“Xəyal memarı” filmi

“Xəyal memarı” filmi

Mənə xəyalpərəst deyirlər. Fikir vermişəm, kitablarımı, yazılarımı diqqətlə oxuyanlar deyirlər bunu. Düz də deyirlər – xəyalpərəstəm!

Oxumağa davam et

Bizi özümüzə xatırladan kitab

Bizi özümüzə xatırladan kitab

Bəzən məkanın önəmli olmadığını düşünürsən. Deyirsən əsas – hər zaman sevdiklərimizlə bir arada olmaqdır.

…Həmişə mənə elə gəlir ki, böyüdüyümüz, yaşadığımız evin insan kimi ruhu var, canlıdır. Otaqların, yatdığımız çarpayının, hər səhər şirin çay içdiyimiz mətbəxin, astanasından keçib getdiyimiz qapının, özümüzə bəzək-düzək verdiyimiz aynanın da canı var. Hər guşəsində bizi özümüzə xatırladan anılar…

Oxumağa davam et

“Ruhlar şəhəri: yurd yazıları”nın təqdimatı olub

“Ruhlar şəhəri: yurd yazıları”nın təqdimatı olub

Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş “Ruhlar şəhəri: yurd yazıları” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bildirib ki, Ağdamla bağlı yazılanların olduqca böyük önəmi var: “Kitaba Vahid Qazinin “Ruhlar şəhəri” kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı olan esse, məqalə və qeydləri, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir”.

Oxumağa davam et

Ruhlar şəhəri. Yurd yazıları

Müəllifdən

Hələ çoxdan qərara gəlmişdim ki, “Ruhlar şəhəri”ni bir də nəşr etdirəsi olsam, onu kitabın ilk iki nəşrindən sonra Ağdama həsr etdiyim yazılarla, gündəliyimdə qaraladığım; bəzilərini Facebook səhifəmdə paylaşdığım, bəzilərini jurnalistlərlə söhbətlərdə danışdığım xatirələrlə, kitab haqqında yazılan məqalə, resenziya, məktub, mesaj, şeir, hətta SMS-lərdən seçmələrlə birlikdə nəşr etdirəcəm.

Oxumağa davam et

Ağıllı Ağdamın kölgəsi

Ağıllı Ağdamın kölgəsi

İki fərqli duyğu yaşayır adam. Biri şirin eyforiyadır, o biri acı nigarançılıq.

Xoş emosiyalar yaşamaqdan zövq almaqla yanaşı soyuq başla düşünməli də olursan. O ikinci duyğu bundan sonra yaranır.

Ağdamın baş planının təqdimatına, özül qoyma mərasiminə mən də baxdım. Neçə gündür TV-lərdə, sosial şəbəkələrdə müzakirələrin birini də qaçırmamağa çalışıram.

Oxumağa davam et

Bərəçi, mən və Vahid Qazi…

əntiqə

Bərəçi, mən və Vahid Qazi…

Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət kəsiləndə onun şeir söylədiyini hiss edir: Oxumağa davam et

“Ruhlar şəhəri” audio kitabı

Ruhlar şəhəri səsli ədəbiyyat

“Ruhlar şəhəri” audio kitabı

Youtube-da yayımlanan “Səsli ədəbiyyat” kanalı “Ruhlar şəhəri”ni audio yazıya alıb. Artıq kitabı əldə edə bilməyənlər, oxumağa vaxtı və imkanı olmayanlar onu audio şəklində dinləyə biləcəklər. Ağdamla bağlı xatirələrimi İlahə Sadıqova səsləndirir. Buyurun dinləyin! Oxumağa davam et

Novruz sabahının pəncərəsi

dsc0131-copy

Novruz sabahının pəncərəsi

 “Ruhlar şəhəri” kitabından

Pəncərədə dizlərini qollarının arasına yığıb oturmağın, yorulanda ayaqlarını açıb pəncərə boyu uzatmağın, beləcə rahatlanıb küçədən gəlib-gedənlərə tamaşa eləməyin özü əyləncə olmayan yerdə bir əyləncədi. Yağışlı günlərdə, həyətdə oynamağa imkan olmayanda, ildırım vurar deyə şəhər işıqları söndürüldüyündən dünyanın əcinnə gözündə gördüyü bir ölkənin çəkdiyi, Yer üzünün bəlkə də ən humanist cizgi filmlərinə baxa bilməyəndə aynası küçəyə açılan pəncərəmiz televizoru əvəz eləyirdi. Oxumağa davam et

Xəyal memarı

Bir vaxtlar bu şəhərdə insanlar yaşayrıdı. Əli, süfrəsi, qəlbi açıq. Vüqarlı, qorxmaz, dilli-dirçəkli insanlar. Sonra tufan qopdu, onları qum dənələri tək dörd bir tərəfə atdı. İndi harda desən varlar, Ağdamdan savayı. Bu 22 ildə vətəni bir yanda ermənilər talan elədi, o biri yanda özmənlərimiz. Tək şəhərimiz, torpağımız deyil, ləyaqətimiz, şəxsiyyətimiz, mənəviyyatımız, abrımız da işğal olundu, əsir edildi. Bizəsə xəyallar qurmaq qaldı.
Bu da mənim xəyalımdı! Artıq daşlaşmış bir xəyal!

xeyal memar1

Xəyal memarı (“Ruhlar şəhəri”ndən)

Oxumağa davam et

Ağdam tamaşasına bilet

«Ruhlar şəhəri» – Ağdam tamaşasına bilet

İradə Musayeva

Ağdama gedən varmı? Ey! — Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, «dil» öyrənən, qul bazarında qara daşın üstündə oturub iş gözləyən kəs — ağdamlı, qarabağlı, azərbaycanlı, dayan! Dayan, ayaq saxla! Səni Ağdama aparan var. Ağdamı xatırlamaq və ya görmək istəyirsənmi? Vahid Qazinin 122 səhifəlik «Ruhlar şəhəri» kitabını oxu! Oxumağa davam et