Gəlmə. İsveç söhbətləri

“Gəlmə. İsveç söhbətləri” kitabına İsveçin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, təbiəti, adət-ənənələri, siyasi sistemi, dövlət-vətəndaş münasibəti, sosial rifah fenomeni, hərbi təhlükəsizliyi və daha neçə sahəni əhatə edən məqalələrlə yanaşı “Gəlmə” silsiləsindən hekayə və esselər də daxildir. Buna bir gəlmə yazarın İsveç haqqında baxışlarının toplusu da demək olar. Elə ona görə də adını “Gəlmə” qoydum. Amma özüm üçün dəqiqləşdirə bilmədim, “gəlmə” kəlməsində vurğu hansı “ə”nin üstünə düşür. Gə’lmə, yoxsa gəlmə’? Odur ki, suala cavab tapmağı oxucu dostların öhdəsinə buraxası oldum.

Oxumağa davam et

200 illik hərbi neytrallığa son

b61c892d-0e04-498d-a302-7673e072de26

200 illik hərbi neytrallığa son

500 illik hərbi-dəniz donanması, sualtı qayıqları, hərbi gəmiləri, qırıcı təyyarələri, tankları olan güclü orduya malik İsveç martin 11-də rəsmən NATO-ya üzv qəbul edildi. Heyrətamiz hal bilirsiniz nədir? Bütün sadaladığım hərbi gəmi, təyyarə, tanrkların hamısını İsveç özü istehsal edir.

Oxumağa davam et

İsveçin Rusiya qorxusu

İsveçin Rusiya qorxusu

“Rus onu yağda qovursan da rusdur”. Fin atalar sözü

Feysbukda İsveçin NATO-ya üzvlüyü ilə bağlı status paylaşmışdım. Yazmışdım ki, heç bir hərbi ittifaqa qoşulmamaq siyasəti ilə iki dünya müharibəsindən yan keçməyi bacaran, 200 il müharibə görməyən İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Bu tarixi olaydan İsveçin öz təhlükəsizliyinə son 200 ildə ən böyük təhdidlə üzləşdiyi qənaətinə gəlirsən.

Rusiyanı nəzərdə tutmuşdum.

Oxumağa davam et

Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı

Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı

Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.

Oxumağa davam et

Qotland. İsveç savannasına səyahət

“Şəhərlər və ölkələr” silsiləsindən

Qotland

İsveç savannasına səyahət

Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.

Oxumağa davam et

Azadlıq, ya xoşbəxtlik…

Azadlıq, ya xoşbəxtlik…

Skandinaviyalıların 10 ehkamdan ibarət əxlaq kodeksi

Yalnız birini seçmək imkanı verilsəydi, nəyi seçərdiniz: azadlığı, ya xoşbəxtliyi?

Bilirəm, neçə min ildi fikir adamları hansının daha əsas olması barədə baş sındırsalar da hələ bir tərəfə çıxa bilməyiblər.

Ağlı kəsəndən insan azadlığa can atır. Bəşər tarixi elə azadlıq uğrunda mübarizə tarixidir.

Bəs, hər azadlıq xoşbəxtlik gətirirmi?

Oxumağa davam et

İsveçin xarici işlər naziri Ann Lindeyə məktub

İsveçin xarici işlər naziri Ann Lindeyə məktub

Günaydın, Ann!

Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.

Oxumağa davam et

Qadın azadlığı: xəyalda və realda

isveç qadınları

Qadın azadlığı: xəyalda və realda

İsveç və Azərbaycan qadınları haqda

“Qadın olmaq nə deməkdir” sualına hər cəmiyyətdə bir cür cavab taparsan. Bu, ilk növbədə o cəmiyyətdə formalaşmış mühitə bağlıdır. Din, kültür, ənənə və qadına verilən azadlığın hüdudu o mühiti formalaşdıran əsas amillərdir.

Bir ABŞ institutu gender bərabərliyi mövzusunda beynəlxalq araşdırma aparmışdı. İsveç bu sahədə dünya birincisi seçilmişdi. Oxumağa davam et

Anamın məktubları

ana mektubu 1

Anamın məktubları

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar. Oxumağa davam et

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Göteborg_BookFair-1280x670

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni elə qəddar bilsinlər!

Bir dəfə ərinmədim, Seymur Baycanın “Oxumaq mədəniyyəti” adlı yazısını onlara özüm oxudum, hərdən haşiyə çıxaraq, Seymurun arqumentlərini xüsusi vurğulayaraq oxudum. Bitirəndə yazıdan sitat gətirib soruşdum ki, indi “o boyda Amerikanın prezidenti Barak Obama oxumağa vaxt tapır”, siz tapmayacaqsınız?

Qarabağlılar and içən olur. Kitaba and olsun ki, uşaqlara “mədəniliyin yolu kitablardan keçir” deyəndə Andre Moruanın “Mədəni olmağın tək yolu var – mütaliə” fikrindən xəbərim yox idi. Bu yazını qaralayanda internetdə rastladım.

Uşaqları inandırmışam ki, yad ölkəyə uyğunlaşmaq üçün “qəriblik kompleksi”ndən yaxa qurtarmağın kəsə yollarından biri də elə kitabdır.

Axmaq adamların mühitində olmaqdansa kitabla tənhalığa çəkilməyin üstünlüyünü isə sonra deyəcəm, hələ uşaqdılar.

Fikrim getdi uşaqlara, əslində sentyabrın sonlarında Yöteborqda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından yazıram.

Kitabların insan üçün əhəmiyyəti haqda uzun danışmayacam, bunu hər kəs bilir. Nobel mükafatı ilə ədəbiyyatı dünya hadisəsinə çevirməyi bacaran isveçlilərin timsalında bir xalqın ədalətə, bərabərliyə, hüquqa və haqqa söykənən, bütün dünyaya örnək olası bir dövlət qura bilməsində kitab oxumaq vərdişi və mədəniyyətinin rolunundan söz açmaq istəyirəm. Oxumağa davam et