“Ruhlar şəhəri” kitabının üçüncü nəşrinə

Kitabı buradan yükləmək olar: Ruhlar şəhəri 2021

Müəllifdən

Tələbə yoldaşım Rəsmiyyə Məmmədqızı Ağda­mın isgaldan azad olunduğu günlərdə bir gün mənə yazdı ki,  gəl “Ruhlar şəhəri”ni yenidən nəşr edək. Təkli­fin içində bir qalib ədası, sevinci, bir də ruhumuzu yenidən Ağdama körükləmək havası vardı. Bir də deyəsən həmkarım istəyir ki, oxucular bu dəfə “Ruhlar şəhəri”nə başqa gözlə baxsın,  başqa ruhla oxusun. Çünki Ağdamı silbaşdan yenidən qurmaq, bu acı taleyimizi yenmək və yenidən yazmaq umudum vardı kitabda, bəlkə bir səbəb də odur…    

Oxumağa davam et

“Bütün sevgilərin bir səsi var – pıçıltı”

 Pərvinin həmsöhbəti yazıçı-publisist Vahid Qazidir.

 “Bütün sevgilərin bir səsi var – pıçıltı”

Pərvin: Salam, Vahid bəy. “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?  

Vahid Qazi: Salam, Pərvin xanım! “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı.

Pərvin: Elə isə “Ruhlar şəhəri” kitabınızdan danışmaq istəyirəm. Kitabdakı ilk “On yeddi” adlandırığınız essedə itkilərin ən dözülməzinin Yurd itkisi olduğunu vurğulayırsınız. Məncə, sevgilərin də ən böyüyü Yurd sevgisidir. İnsanın ən böyük sevgi obyektini itirməsi başqa sevgilərinə təsir etmir ki?

Vahid Qazi: Antik dövrlərdə müxtəlif allahlar vardı: günəş, dəniz, səma və s. Amma əslində Allah həmişə birdir. Mən sevgini də o şəkildə görürəm. Yurd sevgisi bütöv Eşqi tamamlayan sevgilərdən biridi. Allah, dünya, vətən, ata-ana, yar, bala və s. sevgisi o tamın hissələridi. Bəzən bizə elə gəlir ki, bir sevgi obyektinin itirilməsi o biri sevgiləri artırır, bu ötəri haldı, əslində bütün sevgilərin yaralanır. Bunu sonralar duyursan. Oxumağa davam et