Dəmiri isti-isti…

Dəmiri isti-isti…

İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.

Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm – Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!

Oxumağa davam et

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

 

strauss concert gala“Le Concert”

Yaxud azadlıq duyğusunun səsli izahı

Ötən əsrin 50-ci illərində maestro Niyazi Azərbaycandan baş götürüb gedibmiş. Səbəb sənət mühitində hökm sürən intriqa, qarşılıqlı nifrət, düşməncə münasibət idi. Bir müddət Leninqradda yaşayan Niyazi məşhur Marinski teatrında baş dirijor işləyir. Elə həmin dövrdə teatr onun rəhbərliyi altında Amerikaya qastrola gedir. Az qala onun üçün faciəli sonluqla bitəcək hadisə elə o səfərdə baş verir – orkestrin iki üzvü, ailə cütlüyü ABŞ-da qalıb siyasi sığınacaq istəyir. Bu olay, üstəgəl xaricdə Ceyhun Hacıbəyov kimi qohumun olması onu DTK üçün potensial “yem” edəcəkdi. Sənət adamlarının hamisi Nazim Hacıyev olmasaydı…

Maestro Niyazi

Yox, bu yazıda maestro Niyazidən bəhs eləmirəm, onunla bağlı bu əhvalatı sadəcə giriş kimi seçdim. Oxumağa davam et

“Sonalar gölü”nün sahili

svansjön 1Pyotr Tchaikovsky. “Swan Lake“. Photo: Vahid Qazi

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et