bu tərcümələri oxuyub şərh yazan oxucular Vahid müəllimə kömək olacaq. Bizim layihəyə maraq göstərdiyinə görəsə Vahid müəllimə təşəkkür edirəm.

Daha sonrasa öyrəndim ki, vaxtı ilə A.Əfəndinin “Yoxluq” şeirini şair, tərcüməçi Səlim Babullaoğlu da tərcümə edib. Amma üç tərcümənin müqayisəsində mən S.Babullaoğlunun etdiyini Aydın Əfəndinin poetik ruhuna, soyuq ağlına daha yaxın, peşəkar olduğunu düşünməyə bilmirəm. Q.Ağsəs isə bir qədər öz şeir ruhuna yaxınlaşdırıb. Hətta tərcümədə Qarabağ dialektindən də yararlanmağı yaddan çıxarmayıb. F.Yarenin tərcüməsi də dəqiq, hətta deyərdim sətri tərcümə səviyyəsindədir.

Zəruri qeyd: Bu material tərcümə çapa getməmiş öyrəndim ki, A.Əfəndinin həmin şeirini Mahir Qarayev də tərcümə edib. Şifahi söhbətlərində daim mənimçün hansı tərcümədə nəyi niyə məhz o cür etdiyindən danışan Qarayev düzü çox maraqlı və öyrədici təcrübələrini bölüşür. Onun bu tərcüməsi də özünəməxsusdur. Beləliklə, hələlik bu şeirin 4 tərcüməsi əlimizə düşdü və biz oxucular bütün variantları təqdim edirik.

Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.

kulis.az

Oxumağa davam et →

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Famil Mehdi ve Ala Yaqub

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…

Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.

İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.

80 yaşın mübarək, müəllim!

Kompas adamlar

qulu_meherremli (4)

Kompas adamlar

(Qulu Məhərrəmlinin 60 yaşına)

Mənəvi aşınma dövrü yaşayan cəmiyyət cəngəllik kimidir. Yolunu azdığını, itib-batdığını, əriyib qarışdığını hiss eləmirsən. Həqiqət hardadı, xəbərin olmur, çünki həqiqət də, yalan da bir-birinə oxşayırlar, ayıra bilmirsən. Belə mühitdə vicdanını bir təhər qoruyub saxlayan ictimai yüklü adamlar kompasa bənzəyirlər. Onlar mənəvi böhran yaşayan “cəngəllik”də azmaq istəməyənlərə bələdçilik edirlər. “Kompas adamlar”a ehtiyacı olmayan ölkələr də var, məsələn, İsveç kimi, beləsindən danışmıram. Hər cığırına bələd olduğun Vətəndə kompasla gəzməyə məhkumluğun əzabından danışıram…

Qulu Məhərrəmliylə elə bir dostluğum olmayıb. Amma dostum kimidi. Az olmayıb heç tanımadığım adamları sevməyim. Onu tanıyıram!

Bu ilki mətbuat günündə feysbuk səhifəmdə belə bir status paylaşdım: “22 iyulda Qulu Məhərrəmli kimi dostlarla bir yerdə olmağı arzuladım. O gün müsahibəsində belə demişdi: “Balaca adamların boyu çox uzanıb. Daha doğrusu özü yox, kölgəsi uzanıb. Əgər bir ölkədə balacaların kölgəsi uzanırsa, deməli o ölkədə günəş batır”. Qulu müəllim kimi yalnız Sözə qul olan adamlarımız durduqca, günəşimiz batmayacaq”.

Onun 60 yaşı tamam oldu. Təbrik eləmək istədim əslində. Bilmirəm, deyə bildimmi, demək istədiyimi?!